Read More9
Read More9

Bu il Azərbaycanda qadın sahibkarların sayı 7 % artıb

posted in: Xəbər | 0

2025-ci ilin altı ayında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çox olub.

Bunu KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov “Türk dünyasında qadınların gücü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu da ötən illə müqayisədə təxminən 7 % artım deməkdir:

“2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə məşğul əhalinin 48 %-ni qadınlar təşkil edir. Fəaliyyətdə olan fərdi sahibkarların 23 %-dən çoxu qadındır. 2024-cü ildə təsisçisi qadın olan 2 800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da Azərbaycanda qadın sahibkarlığının inkişaf etdiyini və bundan sonra da inkişaf edəcəyini göstərir”.

Mənbə: report.az

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri idxal edəcəkləri mallar haqqında vergi orqanına məlumat verməlidirlər. Bu maddə üzrə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vacib məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Birinci dəyişiklik – Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan vergi ödəyiciləri idxal ediləcək mallarla bağlı vergi orqanının təsdiq etdiyi formanı müvafiq qaydada təqdim etməlidirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 14 mart 2022-ci il tarixli 6 saylı qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq olunub. Əvvəllər bəzi vergi ödəyiciləri sənədləri sərbəst formada təqdim edirdilər. Dəyişiklikdən sonra isə qeyd edilən forma yalnız internet vergi portalında yaradılmış xüsusi bölmə vasitəsilə təqdim olunmalıdır.

İkinci dəyişikliklə Vergi Məcəlləsinin 16.1.1-11.1-ci maddəsi ləğv edilib. Həmin maddədə qeyd olunurdu ki, vergi ödəyicisi mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatı qeyd etməlidir. Maddənin ləğv edilməsini vergi inzibatçılığının təkmilləşdirilməsi kimi qiymətləndirmək lazımdır. Bundan əlavə, artıq növbəti dəyişiklikdən aydın olur ki, idxalla məşğul olan (karqo şirkətləri istisna edilməklə) vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirləri yumşaldılıb.

Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “bir” sözündən sonra “və ya bir neçə” sözləri əlavə edilib. Son dəyişikliyədək vergi ödəyicisinin vergi orqanında bir təsərrüfat subyekti (obyekti) olduğu halda vergi orqanına müvafiq forma göndərilməsi tələbi var idi.

Misal 1

Tutaq ki, bank fəaliyyəti göstərən vergi ödəyicisinin baş ofisi ilə yanaşı filialları olduğu halda, idxalla bağlı formanı təqdim etməli idi. Amma yeni dəyişiklikdən sonra vergi ödəyicisinin birdən artıq təsərrüfat subyekti (obyekti) olduğu halda da vergi orqanına idxalla bağlı məlumat forması təqdim etməsinə ehtiyac qalmayıb. Öncəki dəyişiklikdə qeyd etdiyimiz kimi, Vergi Məcəlləsindəki dəyişikliklərlə idxalla məşğul olan vergi ödəyicisinə yumşalmalar tətbiq edilib.

Növbəti dəyişiklik qeyri-sahibkarlıq və şəxsi istifadə üçün mallar idxal olunan zaman müvafiq formanın təqdim edilməməsi ilə bağlıdır.

Misal 2

Fərdi sahibkar şəxsi istifadə üçün minik avtomobili idxal edirsə, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumat formasını vergi orqanına göndərməyəcək.

Mənbə: vergiler.az

Xərclərə və vaxta qənaət imkanı: sahibkarlar üçün daha bir yenilik

Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ı təmsil edən komanda Bakıda keçirilən və kibertəhlükəsizlik sahəsində regionun ən böyük tədbirlərindən sayılan “CIDC-2025” kibertəhlükəsizlik festivalında böyük əzm nümayiş etdirərək adını qaliblər sırasına yazdırıb. Komanda festival çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə kibermüharibə” yarışmasında üçüncülük əldə edib. Banklar arasında ən yüksək nəticə göstərən komanda qazandığı 5000 AZN mükafatı bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılan “Qırmızı Ürəklər Fonduna” ianə etməklə sosial təşəbbüsə imza atıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilən “CIDC-2025” kibertəhlükəsizlik festivalı bu il rekord iştirakçı sayı ilə diqqət çəkib. Ümumilikdə 2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilatın qatıldığı tədbir kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına xidmət edib.

İki gün ərzində iştirakçılar “Ağıllı şəhərlərdə kibermüharibə” kimi gərgin yarışlarda bacarıqlarını sınayaraq kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən təşkil edilən 10 təqdimat və 5 panel müzakirəsində iştirak ediblər. Onlar, həmçinin Azərbaycanda “Hack The Future 2” proqramı üzrə ödənişsiz təlimlərindən faydalanaraq kibertəhlükəsizlik həlləri sərgisi ilə tanış olublar.

Qeyd edək ki, Kapital Bank rəqəmsal transformasiya prosesində kibertəhlükəsizliyi əsas prioritet hesab edir və bu sahədə daima ən yeni texnologiyaları tətbiq edir.
Bank daxili təhlükəsizlik tədbirləri ilə yanaşı, müştərilərin maarifləndirilməsi istiqamətində də ən aktiv maliyyə qurumlarından biridir. Bank mütəmadi olaraq fırıldaqçılıq, fişinq və digər kibertəhdidlərə qarşı məlumatlandırma kampaniyaları, sosial media paylaşımları edərək, müştərilərinin maliyyə məlumatlarını qorumağa kömək edir. Həmçinin, “Dayan, düşün, dəqiqləşdir!” kampaniyası çərçivəsində ənənəvi və rəqəmsal media kanalları, təlimlər, video materiallardan istifadə edərək müştərilərinin maarifləndirilməsinə xidmət edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Xərclərə və vaxta qənaət imkanı: sahibkarlar üçün daha bir yenilik

Xərclərə və vaxta qənaət imkanı: sahibkarlar üçün daha bir yenilik

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarı iştirakçılarına “AZQR” standartını təqdim edib. Artıq iri ticarət şəbəkələrində və bəzi POS-terminal olan məntəqələrdə QR-lə ödənişlər qəbul edilir. AMB-nin sədr müavini Vüsal Xəlilov “vergiler.az”a açıqlamasında bildirib ki, indi bütün banklar İPS sisteminə qoşulub. QR-kodun tətbiqi və əhatəsinin genişləndirilməsi üçün sahibkarlarla müzakirələr aparılır.

V.Xəlilovun sözlərinə görə, “AZQR” standartının tətbiqində əsas məqsəd vətəndaşlara daha inklüziv xidmət göstərilməsidir: “Yəni hər bir bankın, fintex təşkilatının mobil tətbiqi vasitəsilə ödənişləri istənilən vaxt QR-lə gerçəkləşdirmək imkanının olmasıdır. Bu da açıq ödəniş sisteminin inkişafına böyük töhfə verəcək. Hesab edirik ki, bu, fintexlərin inkişafı üçün dəstək olacaq”.

Yeni standart, yeni tələblər

Qeyd edək ki, hazırda QR-lə ödənişləri yeni nəsil POS-terminallar vasitəsilə həyata keçirmək mümkündür. Artıq vətəndaşlar bəzi bank tətbiqləri ilə ticarət, xidmət obyektlərində bu üsulla ödəniş edə bilərlər. Lakin hələlik bütün bankların mobil tətbiqlərində bu xidmət aktiv deyil. Bir müddət əvvəl AMB sədri Taleh Kazımov bildirib ki, oktyabrın sonunadək bütün banklar “AZQR” standartına qoşulacaq və ödənişləri QR vasitəsilə həyata keçirmək asanlaşacaq.

Hələlik isə yalnız 2 bank – “Birbank” və “TuranBank” müştərilətinə QR-lə ödəniş imkanı verir. Qeyd edək ki, “AZQR” standartında həm müştərilərə, həm də biznes subyektlərinə təqdim edilən QR-kodlar mövcuddur. Bu standart həm dinamik, həm statik, həm də müştəri və satıcılara təqdim edilən modelləri dəstəkləyir.

Mikro və kiçik bizneslərə müjdə

QR-kodların müxtəlif istifadə ssenariləri ola bilər. Onlardan birincisi və ən əhəmiyyətlisi stiker formasında olan QR-kodlardır. Bu, xüsusilə, mikro və kiçik biznes sahiblərinin istifadəsi üçün nəzərdə tutulub. Subyektlər internet bankinq və ya fintex tətbiqləri vasitəsilə statik QR-i stiker formasında çap edərək müştərilərə təqdim etməklə ödənişləri qəbul edə biləcəklər. Bununla ödəniş qəbulu üçün əlavə mobil qurğuya, POS-terminala və ya digər hər hansı cihaza ehtiyac qalmır. Bu baxımdan, ödənişlərin QR-lə həyata keçirilməsi daha çox sahibkarların işinə yarayacaq. Xüsusilə, mikro və kiçik sahibkarlar üçün bu, böyük bir üstünlükdür. Artıq onlar hansısa bank hesabına bağlı olan POS-terminala görə birdəfəlik və aylıq ödənişlərdən, texniki xidmətlər üçün əlavə vəsait xərcləməkdən azad olunacaqlar. Bir sözlə, QR-kod vasitəsilə ödənişlərin qəbul edilməsi ilə həm sahibkarların, həm də onlara xidmət edən bankların investisiya xərcləri azalacaq, digər tərəfdən, vaxt itkisinin qarşısı alınacaq.

Mikro və kiçik sahibkarlıq subyektlərinin QR-lə qəbul etdiyi ödənişlər ani ödəniş sistemləri üzərindən həyata keçirilir. Bu isə o deməkdir ki, həmin an vəsait müştərinin hesabından çıxaraq sahibkarlıq subyektinin hesabına daxil olur. Bu zaman sahibkar dərhal öz vəsaitini lazımi mənbələrə yönəldə bilər. Əvvəl olduğu kimi, günlərlə vəsaitlərin hesaba köçürülməsini gözləməyə lüzum qalmır.

Bir toxunuşla ödəmək imkanı

Dinamik QR-kodlar isə əsasən POS-terminalların və ya mobil POS-ların üzərindən generasiya olunacaq. “E-commers”də olan QR-lər isə müştərilərə invoys üzərində kodu yerləşdirib onun vasitəsilə ödəniş etmək imkanı yaradır. Eyni zamanda, yaxın aylarda nəqliyyat sektorunda da QR-kodların tətbiq olunmasını görə biləcəyik. Yeni standartın ayrı-ayrı sahələrdə həm vətəndaşların, həm biznes subyektlərinin işini yüngülləşdirməklə yanaşı, ümumilikdə iqtisadiyyata təsirləri də istisna edilmir. Beynəlxaq təcrübələr onu deməyə əsas verir ki, QR ödənişləri nağdsız dövriyyəni artırır və “kölgə iqtisadiyyatı”nı azaldır. Bu da son illərdə ölkəmizdə həyata keçirilən nağdsiz ödənişlərin həcminin yüksəldilməsi siyasətinə təkan verəcək.

“AZQR”, eyni zamanda, vətəndaşların şəxsi köçürmələri, hökumət ödənişləri, kommunal və büdcə ödənişlərini, e-ticarət vasitəsilə həyata keçirəcəkləri xərcləri də ödəməyə imkan verəcək. Biznes köçürmələri yalnız İBAN üzərindən deyil, VÖEN üzərindən də mümkün olacaq. Biznes subyektləri tərəfindən təqdim edilən QR-kodlarla ödəniş imkanları ilə yanaşı, vətəndaşların da belə imkanları olacaq. Yəni vətəndaş əməliyyatlarını QR-kod vasitəsilə reallaşdıra biləcək.

Hər iki model həm statik, həm də dinamik QR formatında generasiya oluna bilər. Statik QR bir dəfə formalaşır və onunla bir neçə əməliyyatı həyata keçirməyə imkan verir. Dinamik QR isə hər əməliyyat üçün bir dəfə formalaşır və əməliyyat məlumatlarını əks etdirir. Onu da qeyd edək ki, statik QR-kodlarda vizual tələblər də olacaq. Bu barədə daha ətraflı məlumatlar açıqlanacaq.

Mənbə: vergiler.az

192 saylı “Verilmiş uzunmüddətli avanslar” hesabı üzrə uçot

1 117 118 119 120 121 122 123 2. 680
error: Content is protected !!