İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası təsdiqlənib

posted in: Xəbər | 0

Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 13 may 2020-ci il
№ 168

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 13 may
tarixli 168 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir.

1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

1.3. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər Qanunun 24.10-cu maddəsinə əsasən özünüməşğulluğa cəlb edilmirlər.

1.4. Qanunun 24.8-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Özünüməşğulluğun təşkili mərhələləri

2.1. Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

2.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

2.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

2.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

2.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;

2.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

3. Özünüməşğulluğun təşkilinə dair ümumi tələblər

3.1. Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir.

3.2. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir.

3.3. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4. Özünüməşğulluğun təşkili sahəsində məsləhətlərin və məlumatların verilməsi

4.1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər və məlumatlar işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən verilir.

4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərə isə işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

5. Özünüməşğulluq istiqamətinin seçilməsinə və özünüməşğulluğun təşkilinə kömək edilməsi

5.1. İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar.

5.2. İşsiz şəxsə bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar verildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində təlimə cəlb olunma ilə bağlı bildiriş həmin şəxsin işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi MAS-da qeydiyyata alındığı zaman yaradılmış elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

5.3. İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir.

6. Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi

6.1. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir.

6.2. İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 (beş) iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir.

6.3. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulmuş qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 (otuz) iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

6.4. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər.

6.5. Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

6.5.1. özünüməşğulluğa cəlb edilir;

6.5.2. özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır.

6.6. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz.

7. Özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi

7.1. İşsiz şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir.

7.2. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2 (iki) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.

7.3. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir.

7.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 (on) iş günü müddətində elektron kabinetində yerləşdirməlidir.

7.5. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

8. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin dövri monitorinqi

8.1. Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 (iki) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

8.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.

8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.4. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.5. Bu Qaydanın 8.4-cü bəndində göstərilən bazar qiyməti Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

8.6. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

9. Yekun müddəalar

9.1. Özünüməşğulluğa cəlb olunmuş şəxsin bu Qaydanın 6.5.2-ci yarımbəndində nəzərdə tutulan qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

9.2. Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-dan hüquqi şəxslərə və sahibkarlara növbəti güzəşt

posted in: Xəbər | 0

Kapital Bank Azərbaycan Respublikası Mərkəzi Bankının çağırışına qoşularaq, pandemiya dövründə hüquqi şəxslərə və sahibkarlara növbəti dəstək aksiyasını təqdim edir. Belə ki, 30 sentyabr 2020-ci il tarixinədək hüquqi şəxs və fərdi sahibkarlara respublikadaxili köçürmə komissiyası 50% endirilərək 0,1% təyin edilib.

Bu kampaniya, həmçinin sahibkar və hüquqi şəxslərin bir çox əməliyyatları onlayn edə bilməsi üçün yaradılan Müştəri Bank sistemindən qoşulanlara da şamil olunur.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcəkdir. Bundan başqa Kapital Bank hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Burada KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər. Biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib köməkçisi – Zirəfoods

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, vakansiya, mühasib operator, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib köməkçisi tələb olunur.

İşəgötürən: Zirəfoods.

Əmək haqqı: 400 – 500 AZN.

Vakansiya barədə məlumat
  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
  • Baş mühasibin tapşırıqlarını gündəlik olaraq yerinə yetirmək
  • Mühasibat uçotunun aparılması
  • Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Mal-materialların uçotunun aparılması
  • 1C 8.3 proqramında uçotun aparılması
  • Gündlik mədaxil –məxaric əməliyyatların anbar proqramına daxil edilməsi (anbar proqramının iş prinsipi və tətbiqi izah ediləcək)
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
  • İş qrafiki I-V günlük saat 9:00-dan 18:00 dək , 6 gün natamam 10:00-15:00dək
  • Ünvan Nərimanov rayonu Əliyar Əliyev küç
Mühasib köməkçisi üçün tələblər
  • Müvafiq vəzifələrdə ən azı 1 illik iş təcrübəsi
  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı (istehsal və satış)
  • Excell proqramında yüksək səviyyədə işləmək bacarığı
  • Azərbaycan dilinii bilməsi mütləqdirXidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, ixtisasını daim təkmilləşdirmək
  • Yaş həddi: 22-28
  • Cinsi : Qadın

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Üstünlükləri və əskiklikləri ilə mühasib peşəsi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Üstünlükləri və əskiklikləri ilə mühasib peşəsi


“Dünyada bütün işlər yaxşıdır” – belə bir məşhur deyim var. Bu həqiqətənmi belədir? Şaxtaçının əməyini həyətlərdə gözətçi işləyən birinin işi ilə müqayisə etmək olarmı? Bizə görə belə bir müqayisə çox mübahisəli olardı. Amma, necə olmasından asılı mühasibat uçotu,olmayaraq, insan fəaliyyətinin tamamilə müxtəlif istiqamətləri üzrə vakansiya yerlərini tutmaq istəyən adamlara həmişə rast gəlinir. Bu, cəmiyyətdə öz özəyinin fəaliyyətini təmin edir, hansı ki, o da öz növbəsində digər özəklərin fəaliyyətini təmin edir və elə bu cür hər şey dünyada bir-biri ilə əlaqəli olur. Onlardan hər hansı biri ləğv edilərsə, onun ardınca özündən əvvəlkinə əsaslanan digərləri də yoxa çıxar.

İndi isə mühasib peşəsi, sözügedən peşə fəliyyətinin spesifikliyi və onun müsbətləri və mənfilikləri  barədə bir qədər ətraflı danışaq. Birincisi, müəllifin fikrincə, ümumiyyətlə, müəyyən etmək lazımdır ki, mühasibat fəaliyyəti nədir? Mühasib – təhsil almış mütəxəssisdir. Hansı ki, iqtisadiyyat və vergitutma sahəsində fəaliyyətdə olan mövcud qanunlara uyğun mühasibat uçotu sistemi üzrə işləyir.
Sözügedən peşə fəaliyyəti ilə məşğul olmağın başlıca müsbətləri hansılardır?  

İlk növbədə bu peşənin həddən artıq tələb olunmasıdır. Belə ki, sahibkarlıq bazarı durmadan artır, genişlənir və hər bir müəssisəyə, şirkətə, təşkilata ən azından bir mühasib tələb olunur. Düzdür, bu işləri mühasib xidmətləri təklif edən təşkilatlarla da görmək mümkündür. Lakin yenə də mühasibin varlığı təkcə mühüm deyil, həm də bir zərurətdir.

İkincisi, üstünlüklərdən biri də əlavə qazanc yeri əldə etməklə bağlıdır. Belə ki, bir və ya bir neçə kiçik təşkilat və ya şirkət mühasibat uçotunun aparılması ilə bağlı eyni mühasibi işə qəbul edə bilərlər ki, bu zaman iş saatı ilə bağlı norma nəzərdə tutulmur. Yəni, bir təşkilatda işini qurtaran mühasib, bir qədər sonra ikinci iş yerində çalışmaqla özünə həm xeyli təcrübə toplayır və eyni zamanda əlavə qazanc əldə edə bilir.

mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqBəs mənfilər???

Bu fəaliyyət sahəsi ilə bağlı əskikliklər isə bir qədər çoxdur. Psixoloqların fikrincə, mühasib peşəsi – ən stressli və gərgin işlərdən biri hesab olunur.

Bunlar nə ilə bağlıdır?

Mühasib peşəsində çalışan adam daimi olaraq qanunları diqqətdə saxlamalıdır, hər hansı bir dəyişiklik və yenilik olarsa, bundan xəbərdar olmalıdır. İkincisi, məsuliyyət amili də burada mühüm əhəmiyyət kəsb edir, daim həmin məsuliyyətin qorxusu altında olursan, dövlət orqanları tərəfindən nəzarət qorxusu da bir yandan… Arada qanunvericiliklə bağlı ziddiyyətlər nəticəsində də problemlər ortaya çıxır, bilik sahəsində də dissonanslar yaranır.

Mühasibin işində faktiki olaraq heç bir yaradıcı inkişaf yoxdur, bu monoton və olduqca mürəkkəb bir işdir.

Mühasibat xidmətində bütün fəaliyyətlər daim ciddi qaydada tənzimlənmə reqlamentinə  əsaslanır və  “bir damla da olsun təmiz hava axınının” olmaması riski altında olur.

Auditor yoxlamaları – bunlar stressə gətirib çıxaran ayrıca amildir. Axı, əməkdaşın istənilən bir səhvi üzündən ona qarşı vergi orqanlarında vəsaitlərin mənimsənilməsi və ya gizlədilməsi ilə bağlı şübhələr  yarana bilər. Onun üzərinə cinayət məsuliyyəti qoyula bilər və maliyyə ilə əlaqəli vəzifə tutması qadağan oluna bilər. Həmçinin yüksək cərimələr kəsilə bilər.

Maddi məsuliyyət mühasibin psixoloji sıxıntısını “başa çatdırır”, lakin əmək haqqının ən yüksək səviyyəsini təsdiq etmir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun