Mühasibat uçotunun inkişaf mərhələləri (7-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (7-ci hissə)

6-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,Qədim Yunanıstan

Antik uçot üzərinə gips tökülərək hazırlanan lövhəciklərdə, papiruslarda aparılırdı, qaralama qeydlər üçün isə gil tikələrindən istifadə olunurdu. Yunanıstan ilk hesablama maşını olan abakanın vətəni oldu, elə sikkə şəklində pullar da burada meydana çıxdı. Pul əvvəlcə müstəqil uçot obyekti kimi, sonra hesablamalarda bir vasitə kimi və daha sonra isə inventar ölçmək üçün bir dəyər ölçüsü kimi çıxış etdi. Uçotda fərqli zərb sikkələri meydana gəldiyindən, onların uçotu zamanı əvvəlcə metal və çəki, daha sonra sikkələrin növü, sonra isə alınma dəyəri nəzərə alınmaqla yığılırdı.

Yunanıstanda mühasibat uçotu iki mənbədən ortaya çıxdı: maddi uçot – inventarlaşdırma və hesablama uçotu – kontokorrent. Onlarda mühasibatlığın iki başlanğıcı birləşirdi. Xronoloji qeydiyyat üzrə hesabatlılıq məqsədləri üçün rekapitulyasiya – bütün xronoloji qeydlərin sistematik şəkildə bölüşdürülməsi həyata keçirilirdi. Digər mənbə isə dəyərlərin inventar siyahısı idi. Maddi məsuliyyətli şəxslər vəzifəsinə yalnız böyük girov qoya bilən və ya nüfuzlu zaminlərini təqdim edə bilən zəngin adamlar təyin edilirdilər. Afinada xüsusi məmurlar və nəzarətçilər var idi ki, onların vəzifələrinə dövlətin gəlirləri və xərcləri haqqında hesabatların tərtib edilməsi daxil idi.

Maliyyə uçotu və nəzarət bütün dövlət gəlirlərinin və xərclərinin uçotu, məbəd əmlakının uçotu, daşınar və daşınmaz əmlakın inventarlaşdırılmasının daxil olduğu əhalinin seçdiyi on şəxsin əlində idi. Dövlət təsərrüfatında yalnız nağd pulun daxil olması və verilməsi faktları qeydə alınmırdı. Burada həm də kredit ödənişləri, ödənişlərin digər kassalara köçürülməsi müşahidə olunurdu. Hər bir növ gəlirlər üçün qapağında müəyyən hərf yazılan xüsusi gil qablar ayrılırdı və xərclər üçün məhz, nəzərdə tutulan qabdan pul götürmək olardı.

Kassanın açarı məmurlardan birində, sənədlərin yerləşdiyi otağın qapısının açarı başqa məmurda olurdu ki, onlar bu açarları bir-birilə dəyişdirə bilməzdilər. Ödənişləri əks etdirən sənədlər müəyyən müddət ərzində mühafizə olunmaqla saxlanılırdı. Məmurlar pulları qəbul etdikdən sonra ödəyicilərin adlarını pozurdular və vaxtı keçmiş ödənişlər və ödənişsiz şəxslər haqqında məlumatları əks etdirən siyahıları qaytarırdılar. Beləliklə, Yunanıstanda xətti (mövqeli) yazının qəbulu başladı.

Afinada hesabatlılıq ictimai xarakter daşıyırdı: məbədlərin, dövlət idarələrinin hesabatları mərmər və bürünc lövhələrə yazılırdı və xalq yığıncaqlarında nümayiş etdirilir, məbədlərin hasarına, yol kənarlarına vurulurdu.

Yunanıstanda bank sistemi inkişaf edirdi, bankda iki jurnal aparılırdı – onlardan biri mədaxil, digəri isə məxaric əməliyyatları üçün nəzərdə tutulmuşdu. Torpaq məhsul hesab olunurdu, torpağın girov qoyulması yolu ilə ssudalar verilirdi. Aristotel “Politika” əsərində mühasibat uçotu funksiyalarını nəzarət funksiyalarından aydın şəkildə ayırmışdı. Üstəlik, yoxlamanı nəzarətin bir hissəsi kimi başa düşürdü. Bu yeni bir yanaşma idi: auditor baş mühasiblə bərabər hüquqlu idi və ondan asılı deyildi.

Ellinizm dövründə uçot üzrə sənədlərin sayı 1000-dən çox olub, onlardan biri Zenonun papirusu idi. Zenon e.ə. 256-cı ildə özəl malikanələrdə yaranmış uçot sistemində islahatlar aparırdı. Mühasibat uçotunun iki məqsədi ifadə edilmişdi:

  1. Təsərrüfatın ümumi vəziyyətinin müəyyən edilməsi, bu da maddi dəyərlər ehtiyatlarının sistematik uçotunun təşkilini, debitor və kreditor borclarının müntəzəm uçotunu nəzərdə tuturdu;
  2. fəaliyyətin müxtəlif sahələrində təsərrüfat effektinin hesablanması, iqtisadi analizin ilk üsullarının meydana çıxmasını nəzərdə tuturdu.

8-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan zərərçəkmiş 148,2 mindən çox vergi ödəyicisinə 162,6 milyon manat ödənilib

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, sentyabrın 28-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 268 vergiödəyicisi (275 min 765 işçi) və maliyyə dəstəyi almaq üçün 119 min 24 fərdi (mikro) sahibkar olmaqla ümumilikdə 148 min 292 vergi ödəyicisi müraciət edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 216 min 571 işçini əhatə edən 25 min 31 vergi ödəyicisinin müraciəti araşdırılaraq təsdiqlənib, digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 99,77 milyon manat, ödənilmiş vəsait 98,89 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə 49,13 milyon manat olub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 111 min 986 vergi ödəyicisinin müraciəti araşdırılaraq təsdiqlənib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 63,8 milyon manat olub, 63,7 milyon manat vəsait 107 min 256 fərdi (mikro) sahibkara ödənilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmlakın icbari sığortası

posted in: Xəbər | 0

Əmlak satışı, daşınmaz əmlak, fiziki şəxsin vergi öhdəliyi, vergi öhdəliyi, əmlak, vergi, Əmlakını satanlar, fiziki, emlak vergisi, daşınmaz əmlak bazar, əmlak vergisi,Əmlakın icbari sığortası ilə bağlı ortaya çıxan sualları hüquqşünas Şəhriyar Həbilov aydınlaşdırır.

“İcbari sığortalar haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən, təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Qanunun 42.3-cü maddəsində isə göstərilib ki, bu fəslin məqsədləri üçün istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

Qanunun 43.2-ci maddəsinə görə, aşağıdakı şəxslər sahibi olduğu, bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir:

– hüquqi şəxslər;

– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Bu sığorta növü üzrə həm sağlamlığa, həm də əmlaka dəyən zərərə görə kompensasiya – sığorta ödənişi verilməsi nəzərdə tutulur. Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hadisələr baş verərsə və üçüncü şəxslərə zərər dəyərsə, sığorta şirkəti ödəniş verməlidir:

  • elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
  • qaz partlayışı;
  • elektrik naqillərində baş verən qısaqapanma;
  • su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
Bu icbari sığorta növü sahibliyində daşınmaz əmlak olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülki məsuliyyətini sığortalayır: “İstismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxs hesab edilir. Göstərilən hadisələr nəticəsində bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5.000 manat, ümumilikdə sağlamlıqla bağlı 50.000 manat, əmlaka dəyən zərərə görə də 50.000 manat həcmində sığorta məbləği (sığortaçının maksimal öhdəliyi) müəyyən edilib.
Əmlakın icbari sığortası iri ticarət mərkəzlərinin (mall, bazar və digər) ərazisində baş verəcək hadisələrdən üçüncü şəxslərin (əmlakını sığortalayan və ya fiziki şəxsdirsə, ailə üzvləri istisna olmaqla, digər şəxslər) zərərini kompensasiya etmək məqsədi daşıyır.

Əmlakın icbari sığortasını həyata keçirməməyə görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pullar – mahiyyəti, funksiyaları və növləri (III hissə)

posted in: Xəbər | 0

pullar, bank,Pullar – mahiyyəti, funksiyaları və növləri (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Pul – universal ekvivalent olaraq xidmət edən xüsusi bir əmtəədir.

Pul dövriyyəsinin ortaya çıxması.

İqtisadi alt sistem

Maliyyə sistemi:

  • ölkədə pulların bölüşdürülməsi;
  • ölkə büdcəsinin formalaşdırılması.
Kredit alt sistemi:
  • daxili və xarici borcları tənzimləyir;
  • ssuda kapitalını formalaşdırır;
  • qiymətli kağızlar dövriyyəsi ilə bağlıdır;
  • beynəlxalq kredit-valyuta münasibətləri ilə əlaqəlidir.

Hazırda büdcə defisitinin bağlanılması üçün pul çapından istifadə olunmur. Lakin büdcə defisiti yarandıqda, hökumət onun aradan qaldırılmasından ötrü mənbələr axtarıb tapmalıdır.

Bazar mexanizmlərindən istifadə, defisitin qapadılması üçün mənbələri təmin edir və bunları nəzərdə tutur:

  •  dövlət borc istiqrazlarını buraxır, yəni, iqtisadiyyat subyektlərindən alınmış dövlət krediti azalır;
  • qiymətli kağızların satışından əldə edilən pulları dövlət büdcə defisitinin maliyyələşdirilməsinə yönəldir, pullar yenidən iqtisadiyyata qayıdır.

Dövlət qiymətli kağızlarının buraxılması nəticəsində iqtisadiyyatın subyektləri arasında pulun yenidən bölüşdürülməsi baş verir:

  • sərbəst pul vəsaitlərinə malik şəxslər, həmin vəsaitlərə istiqrazları alır, yəni, öz pullarını dövlətə kredit kimi verir;
  • büdcə təşkilatları bu pullların hesabına öz xərclərinin maliyyələşdirilməsini əldə edirlər.

Büdcə defisitini qapatmaqla, nəsə dəyişmir, inflyasiya güclənmir, amma, dövlət borcu yüksəlir.

Dövlət borcunun ödənilməsinə yönələn vəsaitlər büdcədə “Xərclər” maddəsində nəzərdə tutulur.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun