Müxtəlif ölkələrdə orijinal müasir vergilər (I hissə)

posted in: Vergi, Xəbər | 0

Müxtəlif ölkələrdə orijinal vergilər (I hissə)

Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər…

Vergi orqanlarının büdcə kassasını artırmaq, potensial mənfəətin yeni mənbələrini axtarmaq üçün yanaşmasının nə qədər yaradıcı ola biləcəyinə baxın. Ən qeyri-adi və bəzən çox ekzotik vergiləri aşkara çıxarmaq üçün dünyanın müxtəlif ölkələrinin vergi qanunlarını araşdırdıq.

  • Yağışa görə vergi. Polşanın qərbində, Oder çayı kənarında yerləşən Vrotslav şəhərindən olan məmurların beyninə belə bir dahiyanə ideya gəlib. Belə ki, onlar yağış suları üçün nəzərdə tutulan kanalizasiya xəttindən istifadəyə görə belə bir vergi növünü tətbiq etməyə başlayıblar. Binanın yerləşdiyi hər kvadrat metr əraziyə görə 6 Polşa qroşu ödənilməlidir. Ən maraqlısı odur ki, bu vergi yağış yağıb-yağmayacağından asılı olmayaraq ödənilməlidir.
  • “Narkotik maddələrin qeyri-qanuni saxlanılmasına” görə vergi. Belə hal – qeyri-qanuni olan bir şeyin vergiyə cəlb edilməsi, yalnız ABŞ-da baş verə bilər. Amerikanın 23 ştatında marixuana, kokain, ekstazi və digər bu kimi psixotrop vasitələrə görə vergi tətbiq olunub. Həmin psixotrop maddələrin dilerləri sözügedən vergini anonim şəkildə də ödəyə bilərlər. Əgər onlar ələ keçərlərsə və həbs olunarlarsa, bu halda məhkəmədə sözügedən vergini ödədikləri barədə təsdiqedici sənədləri təqdim edə bilərlər ki, bu da məhkəmə gedişində onlardan ötrü yüngülləşdirici bir hal kimi nəzərə alına bilər.
  • Qeyri-formal münasibətlərə vergi tətbiq etməklə, Çin də özünü fərqləndirməyi bacara bilib. Dünyada nikah olmadan yaşayan cütlüklərin sayı durmadan artmaqdadır. Belə ki, Fransada və yaxud İsveçrədə nikahsız yaşayanlar bütün cütlüklərin 60 faizini təşkil etdiyini söyləyirlər. Lakin belə münasibətlər açıq-aşkar Çinin Tyantszmin əyalətindən olan məmurların xoşuna gəlməyib. Həmin səbəbdən onlar 1996-cı ildə öz münasibətlərini rəsmi olaraq qeydiyyata aldırmayan cütlükləri vergiyə cəlb ediblər. Həmin cütlüklər il ərzində 120 avro məbləğində vergi ödəyirlər.
  • Tatuaja və pirsinqə görə vergi. Belə bir vergi 2005-ci ildə Amerikanın Arkanzas ştatında tətbiq olunub. Həmin verginin tətbiqindən sonra bahalı tatuaj rəsmlərinin çəkilişi üçün xidmətlərin haqqı 6 faiz yüksəlib. Belə bir qərar qeyri-peşəkar tatuaj və pirsinq salonlarına qarşı kampaniya çərçivəsində tətbiq edilib. Hakimiyyət orqanları bunu həmin qeyri-peşəkar salonlarda insanların QİÇS-ə yoluxma riskinin ola biləcəyi amili ilə əlaqələndirib.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (16-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (16-cı hissə)

15-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


inventarlaşdırma, Mühasibat uçotu,Toskaniya məktəbi. Mühasibat nəzəriyyəsinin hüquqi istiqamətinin banisi F. Marçi (1822-1871-ci illər) olub. Marçi müəssisələrdə şəxsləri dörd qrupa ayırırdı:

1) agentlər (maddi məsuliyyətli şəxslər);

2) müxbirlər (hesablaşmalar aparılan şəxslər);

3) administratorlar;

4) sahibkarlar.

Hər qrupa uyğun ayrı-ayrı hesablar. Müəssisə ilə bağlı bütün şəxslər müəyyən hüquqi münasibətdədirlər və onların mənası uçotda açıqlanmışdır. Təsərrüfat həyatının hər bir faktı təsərrüfat prosesinin iştirakçıları arasında hüquqi münasibətlərin dəyişməsinə gətirib çıxarır. Ona görə də müəssisənin hüquqi strukturu onun iqtisadi vəziyyətini müəyyən edir. İdarədə mərkəzi fiqur administrator sayılırdı, bütün təsərrüfat əməliyyatları onun hesabından həyata keçirilirdi. Marçi fərdiləşdirmənin tərəfdarı idi – hər bir hesabın arxasında bir şəxs dayanırdı. Bu yanaşma böyük müəssisələrdə özünü doğrultdu. Lakin sahibinin bütün funksiyaları yerinə yetirdiyi kiçik firmalarda Marçı, mülkiyyətçinin öz funksiyalarını mühasibat obyektlərinin layihələndirməsi ilə bağlı vəziyyəti izah edərək, personifikasiyadan (fərdiləşdirmədən) istifadə etməyi təklif etdi.

Toskaniya məktəbinin digər iri nümayəndəsi loqismoqrafın yaradıcısı  D. Çerboni idi. Çerboni üçün mühasibat uçotu – inzibati funksiyalar və inzibati tədbirlər elmidir. Bununla da mühasibatlıq hüququn bir hissəsi kimi nəzərdən keçirilirdi.

Onun təlimi mühasibat aparatının hesablarının və strukturunun iyerarxik ardıcıl fərqləndirilməsini nəzərdə tuturdu və bu struktur müəssisənin özünün təşkilati quruluşuna uyğun olmalıdır. Çerboni iddia etdi ki, hesabdarlıq bir elm olaraq, bütün həcmdə təsərrüfatın aparılmasını nəzərdən keçirərək, biznes idarəçilərinin və agentlərin məsuliyyətinin müxtəlif dərəcələrinə əsaslanan normaları müəyyənləşdirir.

Loqismoqrafiyada Çerboni hesabdarlıq nəzəriyyəsi və formasını fərqləndirirdi. Nəzəriyyənin əsasında iki prinsip dururdu: fərdi şəxsiyyət – hər bir hesabın arxasında şəxs və ya şəxslər qrupu dayanırdı və dualistlik – mülkiyyətçinin hesabının balansı agentlərin və müxbirlərin ümumi hesablarının balansına bərabərdir.

Cherboni qeyd edirdi ki, logismoqrafiyanın mənası hesabların ardıcıl fərdiləşdirilməsindən ibarətdir. Mühasibat uçotunun məqsədi təsərrüfat agentlərinin və müxbirlərinin fəaliyyətinə nəzarət etməkdir. Elmin predmeti fiziki və hüquqi şəxslərin hüquq və öhdəlikləridir, metodu isə qeydiyyatdır. Bütün təsərrüfat əməliyyatları üç qrupa bölünür:

1) müxbirlərlə hesablaşmaları əks etdirən hüquqi əməliyyatlar;

2) mülkiyyətin tərkibində daxili dəyişikliklərə gətirib çıxaran statistik əməliyyatlar;

3) müəssisənin sahibi ilə hesablaşma məbləğinin dəyişdirən iqtisadi əməliyyatlar.

Çerboni təsdiq edirdi ki, mühasib qanunları yaratmır, onları açır. Bu qanunların məntiqi mühasibatlıq qeydləri qanunlarının məntiqini diktə edir. Hüquqi olaraq çıxış edən münasibətlər idarəetmə məqsədlərindən ayrılmaz olan uçot predmeti kimi çıxış edir.

U.D. Çerboninin çoxlu ardıcılları olub: loqismoqrafiyanı inkişaf etdirən K. Çerboni, D. Rossi, K. Bellini, F. Banalumi, D. Massa, E. Mondini, A. Sanvinetti, V. Citti.


17-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni pullar buraxılır

posted in: Xəbər | 0

Azərbaycanda yeni pullar buraxılır

Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

AMB də beynəlxalq təcrübəni nəzərə alaraq, hökumətin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

Artıq 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik yeni pul nişanlarının 1 yanvar 2021-ci il tarixindən tədavülə buraxılması nəzərdə tutulub. Onıar hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları ilə paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq “RollingStar Lead” holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Vergi Xidməti: Gələcəkdə zərurət yaranarsa, müvafiq tədbirlər görüləcək

posted in: Vergi, Xəbər | 0

Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtı“Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlar törədərək Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin həmlələri dəf edilib və hazırda rəşadətli Azəbaycan əsgərləri tarixi torpaqlarımızı işğaldan azad edirlər. Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalan düşmən mülki obyektləri və dinc əhalini hədəfə alır. Ermənistanın hərbi təxribatı nəticəsində çoxsaylı sahibkarlıq obyektlərinə də ciddi zərər dəyir”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Hüquq Baş İdarəsinin rəis müavini Anar Rzayevin şərhində qeyd edilir.

A.Rzayev bildirir ki, vergi ödəyicilərinə məxsus bir sıra təsərrüfat obyektləri ziyan çəkir, sahibkarların əmlakına külli miqdarda zərər vurulur, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanır və ya ciddi maliyyə itkiləri ilə üzləşirlər.

“Azərbaycan dövləti həmişə olduğu kimi, bu gərgin günlərdə də sahibkarların yanındadır. Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə ləğv edilib.

Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar nəzərə alınmaqla cəbhəyanı ərazilərdə fəaliyyət göstərən və zərər görmüş sahibkarlar üçün maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan inzibati aktlar ləğv edilib və həmin qərarlar üzrə maliyyə sanksiyalarının silinməsi ilə bağlı aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilib”.

İdarə rəisinin müavini qeyd edib ki, qəbul edilmiş qərarla 2 013 vergi ödəyicisinin milyon manatdan çox maliyyə sanksiyası ləğv edilib. Bu qərar tam və qismən işğal altında olan rayonlar, həmçinin cəbhəyanı ərazilər, o cümlədən Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Bərdə, Beyləqan, Daşkəsən, Gədəbəy və bir sıra digər rayonlardan olan vergi ödəyicilərini əhatə edir. Qərar mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilir.

Onun sözlərinə görə, sahibkarlıq subyektlərinə münasibətdə bu qərarın qəbul edilməsi onların gələcək maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və fəaliyyətinin davamlı olmasına xidmət edəcək: “Sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlı və maneəsiz həyata keçirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Gələcəkdə də zərurət yaranarsa, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun