Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, Vergi Məcəlləsinin əmlakın siyahıyaalınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə dəyişiklik edilib. Dəyişikliyə görə, aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir:

89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması vergiödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergiödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (I hissə)

posted in: Xəbər | 0

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb. Bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Məsələn, son zamanlar mühasibatlıq və auditor fəaliyyətinə artan tələblərdən, o cümlədən hazırda qüvvədə olan qanunvericiliyin tələblərindən söhbət gedir.

Görünür, bu cür tendensiyalar həmin sahələrin işçilərini müasir texnologiyalara və prinsipial yeni alətlərə daha tez-tez müraciət etməyə məcbur edir. Bu da bəzi ekspertlərin fikrincə, qaçılmaz prosesdir.

Hazırda əmək bazarının digər seqmentləri kimi mühasibat və audit fəaliyyəti tədricən yeni rəqəmsal texnologiyaların mənimsənilməsi və tətbiqi mərhələsindədir. Lakin “Deloitte & Touche” şirkətinin innovasiya sahəsində aparıcı eksperti Uill Bayblanın fikrincə, əslində, bu cür alətlərin rəqəmsallaşdırılması, inteqrasiyası və müəssisələrdə tətbiq edilməsi meyilləri hələ 2000-ci illərin əvvəllərində yaranmışdır.

Bir neçə il ərzində əksər şirkətlər öz məhsulları, müştəriləri, kontragentləri və sifarişçiləri haqqında bütün məlumatları “rəqəmsallaşdırmaq”, həmçinin biznesin aparılması üçün tamamilə yeni prinsiplərin işlənib hazırlanması üçün bir çox cəhdlər göstərib və müxtəlif alətlər tətbiq etməyə çalışıblar. Bayblanın sözlərinə görə, bu mərhələ şirkətlərin rəqəmsal texnologiyalara keçid prosesinin məntiqi davamı olub. Bu da qısaca avtomatlaşdırma və sistemli analiz mərhələsi kimi göstərilə bilər.

Tutaq ki, şirkət bütün mövcud məlumatları və verilənlər bazasını rəqəmsal müstəviyə çevirə bildi. Bəs, o, kökündən fərqli olacaq bütün iş proseslərini necə avtomatlaşdıra bilər? Baybl da vaxtilə belə bir sual vermişdi.

Əslində, müasir texnologiyaların əsas vəzifəsi ondan sonra istifadə etmək imkanı olan bir neçə prinsipial müxtəlif sistemlərin birləşdirilməsinin daha optimal həllini tapmaqdır. Məhz, bu proseslərin tam avtomatlaşdırılmasına gətirib çıxarmalıdır.

Bununla yanaşı, bu cür texnologiyaların bariz nümunəsi kimi, praktikada RBA texnologiyası adlandırılan müəssisələrdə biznes proseslərinin avtomatlaşdırılması üçün proqram robotlarının və süni intellektin tətbiqi prosedurunu göstərmək olar.

Baybl hesab edir ki, “RBA texnologiyasının əsas prinsipi adi insanlar kimi qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulmuş proqram botlarının yaradılmasıdır. Lakin, onlar avtomatik rejimdə müxtəlif sistemlər arasında məlumat mübadiləsi aparmağa imkan verir. Adi işçi daim bir sistemdən məlumat çıxarmaq və onu başqa sistemə daxil etmək məcburiyyətində qalacaq. Bu isə kifayət qədər müntəzəm fəaliyyətdir”.

Bununla yanaşı, mühasibat uçotunun prinsipcə yeni standartlarının tətbiqi prosesində əksər şirkətlər mühasibatın işi ilə bağlı bütün biznes-prosesləri avtomatlaşdırmaq imkanını axtarmağa başlayıblar. Həmçinin bütün müqavilə fəaliyyətini optimallaşdırmağa cəhd göstərirlər.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtaliyada sadələşdirilmiş və tam mühasibat sistemi (I hissə)

posted in: muhasibat, Xəbər | 0

İtaliyada sadələşdirilmiş və tam mühasibat sistemi

maliyyə fəlakəti,İtaliyada kiçik müəssisələrin mühasibat uçotunu sadələşdirmək üçün imkanları var. Onun xüsusiyyətləri nədən ibarətdir?

Mühasibat uçotunun düzgün və vaxtında aparılması İtaliya ərazisində fəaliyyət göstərən istənilən şirkətin rəhbərliyinin hüquqi öhdəliyidir. İtaliyada şirkətləri qeydiyyatdan keçirərkən, ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu sistemlərindəki fərqi anlamaq çox vacibdir.

Bununla birlikdə, İtaliya Maliyyə Nazirliyi kiçik şirkətlər üçün standart qaydalara uyğun mühasibat uçotunu aparmağın çətin ola biləcəyini nəzərə alıb və buna görə də, mühasibat uçotunun sadələşdirilmiş rejimini müəyyən edən bəzi sadələşdirmələr işlənib hazırlanmışdır.

Müəssisənin kiçik (impresa minore) hesab edilməsi və beləliklə, sadələşdirilmiş sistem üzrə mühasibat uçotunu apara bilməsi üçün iki tələbin yerinə yetirilməsi zəruridir: subyektivobyektiv.

Subyektiv tələb şirkətin hüquqi formasına aiddir: səhmdar cəmiyyətləri (società di capitali) tərəfindən sadələşdirilmiş mühasibat sistemi istifadə edilə bilməz. Tərəfdaş şirkətlər, o cümlədən tam və kommandit birliklər, faktiki birliklər  və fərdi kommersiya müəssisələri üçün isə buna icazə verilir.
Şirkətin sadələşdirilmiş sistem üzrə mühasibat uçotu aparmaq hüququna malik olması üçün zəruri olan obyektiv tələb, bu gəlirin məbləğindən ibarətdir ki, o da bundan artıq ola bilməz:
  • xidmət təqdim edən şirkətlər üçün 400 000 avro;
  • digər fəaliyyət növləri ilə əlaqəli olan şirkətlər üçün 700 000 avro.

Bu məhdudiyyətlər qanunvericilik dekreti ilə tətbiq olunub.

Bu limitlərin müəyyən edilməsi zamanı 2017-ci ildən kassa rejimi tətbiq edilir. Yəni, yalnız real əldə edilmiş gəlirlər nəzərə alınır. Bu dəyişiklik sadələşdirilmiş mühasibat sisteminə daha asan daxil olmaq imkanı verdi: əvvəllər şirkətlərin kredit və debetlərinin vəziyyətini təhlil etmədən, yalnız nümayiş etdirilən və alınan hesab-fakturalar nəzərə alınırdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bonus-hədiyyə kampaniyalarında uçot, hesabatlılıq və rəsmiləşdirilmə

posted in: Xəbər | 0

Bonus-hədiyyə kampaniyalarında uçot, hesabatlılıq və rəsmiləşdirilmə

Məzuniyyət haqqı, Məzuniyyət haqqının hesablanması, Qeyri-iş günlərində əmək haqqı, ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiTopdan və pərakətdə ticarət ilə məşğul olan vergi ödəyicilərində endirim və hədiyyə kampaniyalarıgünümüzün geniş yayılmış reallıqlarındandır. Bu kampaniyalar zamanı ortaya çıxan vergi məsələlərini sərbəst auditor Altay Cəfərov şərh edir.

Misal: Tutaq ki, “AA” MMC həm topdansatış, həm də pərakəndə ticarət fəaliyyəti ilə məşğuldur. Topdansatış fəaliyyəti tikinti malların satışı ilə bağlıdır və hər 2000 manat mal alana 5% güzəşt verilir. Pərakəndə ticarətdə isə 50 manat alış edən şəxsə 1 ədəd 6 manatlıq məhsul 50% güzəştlə 3 manata satılır (nəzərə alaq ki, 6 manatlıq məhsulun maya dəyəri 4 manatdır). Bundan əlavə, bəzi malların 50 manatlıq alışı üçün 5 manatlıq kosmetika məhsulu hədiyyə verilir (nəzərə alaq ki, kosmetika məhsulunun maya dəyəri 3 manatdır).

Sual: Belə əməliyyatlar üçün uçot, rəsmiləşdirmə və hesabatlılıq necə olacaqdır?

Topdansatış ticarətdə mallar təqdim ediləndə elektron qaimə-faktura yazılmalıdır. Elektron qaimə-fakturanın formasında güzəşt kimi hər hansı xana yoxdur. Kağız qaimə-fakturalarda, malların təhvil-təslim aktında isə satışın ümumi məbləğini (2000 manat), 5% faiz güzəşti(100 manat), eləcə də ödəniləcək məbləği (1900 manat) yazmaq olur.

Bütün hallarda satışın məbləği 2000 manat yox, 1900 manat göstərilməlidir. Bu həm gəlirlik anlayışına, həm də ƏDV məqsədləri üçün müəyyənləşdirilmiş tələblərə uyğundur. Ona görə də “AA” MMC satış kimi həm ƏDV bəyannaməsində, həm də mənfəət vergisi bəyannaməsində 1900 manat yazacaqdır.

Pərakəndə ticarətdə satılmış 50 manata görə əldə olunacaq güzəştdə məsələ başqa cürdür. Bu, artıq reklam kampaniyasıdır. Bu kampaniya çərçivəsində alıcı 50 manat +3 manat (6 manat*50%) = 53 manat ödəyir və 4 manat maya dəyəri olan malı 3 manata alır.

Sual: Burada vergitutma məsələləri necə olmalıdır?

İlkin olaraq 4 manatlıq malın 3 manata satılması təsəvvürü yaranır: bu halda vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 14-cü maddəsi tətbiq edilməlidir. Lakin burada söhbət lotereya yox, reklam kampaniyasından gedir.

“Lotereyalar haqqında” Qanunda yazılıb:

2.0.1. Lotereya – lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) yayılması, lotereya iştirakçıları arasında uduş fondunun oynanılması və uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyun.

Bir çox böyük ticarət firmalarında alınan malların məbləğinə görə biletlər verirlər, müyyən müddətdən sonra uduş oyunu keçirirlər ki, bu, lotereya əməliyyatları sayılır. Bizim nəzərdən keçirdiyimiz misal isə adi reklam əməliyyatlarıdır. “Reklam haqqında” Qanunda yazılıb:

2.0.1. Reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat.

Baxdığımız misalda bilet və uduş yoxdur, müştərini cəlb etmək, onda maraq yaratmaq üçün güzət tətbiq edilib.

Ona görə də maya dəyəri 4 manat olan malın 50%-i reklam xərci kimi qiymətləndirilir. Yəni ƏDV bəyannaməsində ümumi satışın dövriyyəsi 56 manat yox, 53 manat yazılmalıdır. Nəzərə alsaq ki, 50 manatlıq çalın maya dəyəri 30 manatdır, mənfəət vergisi məqsədləri üçün 53 manatın maya dəyəri kimi 32 manat, reklam xərci kimi də 2 manat yazılmalıdır. Bir çox hallarda reklam kimi silinən malların maya dəyərini yuxarıdakı kimi bölmək mümkün olmadığına görə 4 manatı birbaşa satışın maya dəyəri kimi də silmək, yəni satışın maya dəyərini 34 manat yazmaq olar.

Üçüncü misalımızda vəziyyət eynilə ikinci misalımızdakı kimidir. Burada da satış məbləği kimi 50 manat həm ƏDV bəyannaməsində, həm də mənfəət vergisi bəyannaməsində yazılacaqdır. Maya dəyəri 3 manat olan kosmetika malının 5 manatlıq dəyəri satış kimi yazılmayacaqdır. Qeyd etdiyimiz kimi, bunu reklam xərci kimi silmək, yaxud uçot çətinliyi yarandıqda maya dəyərindən silmək olar. Mənfəət vergisi üçün yuxarıda nəzərdən keçirdiyimiz qayda bu misalda da eynidir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun