Qədim Romada uçot (V hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Bununla birlikdə, Katonun xərclərin dəyişənlərə və sabitlərə bölünməsi və müasir idarəetmə uçotu praktikasında bilavasitə maya dəyəri kimi tanınan yanaşmanın təbliği barədə göstərişi daha vacib sayılmalıdır. “Yadda saxlamaq lazımdır ki, – Katon qeyd edirdi – təsərrüfatda heç bir iş aparılmadığı halda belə, onun saxlanılmasına xərclər gedir”. Katona görə, bu şəkildə iqtisadiyyatda hər zaman məhsulun həcmindən heç bir şəkildə asılı olmayan xərclər var. Bunlar sahibinin vəzifəsi olan birbaşa zərərlərdir.

Eyni zamanda, Katon qazanc əldə etmək sənətini insanın ən yüksək naliyyəti hesab edirdi.

Lakin mühasibat uçotunun parlaq təbliğatçısı olaraq, Katon mühasibat məlumatlarına tam etibar etməyi məsləhət görməmişdi. Təlimatlarında, o, təsərrüfat sahibinin hər şeyi şəxsən müşahidə etməli olduğunu, bundan ötrü isə onun təsərrüfatda olmaqla, hansı işin necə yerinə yetirildiyini və nəyin yerinə yetirilmədiyini öz gözləri ilə görməli olduğunu vacib hesab edirdi. Yalnız bundan sonra kitabı tələb etmək və orada yerinə yetirilən işlər barədə hesabatla tanış olmağı tövsiyə edirdi.

Məşhur Roma alimi Mark Trensiy Varron isə daha çox rəhbərlik edən şəxsin yazılı hesabatlarına diqqət ayırırdı. O, maddi məsul şəxslərin savadlı olmasını tələb edirdi.

Bu vəzifəyə savadlı bir işçinin təyin olunmasının zəruriliyini göstərərək, o yazırdı ki, “savadsız rəis faydasız bir şeydir, zira o, ağa sürüsünün vəziyyəti ilə bağlı düzgün hesabat tərtib etməyi bacarmayacaq”.

E.ə. II-I əsrlərdə yaşamış yazıçı Lutsiy Yuniy Moderat Kolumella isə tamam fərqli baxışlara söykənirdi. O, hesabdarlıqda savadlı olanlara şübhə ilə yanaşır və savadsız rəhbərin daha etibarlı ola biləcəyini güman edirdi. Rəhbər işçilər və qullar tərəfindən yol verilən müəyyən oğurluqları sadalayan Kolumella yazırdı: “Nəhayət taxılın anbara daşınması zamanı onlar hesab qeydlərində sayı düzgün göstərmir. Beləliklə, həm vəzifəli şəxs, həm də qullar fırıldağa əl atır və sahələr də yararsız hala düşür. Bu işlərə rəhbərlik edən şəxs nə qədər savadlıdırsa, o bir o qədər dələduzluğa və əyintilərə yol verir. Hətta savadsız biri – Kolumella yazırdı – əla yaddaşa malik olsa təsərrüfatı daha yaxşı idarə edə bilər… Belə bir rəhbər öz ağasına mədaxil-məxaric kitabındansa daha çox nağd pullar gətirə bilər. Zira, yazıb-oxumağı bacarmadığından onun saxta hesablar tərtib etməsi və ya bundan ötrü öz qorxusundan digərlərinə müraciət etməsi mümkün deyil”.

İstehsal

Maraqlıdır ki, Qədim Romada inşaatda tikilinin dəyərləndirilməsi zamanı aşınma da nəzərə alınırdı. Belə ki, Vitruviy yazırdı: “Ümumi istifadədə olan divarların dəyərləndirilməsi zamanı arbitraj qiymətləndiriciləri tikintini yekun məbləği ilə deyil, ötən hər bir il üçün onun dəyərinin 1/80 hissəsini çıxmaqla qiymətləndirirdilər və hesab edirdilər ki, həmin divarlar 80 ildən çox mövcud ola bilməz”. Amma, bütün ciddiliyi ilə düzgün, yəni, şaqulin vasitəsilə hörülmüş kərpic divarların dəyərləndirilməsində isə aşınma məsələsinə görə dəyər aşağı salınmırdı. Beləliklə, satış zamanı ən azından bərabər  (düzxətli) aşınma amilindən istifadə olunurdu və maya dəyərinin qiymətləndirilməsi bu halda aydın hesablanırdı.

Sənaye uçotu ilə bağlı bizə çatan həmin dövrə aid məlumatlar təsdiq edir ki, o zamanlar kalkulyasiya olmayıb. Bazara işləyən sənaye istehsalında təsərrüfat fəaliyyətinin nəticələri bütövlükdə müəssisə üzrə bütün xərcləri bütün gəlirlərlə müqayisə etmək yolu ilə müəyyən edilirdi.


VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (32-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (32-ci hissə)

31-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,İngilis-Amerikan mühasibatlıq məktəbi

XVI-XVIII əsrlərdə İngiltərədə uçotun inkişafı

İngiltərədə ikili mühasibatlığı istehsalat uçotunda tətbiq etməyə cəhd etdilər. Bu zaman istehsal xərclərinin uçotu sistemi formalaşmağa başlamışdı. D. Dodson mühasibat texnikası və istehsalatın təbii dəyər uçotunu təsvir edirdi. Lakin ona məhsul vahidinin maya dəyərinin hesablanması ideyası yad idi və onların qəbul etdiyi sistem hər bir sənətkarın işi və onun məhsullarının satışından əldə olunan gəlirlə bağlı olan xərcləri müqayisə etməyə imkan verirdi.

Sənaye uçotunun ilk nəzəriyyəçilərindən biri olan F. V.Kronheylm iddia edirdi ki, ikili mühasibatlıq ticarət uçotunda mübadilə əməliyyatlarının təsvirindən (malların alışı və satışı) yaranıb və onun fikrincə, istehsaldaxili prosesləri açmaq iqtidarında deyil.

Nəticədə Kronheylm uçotu iki hissəyə bölmüşdü: istehaslat və mühasibat uçotu: birinci yalnız təbii ölçüdə aparılan üç hesabı nəzərdə tuturdu, ikinci isə – ənənəvi hesabların mühasibat sistemini.

İngilis mühasibləri hesab edirdilər ki, aşkarlığın təmin edilməsi üçün uçot praktikası vahid hesabatın cədvəl formasını və eyni ilkin sənədlərin blanklarını nəzərdə tutmalıdır. Bundan əlavə, mühasiblər təcrübə mübadiləsi aparmalı idilər. Yəni, ixtisaslı mühasiblər qabaqcıl bilikləri yaymalı və təsərrüfat proseslərində məşğul olan şəxsləri tərbiyə etməli, onları sui-istifadədən çəkindirməli idilər.

XIX əsrdə İngilis-Amerikan ədəbiyyatında uçot nəzəriyyəsinin inkişafı

XIX əsrdə mühasibatlıq haqqında yazan müəlliflər təcrübənin məqsədəuyğun nailiyyətlərinin təsviri ilə nə qədər məşğul olsalar da, yeni effektiv bir üsul hazırlamaq və təklif etmək barədə düşünmürdülər.

XIX əsrin sonlarında ingilis-amerikan ədəbiyyatında altı təşkilati uçot prinsipini ayırd etmək olar:

  1. əmək bölgüsü – adi bir ifaçı bütün fəaliyyətini hesabat məlumatlarının sadə toplanmasına və qruplaşdırılmasına yönəldir;
  2. informasiyanın lokallaşdırılması – ilkin uçotun bütün yükü əməliyyat işçilərinin üzərinə qoyulur;
  3. nəzarətdə rəqabət – hər hansı bir ifadə başqa, tamamilə müstəqil bir mənbənin müvafiq ifadələri ilə müqayisə olunmalıdır (bu kollasiya prinsipi adlanır);
  4. mühasibat uçotunun səmərəliliyi – mühasib ayda bir dəfə yerlərdə operativ işçilər tərəfindən aparılan registrlər üzrə jurnalı doldurur, ona provodkaları daxil edir;
  5. metodoloji müstəqillik – hər firma təşkilatda, metodologiyada və mühasibat uçotunda öz qaydalarını təyin edir, nə qədər firma vardırsa, bir o qədər də uçot üsulu var;
  6. psixoloji mühit – uçotun əsas vəzifəsi – müəssisə işçiləri tərəfindən sui-istifadə hallarının qarşısını almaq, habelə mühasibat şöbəsinin işçiləri ilə digər şöbələrin işçiləri arasında münasibətlərin təşkili, məsuliyyətlərin bölüşdürülməsi, nizam-intizamın qorunması tədbirlərini həyata keçirmək.
Mühasibat uçotunun təşkili praktik olaraq bu prinsiplər üzərində qurulmuşdur. Onun quruluşuna, aparılmasının operativliyinə görə məsuliyyəti mühasib deyil, təşkilat rəhbəri özü daşıyırdı. İdarə heyəti ilə razılaşdırıldıqdan sonra uçot sistemində nəinki təşkilati, metodiki, həm də metodoloji dəyişikliklərə yol verilə bilərdi.

33-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edildi

posted in: Xəbər | 0

Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin işçi heyətinə Kapital Bank-ın smart Təhsil kartları təqdim edilib. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və Bakı Dövlət Universitetinin təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, smart Təhsil kartı vasitəsilə ali və orta ixtisas təhsil müəssisələrinin işçi heyəti məvaciblərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Həmçinin smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə bu kartların əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, müəllimlər üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.

Qeyd edək ki, indiyədək Kapital Bank tərəfindən smart Təhsil kartları Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təhsili müəssisələrinin təhsilalanlarına təqdim edilib. Gələcəkdə digər ali və orta ixtisas təhsil müəssisələrinin təhsilalanlarına və işçi heyətinə də analoji kartlar verilməsi nəzərdə tutulur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi

posted in: Vergi, Xəbər | 0

debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi ödəyicisinin Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi barədə sorğusuna baxılıb.

Vergilər Nazirliyindən bildirilib ki, qeyd olunan maddəyə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin ƏDV qeydiyyatına alınmasına dair tələblər müəyyən edilmişdir.

Maddədə deyilir ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən olunan hüquqdan istifadə edə bilərlər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirənlər;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edənlər.

Həmin maddə ilə müəyyən olunmuş tələblərdən biri də qeyd olunan fəaliyyətlə məşğul olan və ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə vermək niyyətində olan şəxslər tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların uçotunun vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparılması və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanının təmin edilməsidir.

Bu məqsədlə, qeyd olunan fəaliyyətlə məşğul olan və göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan vergi ödəyicisi tərəfindən özünün elektron informasiya sisteminə vergi orqanının çıxış imkanı əldə etməsi üçün müvafiq texniki baza yaradılmaqla ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun