214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Debitor borcların uçotu nə üçün vacibdir

Mühasibat uçotu subyektlərində debitor borclar müxtəlif səbəblərdən yaranır, məsələn:

  • sifariş edilmiş materiallar üçün avans ödənişlər materiallar təhvil alınanadək debitor borc sayılır;
  • əsas idarəetmə heyətinə borc məbləğləri verilə bilər;
  • icarə müqavilələri üzrə debitor məbləğlər yarana bilər və sair.

Ödəmə müddətinə debitorlar belə qruplaşdırılır:

  • qısamüddətli, o cümlədən icarə üzrə qısamüddətli debitor borclar;
  • uzunmüddətli, o cümlədən icarə üzrə uzunmüddətli debitor borcları.

“Debitor borclar” kimi təqdim edilən aktivlərin, o cümlədən icarə üzrə qısamüddətli debitor borcların həcminə nəzarət sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin sabitliyi üçün önəmlidir. Nəzarət üçün dəqiq uçot lazımdır.

214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” adlı hesab belə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub.

İcarə üzrə uzunmüddətli debitor borclarının uçotu Hesablar planının eyni adlı, 174 saylı hesab üzrə aparılır. Burada həmin hesab üzrə uçotun əsasları, müxabirləşmə nümunələri verilib.

İcarə münasibətləri və lizinq

İcarə münasibətləri bəzi mühasiblərə, sahibkarlara bəsit görünsə də əslində belə deyil, bunun kimi münasibətlər əsas etibarilə Mülki Məcəllə, “İcarə haqqında”, “Torpaq icarəsi” haqqında AR qanunları vasitəsilə tənzimlənir. Mülki Məcəllə icarə haqqında ümumi müddəaları, habelə icarə müqaviləsi ilə bağlı bir sıra şərtləri müəyyən edir, digər 2 qanun isə icarə münasibətlərinin daha ətraflı tənzimləməsin həyata keçirir.

İcarənin predmeti müxtəlif ola bilər. Bunlara binaları, daşınar əşyaları, torpaq sahələrini, hüquqları, müəssisələri misal göstərə bilərik. Qanunvericiliyə uyğun təyin edilmiş müəyyən kateqoriya əmlakın dairəsi, növləri icarə münasibətlərinin obyekti ola bilməz.

Beynəlxalq təcrübədə lizinq əməliyyatı anlayışı geniş yayılıb. Lizinq əməliyyatlarının icarə münasibətləri ilə çoxlu oxşarlıq təşkil etdiyini, sanki icarənin xüsusi forması olduğunu deyə bilərik. Oxşarlıqla yanaşı lizinqi ənənəvi icarədən fərqləndirən cəhət onun üçtərəfli olması, əmlakın (lizinq obyektinin) lizinq məqsədindən ötrü alınması kimi hallardır. Təcrübədə adətən maliyyə lizinqi yaxud sadəcə lizinq adlandırdığımız bu anlayış əslində maliyyə icarəsidir. İcarənin vərdiş etdiyimiz klassik formasına isə əməliyyat icarəsi deyilir.

İcarə üzrə qısamüddətli debitor borcların uçotu hesabı

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”)  maddəsinə,  qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır. 214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir.

Mühasibat uçotu subyektlərində 214 saylı hesab üzrə uçotun aparılması, hesablar üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır.

Ümumiyyətlə, qeyd edilən Qaydaların 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” üzrə məlumatların əks edilməsi üçün aşağıdakı hesablar açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır.

214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı onun aktivlərindən istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödəniləcək olan, habelə maliyyə icarəsində olan aktivlərə qoyulmuş xalis investisiya dəyərinə bərabər məbləğdə qısamüddətli debitor borclarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qaydaların 23.6-cı maddəsinə görə 214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı üzrə aşağıdakı subhesablar açılır:

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi 214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı üzrə iki subheab açıla bilər.

214 saylı hesab üzrə uçotun nizamlanması qaydaları

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı, mühasibat uçotu subyektinin aktivlərinin istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödənilməli olan icarə haqlarının ƏDV-si həmin qaydaların 23.13 bəndinə uyğun nizamlanır.

Qısamüddətli debitor borclar üzrə müsbət məzənnə fərqi yarandıqda həmin qaydaların 23.28 bəndi ilə nizamlanır.

Beynəlxalq uçot standartlarına uyğun tənzimləmə

İcarələrin tanınması, ölçülməsi, təqdimatı, məlumatın açıqlanması prinsiplərini 16 №-li “İcarələr” MHBS (IFRS 16) müəyyən edir. Müəssisə maliyyə öhdəliyini 9 nömrəli “Maliyyə Alətləri” MHBS-a (IFRS 9)  uyğun olaraq tanımalıdır.

Obyektin icarəyə verilməsindən gəlir əldə edildikdə müxabirləşmə nümunəsi

Müəssisə obyektlərin icarəsi fəaliyyəti ilə məşğul olur. Həmin obyektlərdən ikisini digər hüquqi şəxsə icarəyə vermişdir. İki obyekt üçün aylıq icarə haqqı ƏDV daxil olmaqla 2950 AZN təyin edilib. Ay sonunda qarşı tərəf bütün borcunu ödəmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Obyektlərin icarəyə verilməsi nəticəsində debitor borcları formalaşdıqda 214 – İcarə üzrə qısamüddətli debitor borcları 601 – Satış 2500,00
2 ƏDV nəzərə alındıqda 214 İcarə üzrə qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 450,00
3 Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 214 İcarə üzrə qısamüddətli debitor borcları 2500,00
4 Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 214 İcarə üzrə qısamüddətli debitor borcları 450,00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 450,00

Gəlir vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

Print Friendly, PDF & Email