Ukraynada yeni vergi tətbiqi vəd olunub

posted in: Vergi, Xəbər | 0

Ukraynada yeni vergi tətbiqi vəd olunub

Ukrayna prezidenti Vladimir Zelenskiy, Ali Radaya müraciətində çıxarılan kapitala vergi tətbiq olunması və vergi amnistiyası qanununun qəbulu üçün təşəbbüslə çıxış edəcəyini vəd edib. Onun sözlərinə görə, bu, koronavirus ilə bağlı böhrandan sonra iqtisadiyyatı bərpa etməyə imkan verəcək, Reuters agentliyi belə xəbər verib.

Zelenskinin sözlərinə görə, yeni vergi tətbiqi ilə bağlı Ukrayna cəmiyyətində lazımi qədər “sonsuz müzakirələr” olub. “Bu məsələdə artıq nöqtə qoymaq vaxtı gəlib çatıb və mən bunu etməyə hazıram”, – deyə, o, qeyd edib.

Çıxarılan kapitala tətbiq edilən vergi fiziki şəxslərin, qeyri-rezidentlərin gəlir vergisinin mövcud olmaması deməkdir. Biznes yalnız o halda vergini ödəyir ki, sahibkar dividendlərin ödənilməsi yolu ilə pul götürsün. Belə bir təklif ilk dəfə hələ Pyotr Poroşenkonun prezidentliyi dövründə formalaşdırılmışdı. Lakin ölkənin əvvəlki rəhbərliyi bu tədbirlərə getməmişdi.

Vergi amnistiyası dedikdə, vergilər ödənilmədən əldə edilmiş aktivlərin, gəlirlərin və əmlakın könüllü bəyan edilməsi nəzərdə tutulur. Təklifdən istifadə edənlər cinayət təqibinə düşməyəcəklər. Maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Daniel Getmansevin qeyd etdiyi kimi, baza dərəcəsi 5 faiz təşkil edəcək, xaricdəki aktivlər üçün faiz dərəcəsi 9 faiz, nağd pullar üçün isə 18 faiz səviyyəsində müəyyən ediləcək.

Zelenskiy çıxışı zamanı yeni fəlsəfənin tətbiqinə çağırış edib o, ölkənin buna hazır olduğunu bəyan edib. Onun fikrincə, bu, ölkənin qurulmasına yanaşmanı kökündən dəyişdirəcək.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal gələcəkdə pensiyanın ləğv olunması ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi. Onun fikrincə, 15 ildən sonra büdcədə bunun üçün vəsaitlər olmayacaq. Bu problemi həll etməkdən ötrü vergiləri iki dəfə artırmaq lazım gələcək ki, buna da şirkətlər getmək istəmirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiHazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxmuş, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, son həftələrdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma halları qeydə alındığından karantin qaydaları yenidən sərtləşdirilir.

Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları və Mingəçevir şəhərində yüksək yoluxma faktları aşkar olunub.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

Eyni zamanda Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax və Zaqatala rayonlarında aşağıdakı tarixlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılır:

-24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək

-31 oktyabr saat 00-dan 2 noyabr saat 06:00-dək

“Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq”, – Operativ Qərargahdan bildirilib.


“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.2-1-ci yarımbəndə “və Zərdabi kəndlərinə” sözlərindən sonra “, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına” sözləri əlavə edilsin;

1.2. 1.1.15-ci yarımbəndə “Quba” sözündən sonra “, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala” sözləri əlavə edilsin.

2. Bu Qərar 2020-ci il 24 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 23 oktyabr 2020-ci il
№ 410

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (18-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (18-ci hissə)

17-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

mühasibat uçotu, vakansiya, Mühasib təcrübəçi, mühasibatlıq, Gələcəyin mühasibatlığı, mühasibatlıq, müasir texnologiyalar,Bestanın işində müəssisənin balansının təkcə vertikallar üzrə deyil, həm də horizontallar üzrə aydın bölgüsü müşahidə olunur.

Tədiqatçıların fikrinə görə, Bestanın xidmətləri uçot sisteminə onun formasından asılı olmayaraq baxmasındadır və əgər mühasiblərin böyük əksəriyyəti yeni formaların yaradılmasını elmdə tərəqqi kimi görürdülərsə, Besta isə qeyd formasını hesabdarlığın forması kimi müəyyənləşdirmişdi. Üç səbəbə görə onların ən yaxşı təsnifatı Bestaya məxsusdur:

  • registr növü;
  • qeydin xarakteri;
  • hesablarda qeydlərin yerinə yetirilməsi üsulu.

F. Bestanın şagirdlərini – V. Alfiyeri, K. Qidilya, A. Stabilini, D. Malyone – smetanın uçot ideyası cəlb edirdi. Belə ki, smeta müəyyən müddət ərzində təsərrüfatın aparılmasının ehtimal olunan nəticələrinin nə olacağını göstərirdi. F. Bestanın təlimlərinin təsiri altında E. Pizani özünün yaratdığı statmoqrafiya elmi əsasında bütün italyan məktəbinin ideyalarının sintezini həyata keçirməyə cəhd edib. Pizani iqtisadi prosesi bir mexanizmə bənzədirdi, ona görə mühasibatlıq üç növ əməliyyatı öyrənirdi: dinamik (mülkiyyət hesabları), statik (xalis mülkiyyət hesabı) və statik-dinamik. Zahirən statmoqrafiya loqismoqrafiyadan onunla fərqlənirdi ki, loqismoqrafiyada qeydiyyatın yerinə yetirildiyi günlər cədvəldə horizontal, qeydiyyatın aparıldığı hesablar isə vertikal üzrə yerləşirdi. Statmoqrafiyada isə əksinə qeydiyyatın aparıldığı hesablar horizontal üzrə, günlər isə vertikal üzrə yerləşir.

Pizaninin əsərlərini qiymətləndirən müasirləri onun sələflərinin təsiri altında olduğunu vurğulayırdılar və hesab edirdilər ki, mühasib mühəndis maşınları icad etdiyi kimi, obyektiv mövcud kateqoriyaları qeyd edir. Statmoqrafiyanın müasirlərə təsiri logismoqrafiyanın təsirindən daha zəif idi.

XX əsrin əvvəllərində italyan alimləri hesabdarlıqda üç elmi müəyyənləşdirdilər:

  • loqismologiya – mühasibat hesabları barədə elm;
  • statmologiya – mühasibat balansı barədə elm;
  • lemmalogiya – qalıqlar haqda elm.

Loqismologiya ənənəvi mühasibata daha yaxın idi. Statmologiya təsərrüfat fəaliyyətinin təhlilinə çevrildi. Lemmalogiya ehtiyatların idarə olunması üzrə təlimdə mürəkkəb riyazi aparatdan istifadə edərək anglo-sakson ölkələrində inkişaf etdirilirdi.

Baxışların rəngarəngliyinə baxmayaraq, italyan məktəbinə bir vahid, tam kimi baxıla bilər. Onun nümayəndələrini uçot elminin əsas kateqoriyalarının məqsədyönlü məzmunlu şərhi birləşdirir. Hətta hüquqi (Toksaniya) və iqtisadi (Venetsiya) istiqamətləri arasındakı fərqlər çox cüzidir. Həm toskaniyalılar, həm də venetsiyalılar uçota lombardiya məktəbi ruhunda idarəetmə vasitəsi kimi baxırdılar. Yalnız birincilər uçotun məqsədini insanların idarə olunması kimi təfsir edirdilər. İkincilər isə – təsərrüfat fəaliyyətində iştirak edən resurslar və dəyərlərin idrəediciləri kimi şərh edirdilər. Sonuncu halda, uçot, iqtisadi fəaliyyətə nəzarət elminə çevrildi.

İtalyanlar üçün mühasibatlığa bir yanaşma ilə xarakterik idi ki, bu da mənfəətin balans dəyərinin mühasibat uçotunun hüquqi təfsiri ilə tamamilə uyğun gələn vergi tutulan məbləğlə eyni olmalıdır.


19-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da niyə taxta dollar buraxıblar? (II hissə)

posted in: Xəbər | 0

ABŞ-da niyə taxta dollar buraxıblar? (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

taxta dollar,Taxta dollarların həqiqiliyi Amerika Birləşmiş Ştatları Ticarət palatasının nümayəndələrinin imzaları ilə təsdiq edilmişdi.  Güman edilirdi ki, bu pul nişanları müvəqqəti tədavüldə olacaq. Bu müddət isə 1933-cü il yanvar ayının 1-də bitirdi, bundan sonra hokumət onları ABŞ-ın adi dollarlarına çevirəcəkdi. Yəqin ki, hökumət öz vədlərini yerinə yetirəcəkdi. Amma nədənsə, pul əvəz edicilərini dəyişməyə heç kim tələsmirdi. Bundan başqa, Tenino şəhərinin taxta dollarları ölkənin hər yerindən olan çoxsaylı kolleksiyaçılar üçün əsl ov obyektinə çevrilmişdi. Rəsmi məlumatlara görə, şəhərdə təxminən 10 000 dollar ümumi məbləğində pul nişanları buraxılıb. Mübadilə üçün isə onların yalnız kiçik hissəsi təhvil verilib.

Yerli sakinlər onları 1:1 nisbətində real dollarlarla əvəz etmək istəyində deyildilər. Çünki onların kolleksiya qiyməti nominal dəyəri dəfələrlə üstələyirdi. Maraqlıdır ki, Tenino nümunəsi “yoluxucu” olmuşdu, 1933-cü ildə elə həmin Vaşinqton ştatının Bleyn şəhərindəki regional bank bağlanmışdı. Orada da taxta pullar buraxmağa başlamışdılar. Düzdür, əskinas formasında deyil, sikkə formasında. Təbii ki, onlar da kolleksiyaçıların diqqətindən kənarda qalmadı. Daha sonra ABŞ-ın bir neçə kiçik şəhərciyi də Tenino və Bleyn nümunəsinə əl atmışdılar.

Taxta pulların hazırlandığı mexaniki dəzgahlar indiyə kimi Teninoda mühafizə edilərək, saxlanılıb. Onlar muzey eksponatı deyil, pulları buraxmaqda davam edirlər. Təbii ki, onlar artıq çoxdan rəsmi ödəniş vasitəsi deyillər. Lakin kolleksiyaçılardan sifarişlər, hətta, yüz il sonra da daxil olmaqda davam edir. Həmin dəzgahda işləyən Loren Akerman əmin edir ki, şəhər hakimiyyət orqanları Don Meycerin təşəbbüsünün belə uğur gətirəcəyini təxmin belə edə bilməzdilər. Beləliklə, bir zamanlar şəhərin maliyyə böhranından çıxmasına kömək edən Tenino taxta dollarları artıq keçmişdə qalmışdı.

Onlar hazırda suvenirlər halına gəlib. Hətta yerli xəzinəyə onlar müəyyən qədər qazanc da gətirməkdə davam edir. Lakin, məlum olur ki, XXI əsrdə də taxta valyutanın rəsmi qaydada yer aldığı ölkələr var. Belə ölkələrdən biri Konqo Demokratik Respublikasıdır. 2005-ci ildə bu Afrika dövlətində ağcaqayın ağacından istehsal olunan beş franklıq sikkə dövriyyəyə buraxılıb. Belə sikkəyə malik olan insanın narahatçılığı üçün heç bir əsas yoxdur, çünki həmin pul sikkəsi bütün Konqo ərazisində qəbul edilir. Yeri gəlmişkən, həmin pulları yaxınlıqda yerləşən mağazaya aparmağa tələsməyin, bu cür nadir bir sikkə heç şübhəsiz ki, numizmatları maraqlandırır və onlar sevinclə həmin pullar üçün böyük məbləğlər təklif edəcəklər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun