Koronavirusla bağlı Azərbaycanda onlayn satış və xidmətə keçmək tövsiyə olunur
Ötən gün Azərbaycanda koronavirusa (COVID-19) yoluxma sayında rekord göstəricinin qeydə alınması hökuməti əlavə tədbirlərin görülməsinə məcbur edib.
“Report”un məlumatına görə, artıq qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb.
Belə ki, hazırda açıq şəkildə müştərilərə xidmət göstərən mağazalar, satış və ictimai xidmət mərkəzlərinə onlayn satış və xidmətlərin həcminin artırılması üçün tövsiyələr verilib.
Onlara qarşıdakı 10 gün ərzində müştərilərlə təması tam minimuma endirməyi və müxtəlif platformalar vasitəsi ilə elektron satışı təşkil etmək məsləhət görülüb.
Mənbənin məlumatına görə, yoluxmaların sayı artacağı təqdirdə noyabrın 3-dən etibarən marketlər istisna olmaqla digər satış və xidmət mərkəzlərinin yenidən qapadılması nəzərdə tutulub.
Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb, 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 47 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 151 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 260 min 193 test aparılıb. Bugünkü test sayı isə 9 457-dir.
Mənbə: report.az

Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər…
Oktyabrın 21-də İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Rəvan market”də, “Gilan alçipan satışı” ticarət obyektində, Yasamal rayonunda Qoşqar Əliyevə məxsus telefon aksessuarları satışı mağazasında, Gülnara İsrafilovaya məxsus gözəllik salonunda, Sabunçu rayonunda “Bakıxanov mall” ticarət obyektində,
Dəyərli oxucular, bu yazımızı bir az gündəmdən uzaqlaşmaq üçün fərqli istiqamətdə yönəltdik. Bu dəfə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (hamıya avto icbari kimi məlum olan) növü üzrə sığorta haqlarının hansı meyarlara əsasən müəyyən edilməsi barədə məlumat verəcəyik. Mövzuya keçməzdən əvvəl xatırlatmaq mümkündür ki, bu sığorta növü üzrə sığorta şirkəti (sığortaçı) sığorta təminatı verdiyi avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən şəxsin nəqliyyat vasitəsini istismar edərkən başqasının (özü və ailə üzvləri istisna olmaqla) sağlamlığı və ya əmlakına vurduğu zərəri ödəmək öhdəliyini daşıyır. Bu sığorta növü üzrə sığorta haqqı 1 illik və birdəfəlik ödənilir.