İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsində dəyişiklik İnzibati Xətalar Məcəlləsi“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1,

maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 sentyabr tarixli 1165 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bənddə “192 – 194-cü” sözləri “192.1 – 192.11-ci, 193-cü, 194-cü” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. həmin Məcəllənin 192.12-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi baxır;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xaricdəki şirkətlərlə xidmət göstərən Mikro sahibkarlıq subyekti Sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

posted in: Vergi, Xəbər | 0

Xaricdəki şirkətlərlə xidmət göstərən Mikro sahibkarlıq subyekti Sadələşdirilmiş vergi ödəyicisi ola bilər?


sadələşdirilmiş vergi
Sual: Mən Rusiya və Almaniyada fəaliyyət göstərən 2 şirkətə agent müqaviləsi əsasında xidmət göstərirəm. Bilmək istəyirəm dəyişikliklərə əsasən 2019-cu ildən neçə faiz ilə vergi ödəməliyəm?
Cavab: VM 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmadığından 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz və əldə olunan gəlirdən çəkdiyiniz xərclər çıxılmaqla qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz. O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102.1.30-cu və 218.5.10-cu maddələr.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kasıb ölkələrə borclar üzrə ödənişləri dayandırmağa icazə verilib

posted in: Xəbər | 0

Dünyanın ən kasıb 46 ölkəsinə 5.7 milyard dollarlıq borclarını ödəmək üçün möhlət verilib. “Praym”ın yazdığına görə, koronavirus pandemiyası səbəbi ilə yaranan mürəkkəb vəziyyətə görə borcların ödənilməsi təxirə salınıb.

Yoxsul ölkələrə ikitərəfli kreditlər üzrə ödənişləri təxirə salmaq imkanı verilməsi pandemiyaya qarşı mübarizə tədbirləri paketi çərçivəsində G20 – nin təşəbbüslərindən biridir. O, aprel ayında dünyanın ən inkişaf etmiş 20 ölkəsinin bir qrupu tərəfindən qəbul edilmişdir.

Bundan əvvəl məlum olmuşdu ki, bu ilin sonuna kimi dünya borcunun həcmi rekord məbləğə 277 trilyon dollara (qlobal ÜDM-in 365 faizinə) çatacaq. Həmin borc ötən ilin sonundan etibarən 15 trilyon dollar artıb. İnkişaf etməkdə olan ölkələrin borcunun həcmi onların ümumi ÜDM-in təxminən 210 faizinə bərabərdir.

Ekspertlər bu cür sıçrayışa səbəb kimi, aşağı faiz dərəcələri ilə əlaqədar olaraq, dövlətlər və korporasiyalar tərəfindən bütün dünyada borcların sayının artması göstərilir. Bununla əlaqədar iqtisadçılar defoltların yaşanacağını proqnozlaşdırırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (II hissə)

posted in: Xəbər | 0

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb. Bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu onunla bağlıdır ki, şirkətlərdə icarə müqavilələrinin formalaşdırılması və bağlanması proseduru tamamilə fərqli ola bilər və prinsipcə əla alətlər və metodikalar dəstindən istifadə oluna bilər. Üstəlik, bəzi şirkətlər, sözün həqiqi mənasında, əlavə çətinliklər təqdim edən bütün dünya üzrə icarə müqavilələri bağlayır.

Artıq bu gün onların bir çoxu bu cür müqavilələrin bağlanması ilə bağlı bütün biznes proseslərini uğurla unifikasiya ediblər və indi bütün prosedur zəruri olanı müəyyənləşdirir:

  1. Mühasibat uçotu baxımından icarə müqaviləsini və onun keçirilməsinin bütün aspektlərini diqqətlə nəzərdən keçirin;
  2. Zəruri məlumatları mühasibat sisteminə daxil edin;
  3. Sistemdə bu konkret müqavilə ilə bağlı bütün lazımi hesablamaları aparın.

Öz növbəsində, Baybl haqlı olaraq iddia edir ki, “müasir sistemlər çətin ki, nə vaxtsa bir-birini danışmağı və anlamağı öyrənsinlər. Buna görə də onların arasında informasiya mübadiləsi üçün proqram botları lazımdır”.

Mühasibat uçotunun aparılması ilə bağlı biznes proseslərinin avtomatlaşdırılmasına və optimallaşdırılmasına daha bir yanaşma “məsafədən idarə olunan texnologiyalar”ın istifadəsidir.

“KeyBank” şirkətinin birinci vitse-prezidenti Steysi Gilberin fikrincə, müasir şirkətlərdə məsafədən idarəolunan texnologiyalarının tətbiqi və istifadəsi mühasibat uçotu sistemində bütün cari dəyişiklikləri nəzərə almağa və bununla bağlı bütün biznes proseslərini avtomatlaşdırmağa imkan verən əsas elementlərdən biridir.

İctimai şirkətlərə gəlincə, artıq bu gün onlar 2018-ci ilin əvvəlində qüvvəyə minmiş illik gəlirin düzgün əks olunması və uçotu üçün prinsipial yeni tələblərlə uğurla məşğul olublar. Bununla yanaşı, onların hamısı gələcək maliyyə hesabatlarının formalaşmasında gəlirlərin savadlı şəkildə əks olunmasına artıq formal şəkildə hazırdırlar.

Kredit borclarını əks etdirmək üçün prinsipial yenilik olan maliyyə müəssisələri ilə bağlı vəziyyət bir qədər fərqlidir. İlk növbədə, söhbət bu borcun proqnozlaşdırılması üçün yeni alqoritmdən gedir ki, yaxın perspektivdə öz risklərimizi düzgün qiymətləndirə bilək.

Qeyd edək ki, mühasibat uçotu standartlarının dəyişməsi təkcə müəssisələrdə sıravi mühasiblərə deyil, bütövlükdə bütün biznes proseslərinə də toxunur.

Bu baxımdan, Gilbert hesab edir ki, “yeni texnologiyaların tətbiqi prosesində müəssisələrin fəaliyyətinin bütün aspektlərinə toxunulacaq ki, bu da müxtəlif struktur bölmələrin işçiləri arasında daha sıx qarşılıqlı əlaqə tələb edəcəkdir”.

Öz növbəsində, rəqəmsal texnologiyalarından istifadə əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq və müxtəlif şöbələrin əməkdaşları arasında daha sıx, səmərəli qarşılıqlı əlaqə və informasiya mübadiləsini təmin edəcəkdir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun