215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Tikinti sektorunda debitor borclar

Mühasibat uçotu subyektlərində uçot sisteminin formalaşması prosesində tikinti müqavilələri üzrə debitor borcların uçotu və təhlili  vacib istiqamətlərdən biridir.

Debitor borclar dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • alıclıların, sifarişçilərin, təchizatçıların və podratçıların borcları;
  • işçilər, əsas idarəetmə heyəti üzrə borclar;
  • büdcə, büdcədənkənar fondlar və digər borclular.

Şirkət qarşısında belə borc öhdəlikləri olan şəxslər debitorlar adlanır.

Debitor borclar necə yaranar? Sahibkarlıq subyektləri öz fəaliyyətləri çərçivəsində malların təqdim edilməsi, iş, xidmətləri göstərilməsi zamanı, bəzən ödənişi həmin an ala bilmirlər. Belə olduqda qarşı tərəflə ödənişin təxirə salınması barədə razılığa gəlinir. Bazar iqtisadiyyatı şəraitində rəqabətli davam gətirmək, bazarda öz yerini tutmaq üçün qarşı tərəfin imkanlarını da nəzərə almaq lazım gəlir. Beləliklə, ödənişi bir müddət sonra alırlar.

Mühasibat uçotu subyektlərində belə aktivlər uzunmüddətli və qısamüddətli debitor borc kimi iki qrupa bölünür. Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları üzrə uçot Hesablar planının eyni adlı, 175 saylı hesabı üzrə aparılır. Buraya keçid etməklə həmin hesab üzrə uçotun əsasları, müxabirləşmə nümunələri ilə tanış olmaq olar.

215 saylı aktiv hesab tikinti müqavilələri üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub. Hesab elə belə də adlanır: “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları”.

215 saylı hesab üzrə uçotun əsasları

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”) maddəsinə, qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır.

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaların” 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” maddəsi üzrə  aşağıdakı hesablar da açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır

Həmin Qaydaların 23.7 maddəsi 215 saylı hesabın təyinatını belə şərh edir: “215 №li “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti müqavilələri üzrə sifarişçi tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Hesab üzrə uçot zamanı aşağıdakı beynəlxalq standartlar da nəzərə alınmalıdır:

  • 9 nömrəli “Maliyyə alətləri” MHBS (IFRS 9) ;
  • 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15) .

215 saylı hesab üzrə uçotun nizamlanması qaydaları

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən tikinti müqavilələri üzrə iş və xidmətlərin satışı nəticəsində yaranmış qısamüddətli debitor borcları  Qaydaların 23.11 bəndi nəzərə alınmaqla 215 saylı hesabın debeti və uyğun hesabların krediti üzrə əks etdirilir.

Mühasibat uçotu subyektlərinin hesabat dövrü ərzində iş və xidmətlərin satışı zamanı əlavə dəyər vergisinin hesablanması 215 saylı hesabı debeti və 545 saylı hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 saylı hesabın uyğun subhesablarının debeti və 521 saylı hesabın uyğun subhesablarının krediti üzrə mühasibat yazılışı verilir (Qaydaların 23.13 bəndi).

Mühasibat uçotu subyektinin əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar tərəfindən borclarının qaytarılması zamanı, silinmiş debitor borcun əlavə dəyər vergisi qeyd edilən Qaydaların 23.20-ci bəndilə nizamlanır.

Tikinti müqavilələri üzrə məsrəflərlə bağlı müxabirləşmə nümunəsi

Tikinti işləri həyata keçirilib təqdim olunduqda müxabirləşmə nümunəsinə baxaq.

Nümunə. “A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını inşa edib təhvil verməlidir. Binanın inşası 1 il müddətində başa çatdırılmalıdır. Ümumi qiymət 305000 manat olan tikinti müqaviləsi bağlanıb. Smeta üzrə binanın dəyəri aşağıdakı kimidir (məbləğlər manatla verilib):  Materiallar – 130000,  işçilərin əmək haqqı – 55000, ə/h-dan tutulmalar – 10065, tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri – 10000, digər xərclər 44935. Cəmi- 250000. Əldə olunan gəlir – 40000.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 130000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 130000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 55000.00

 

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 9790.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 60.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 215.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44935.00
10 Maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 250000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 601 – Satış 290000.00
12 ƏDV nəzərə alındıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 52200.00

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

Print Friendly, PDF & Email