Vergi güzəştləri ticarət mərkəzləri üçün əlavə imkanlar yaradacaq

posted in: Vergi, Xəbər | 0

 Vergi güzəştləri ticarət mərkəzləri üçün əlavə imkanlar yaradacaq

vergi, Güzəştli vergi, vergilərin azaldılması,Ölkəmizdə karantin rejimi tətbiq edildiyi gündən “mall” və ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması zərurətdən irəli gəlib: həmin sahələr insanların kütləvi toplaşma məkanıdır.

Bu gün “mall”arda təkcə ticarət müəssisələri deyil, iaşə obyektləri, kinoteatrlar və bir sıra xidmət sahələri yerləşir. Pandemiya ilə mübarizə çərçivəsində məhdudlaşdırma həmin məkanlarda fəaliyyət göstərən şəxslərin maliyyə vəziyyətinə təsirsiz ötüşməyib. Ümumilikdə həmin sahələrdə hansı problemlər mövcuddur?

Mövzunu şərh edən iqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, bu sahədə problemlər iki qrupa bölünür: “Bir qrup problemlər “mall” və ticarət mərkəzlərinin özlərinin düşdüyü durumla bağlıdır. Həmin obyektlər işləmədiyindən icarə haqlarının yığımı mümkünsüz olub. Nəzərə almaq lazımdır ki, qarşıdan postkarantin dövrü gəlir və həmin obyektlər açıldıqdan sonra dövriyyələr tədricən bərpa olunacaq. Onda icarə haqlarının həcminə yenidən baxılmasına ehtiyac olacaq.

İkinci qrup problemlər isə “mall” və ticarət mərkəzlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə – sahibkarlarla bağlıdır. Problemlərin bir hissəsini artıq dövlət öz üzərinə gütürüb. Bura əmək haqqı ödənişləri ilə bağlı dövlət dəstəyini və fərdi sahibkarlara verilən birdəfəlik ödənişləri aid etmək olar.

Növbəti addım isə Vergi Məcəlləsinə pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün müvafiq güzəştlərin verilməsini nəzərdə tutan əlavələrin edilməsidir.

“Mall” və ticarət mərkəzləri 2020-ci il üzrə əmlak və torpaq vergilərindən azad olunurlar. Əsas vəsaitlərin dəyəri şəffaf göstərilən “mall” və ticarət mərkəzlərində əmlak vergisinin həcmi əhəmiyyətli məbləğ təşkil edir. Bundan əlavə, həmin şəxslər mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər. Bu güzəştlərin verilməsi qarşılığında qanunvericilikdə əlavə şərtlər göstərilməyib. Lakin dövlət bu güzəştləri verərkən nəzərə alır ki, bunun qarşılığında mərkəzlər xərclərini azaldacaqlar. Həmçinin onların icarədarlara əlavə güzəştlər etmək imkanları artacaq.
Həmin mərkəzlərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri də vergi güzəştləri və tətillərindən yararlana biləcəklər. Sadələşdirilmiş vergi ödəyicisi olan iaşə obyektləri həmin vergi üzrə 50 faizlik güzəşt alacaqlar. 8 faiz dərəcəsi ilə vergi ödəyən şəxslər 4 faiz, 2 faizlə (dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan şəxslər) ödəyənlər isə 1 faiz dərəcəsi ilə ödəyəcəklər. Sadələşdirilmiş vergi ödəyicisi olmayan, mənfəət vergisi rejimində fəaliyyət göstərən iaşə obyektləri isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər.

Maraqlı məqam odur ki, ictimai iaşə fəaliyyəti üzrə ƏDV qeydiyyatında olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun müddəti 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılıb. Bu isə həmin şəxslərə xərclərin idarə edilməsi və vergilərin optimallaşdırılması istiqamətində əlavə manevr imkanları verəcək.

Ticarət obyektləri də vergi güzəştlərindən yararlanacaq. Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi dərəcəsi 2 faizdən (dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan şəxslər) 1 faizə endirilib. Mənfəət vergisi rejimində fəaliyyət göstərənlər isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edəcəklər.

Vergi tətillərinin tətbiqi isə bütün şəxslər üçün əlavə imkanlar açacaq. Təəssüflər olsun ki, bəzi hallarda “vergi tətilləri” anlayışı düzgün başa düşülmür. Vergi tətilləri vergidən azad olunmanı yox, vergi ödənişinin müəyyən müddət sonraya saxlanılmasını nəzərdə tutur. Bu addım müəssisələrin müvəqqəti olaraq pul vəsaitlərinin çatışmazlığı problemini yumşaldır. Məsələn, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələrində mənfəət vergisi üzrə 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması nəzərdə tutulub.

Bundan əlavə, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddəti cari ilin 1 sentyabr tarixinədək uzadılıb. Ən mühüm güzəştlərdən biri ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınmasıdır. Maliyyə vəziyyəti çətin olan bəzi sahibkarlıq subyektləri bir sıra öhdəliklərin yerinə yetirilməsində maliyyə sıxıntısı ilə üzləşiblər. Faizlərin hesablanmaması bununla bağlı əlavə itkilərin qarşısını alır.

Qeyd etdiyim məsələlər təkcə “mall” və ticarət mərkəzlərinə, orada fəaliyyət göstərən sahibkarlara deyil, daha geniş dairəni əhatə edən sahibkarlıq subyektlərinə aiddir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiya və ABŞ-ın neft anbarları nə qədər neft tutur?

posted in: Xəbər | 0

Rusiya və ABŞ-ın neft anbarları nə qədər neft tutur?

Neft hasilatının kəskin şəkildə aşağı düşdüyü bir şəraitdə Rusiyanın neft hasilatının azalması ilə bağlı öz üzərinə götürdüyü öhdəlik neft şirkətlərinə ciddi zərbə vuracaq. Əgər hələ sovet vaxtından işləyən və tükənməkdə olan quyular dayandırılsa, onların bir çoxunu onları yenidən işə salmaq mümkün olmayacaq. Lakin neft hasilatını azaltmaq mütləqdirmi? Neft satışını azaldıb, onun ehtiyatını artırmaqla, artıq nefti borulara, dəmiryol sisternlərinə və digər anbarlara vurmaq olmazmı? Hazırda Rusiyada neft saxlamaq üçün nə qədər sərbəst yer qalıb? Sərbəst yerlər digər ölkələrdəkindən çoxdur və ya azdır?

“Neskuçnaya ekonomika” saytının yaradıcısı, iqtisad elmləri namizədi Mixail Solovyev:

Kobud dəyərləndirmələrə görə Rusiyanın bütün neft anbarları 85-87 mln ton neft saxlanılmasına hesablanıb. Bunlar, anbarlar və “Transneft”in boru kəmərləri, dəmiryolu sisternləri və digər saxlanc yerləridir. Aprel ayının sonuna həmin anbarlarda yalnız 9-12 mln ton neft üçün yer olub. Bu gücü artırmaqla, daha çox neft saxlamaq və daha az nəql etmək mümkün deyil. Əks təqdirdə boru kəmərlərinin və dəmir yollarının ötürücülük qabiliyyəti pozulacaq.

Özü də bu zaman nəzərə almaq lazımdır ki, Rusiya may ayında neft hasilatını kondensat nəzərə alınmadan 7,5 mln ton azaltmalıdır. Əgər bütün bu həcm real ixtisar əvəzinə anbarlara yönəldilərsə, belədə anbarlarda sərbəst yer iyun ayında başa çatacaq. Növbəti aylarda isə belə bir əməliyyatı artıq yerinə yetirmək mümkün olmayacaq və bundan neft sənayesi uduşda olmayacaq/ Hətta əksinə bu həcmdə neftin uzun müddət saxlanılması üçün nəzərdə tutulmayan bu proses texnoloji çətinliklər üzündən itkilərlə üzləşəcəkdir.

ABŞ-ın dövlət neft ehtiyatı və özəl şirkətlərin anbarları 200 mln ton neft saxlanılmasına hesablanıb. Hazırda həmin anbarlarda ən çoxu 30-40 milyon tonluq sərbəst yer qalıb ki, o da sürətlə azalmaqdadır. Səudiyyə Ərəbistanında isə 20 milyon tonluq sərbəst yerin qalması barədə məlumat var. Əgər hasilat azaldılmasa, həmin anbarlar da çox tezliklə ağzına kimi dolacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük rəsmiləşdirilməsində yeni kodlar yaradılacaq

posted in: Xəbər | 0

İdxal-ixrac əməliyyatları, sənədləşməDövlət Gömrük Komitəsində (DGK) “Gömrük rəsmiləşdirilməsi təkmilləşdirilməsi üzrə Konsepsiya”nın icra vəziyyəti ilə bağlı onlayn iclas keçirilib.

Bu barədə DGK-dan məlumat verilib.

DGK sədri Səfər Mehdiyevin konsepsiyanın icrasının sürətləndirilməsinə dair tapşırığına əsasən keçirilən iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak edib.

İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar ölkəmizin ixrac potensialının, tranzit imkanlarının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, gömrük sistemində şəffaf mühitin yaradılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və sürətləndirilməsinə şərait yaradıb.

Gömrük orqanlarının dövlət başçısının həyata keçirdiyi islahatların uğurla reallaşdırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan yeniliklər, innovativ layihələr hazırlayıb həyata keçirdiyini diqqətə çatdıran İsmayıl Hüseynov “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın tətbiqi ilə gömrük sistemində mühüm təkmilləşdirilmələrin aparılacağına əminliyini ifadə edib.

O da bildirilib ki, konsepsiyanın tətbiqi vətəndaş-məmur təmasının tam aradan qaldırılmasına, elektron xidmətlərin sayının artmasına, gömrük əməliyyatlarının daha çevik və effektiv şəkildə reallaşdırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.

Sonra “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın müddəaları üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, yeni konsepsiyaya əsasən xarici ticarət iştirakçısının “Vahid Uçot və Balans sistemi”nin formalaşdırılması, eyni zamanda gömrük tariflərinin tənzimlənməsi və gömrük dəyərləndirilməsində subyektiv amillərə yol verilməməsi məqsədilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında əks olunan təfsilatlı kodlaşdırılma sisteminin yaradılaraq tətbiq edilməsi planlaşdırılır.

Eyni zamanda yeni sənəddə əks olunan gömrük təmsilçiliyi sistemində təkmilləşdirilmələrin aparılması, gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin sayının minimuma endirilməsi, xarici ticarət iştirakçısının “Şəxsi Kabinet”inin yenidən qurulması, elektron xidmətlərin çeşidi və sayının daha da artırılmasına dair müddəalar ətraflı müzakirə olunub.

Həmçinin yeni konsepsiyaya əsasən gömrük bəyannaməsinin emalı prosesində qərar qəbul edilməsi mexanizminin tam avtomatlaşdırılması, gömrük dəyəri ilə bağlı məsələlərin gömrük orqanına gəlmədən elektron qaydada həll edilməsi və sahibkarların məmnuniyyətinin təmin olunması məqsədilə digər yeniliklərin tətbiqi nəzərdə tutulur.

Sonda İ.Hüseynov DGK sədrinin tapşırıq və tövsiyələrinə əsasən müzakirələrdə səsləndirilən təklif və rəylər də nəzərə alınmaqla yeni konsepsiyanın qısa zamanda tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun