Read More9
Read More9

DSMF-nin xərclərinin böyük hissəsi əhaliyə ödənişlərə yönələcək

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 %-ni və yaxud 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək.

Bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, əmək pensiyalarının orta aylıq məbləğinin bu il 540,3 manat, gələn il isə 590,2 manat olacağı proqnozlaşdırılır: “Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin builki 576 manatdan 629 manata yüksəlməsi gözlənilir. Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05 % və 50,4 % olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək”. Bundan başqa, deputat deyib ki, növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 91 milyon manat proqnozlaşdırılır.

Mənbə: report.az

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Tikinti sektorunda debitor borclar

Mühasibat uçotu subyektlərində uçot sisteminin formalaşması prosesində tikinti müqavilələri üzrə debitor borcların uçotu və təhlili vacib istiqamətlərdən biridir.

Debitor borclar dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • alıclıların, sifarişçilərin, təchizatçıların və podratçıların borcları;
  • işçilər, əsas idarəetmə heyəti üzrə borclar;
  • büdcə, büdcədənkənar fondlar və digər borclular.

Şirkət qarşısında belə borc öhdəlikləri olan şəxslər debitorlar adlanır.

Debitor borclar necə yaranar? Sahibkarlıq subyektləri öz fəaliyyətləri çərçivəsində malların təqdim edilməsi, iş, xidmətləri göstərilməsi zamanı, bəzən ödənişi həmin an ala bilmirlər. Belə olduqda qarşı tərəflə ödənişin təxirə salınması barədə razılığa gəlinir. Bazar iqtisadiyyatı şəraitində rəqabətli davam gətirmək, bazarda öz yerini tutmaq üçün qarşı tərəfin imkanlarını da nəzərə almaq lazım gəlir. Beləliklə, ödənişi bir müddət sonra alırlar.

Mühasibat uçotu subyektlərində belə aktivlər uzunmüddətli və qısamüddətli debitor borc kimi iki qrupa bölünür. Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları üzrə uçot Hesablar planının eyni adlı, 175 saylı hesabı üzrə aparılır. Buraya keçid etməklə həmin hesab üzrə uçotun əsasları, müxabirləşmə nümunələri ilə tanış olmaq olar.

215 saylı aktiv hesab tikinti müqavilələri üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub. Hesab elə belə də adlanır: “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları”.

215 saylı hesab üzrə uçotun əsasları

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”) maddəsinə, qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır.

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaların” 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” maddəsi üzrə  aşağıdakı hesablar da açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır

Həmin Qaydaların 23.7 maddəsi 215 saylı hesabın təyinatını belə şərh edir: “215 №li “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti müqavilələri üzrə sifarişçi tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Hesab üzrə uçot zamanı aşağıdakı beynəlxalq standartlar da nəzərə alınmalıdır:

  • 9 nömrəli “Maliyyə alətləri” MHBS (IFRS 9) ;
  • 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15) .

215 saylı hesab üzrə uçotun nizamlanması qaydaları

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən tikinti müqavilələri üzrə iş və xidmətlərin satışı nəticəsində yaranmış qısamüddətli debitor borcları Qaydaların 23.11 bəndi nəzərə alınmaqla 215 saylı hesabın debeti və uyğun hesabların krediti üzrə əks etdirilir.

Mühasibat uçotu subyektlərinin hesabat dövrü ərzində iş və xidmətlərin satışı zamanı əlavə dəyər vergisinin hesablanması 215 saylı hesabı debeti və 545 saylı hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 saylı hesabın uyğun subhesablarının debeti və 521 saylı hesabın uyğun subhesablarının krediti üzrə mühasibat yazılışı verilir (Qaydaların 23.13 bəndi).

Mühasibat uçotu subyektinin əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar tərəfindən borclarının qaytarılması zamanı, silinmiş debitor borcun əlavə dəyər vergisi qeyd edilən Qaydaların 23.20-ci bəndilə nizamlanır.

Tikinti müqavilələri üzrə məsrəflərlə bağlı müxabirləşmə nümunəsi

Tikinti işləri həyata keçirilib təqdim olunduqda müxabirləşmə nümunəsinə baxaq.

Nümunə. “A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını inşa edib təhvil verməlidir. Binanın inşası 1 il müddətində başa çatdırılmalıdır. Ümumi qiymət 305000 manat olan tikinti müqaviləsi bağlanıb. Smeta üzrə binanın dəyəri aşağıdakı kimidir (məbləğlər manatla verilib):  Materiallar – 130000,  işçilərin əməkhaqqı – 55000, ə/h-dan tutulmalar – 10065, tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri – 10000, digər xərclər 44935. Cəmi- 250000. Əldə olunan gəlir – 40000.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 130000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 130000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 55000.00

 

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 9790.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 60.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 215.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44935.00
10 Maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 250000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 601 – Satış 290000.00
12 ƏDV nəzərə alındıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 52200.00

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

Yaradıcılıq məzuniyyəti üzrə ödəniş necə hesablanır?

posted in: Xəbər | 0

Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova şərh edir. 

Məzuniyyət növlərindən biri də yaradıcılıq məzuniyyətidir. Əmək Məcəlləsinin 122-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlərinverilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı 5 gün qalmış verilir və Əmək Məcəlləsinin 140.5-ci maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Əmək Məcəlləsinin 122-ci maddəsinə əsaslanaraq yaradıcılıq məzuniyyətləri və onların müddətləri aşağıdakı kimi müəyyən edilir:

  • Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq, ona verilən arayış əsasında istifadə edir.
  • İşləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
  • Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Əmək Məcəlləsinin 122-ci maddəsinin 5-ci bəndinə görə, müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Misal 1

İşçi Azərbaycan Tibb Universitetində doktoranturada təhsil alır. Əmək Məcəlləsinə əsasən, ona hər tədris ilində 30 təqvim günü ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. İşçinin aldığı əməkhaqqı 1.800 manatdır. İşçi iyun ayında yaradıcılıq məzuniyyəti götürmək istəyir. Bu zaman işçiyə yaradıcılıq məzuniyyəti haqqı onun aldığı aylıq əməkhaqqının məzuniyyətdə olduğu ayın təqvim günlərinin sayına vurulmaqla hesablanacaq:

1.800 : 30 (iyun ayında gün sayı) = 60 manat;
60 x 30 (təqvim günü) = 1.800 manat.

Misal 2

Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Vəzifə maaşı 1.800 manat olan işçi həmin hüququndan istifadə edib. Bu halda onun ödənişinin hesablanması aşağıdakı kimi olacaq:

1.800 x 3 = 5.400 manat.

Mənbə: vergiler.az

Vergi güzəştlərinin 3 ildən bir qiymətləndirilməsi təklif olunur

Vergi güzəştlərinin 3 ildən bir qiymətləndirilməsi təklif olunur

posted in: Xəbər | 0

Azərbaycanda hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin hazırlanması şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından əhəmiyyətli nəticələr verə bilər.

Bunu deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ƏDV və mənfəət vergisi üzrə tətbiq olunan güzəştlərin məhsuldarlıq, ixrac və məşğulluq kimi konkret iqtisadi nəticələrə bağlanması daha səmərəli olardı:

“Güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi həmin güzəştlərin real təsirinin qiymətləndirilməsində mühüm alət ola bilər. Məsələn, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il yanvarın 1-dən 7 il müddətinə “0” dərəcəsinə endirilməsi haqqında qərarı artıq ixrac göstəricilərinə müsbət təsir etməyə başlayıb”.

Deputat əlavə edib ki, elm və rəqəmsallaşma sahələrində dövlət və özəl kapitalın birgə iştirakı ilə “Texnoİnnovasiya Fondu”nun yaradılması startap ekosisteminin inkişafına, universitet tədqiqatlarına və texnologiya yönümlü layihələrə birbaşa maliyyə dəstəyi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər:

“Prezident İlham Əliyevin Elmlər Akademiyasında elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyələşdirilməsi baxımından da bu təşəbbüs böyük əhəmiyyət kəsb edərdi”.

T. Mirkişili vurğulayıb ki, güzəştlərin effektivliyinin hər 3 ildən bir qiymətləndirilməsi və səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğvi həm şəffaflığı artırar, həm də ölkənin vergi bazasının genişlənməsinə ciddi töhfə verər.

Mənbə: report.az

Vergi Məcəlləsində hansı dəyişikliklər olacaq?

1 116 117 118 119 120 121 122 2. 700
error: Content is protected !!