Read More9
Read More9

Dövlət Vergi Xidmətinə 3 müavin təyin edilib

posted in: Vergi, Xəbər | 0

səlahiyyət, vergi, Gəlir, Sadələşdirilmiş vergi,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

İqtisadiyyat Nazirliyi üzrə

Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı var.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. 39 yaşı vardır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə

Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 45 yaşı vardır.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə

Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinərəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. 41 yaşı var.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığortanın tətbiqinin mümkün olmaması “Qara mühasibatlıq”-la bağlıdır

posted in: muhasibat, Xəbər | 0

əmanətlər“Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

“Müşahidələr göstərir ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir. Bu günlərdə “Eurohome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərəm, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kiminsə sığortası varsa, kompenssiya alacaq”, – o bildirib.

***

AMB-nin baş direktoru Ziya Əliyev isə deyib ki, hazırda ölkədə daşınmaz əmlakın sığortalanmasına 2 məsələ mane olur: “Bunlardan biri əmlakın qeydiyyatı, digəri isə onun təhlükəsizlik tələblərinə cavab verməməsidir. Sahibkarların əmlakına gəlincə isə, mal qalıqları üçün də sığortanın tətbiqinin mümkün olmaması “qara mühasibatlığ”ın mövcudluğu ilə bağlıdır. Sığorta şirkətləri ticarət mərkəzlərindəki qalıq malların dəyərini hesablaya bilmədiyi üçün onları sığortalamır”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Arxivləşdirmə xidməti istifadəyə verilib

posted in: Xəbər | 0

Arxivləşdirmə xidməti istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin Data Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azcloud” “Arxivləşdirmə xidmət kimi” (AaaS) xidmətini işə salıb.

Bu barədə nazirliyə istinadən xəbər verilir.

Bildirilir ki, bu xidmət müxtəlif şirkətlərə və qurumlara məlumatlarını etibarlı və sərfəli şəkildə saxlamaq imkanı verir.

“Azcloud” bulud xidmətlərinin təklif etdiyi arxivləşdirmə xidməti sayəsində məlumatların həcminin 2,5 dəfəyə qədər sıxılması mümkündür. Bu da öz növbəsində bir məlumat daşıyıcısının 15 TB-dək məlumatı saxlamasını təmin edir.

Bundan başqa, müştərilər lent tipli yaddaşı əldə etməklə məlumatların həcminə görə ödəniləcək böyük miqdarda xərclərdən azad olacaqlar.

Sözügedən xidmət xarici məlumat daşıyıcılarından fərqli olaraq, məlumatların 30 ilə qədər saxlanmasına, eləcə də istənilən zaman onların tamlığının yoxlanılmasına və axtarışına imkan yaradır.

Bu xidmət rezervlənmə xidmətindən (backup as a service) də fərqlənir. Belə ki, illərlə saxlanılan və nadir hallarda istifadə olunan məlumatlar üçün nəzərdə tutulan “Arxivləşdirmə xidmət kimi” böyük həcmli verilənlərin uzunmüddətli saxlanmasının təminatçısıdır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (17-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (17-ci hissə)

16-сı hissəni oxumaq üçün keçidə daxil olun


Yaxşı bir nəzəriyyənin mühasibat uçotunun düzgün aparılmasına zəmanət verdiyini iddia etmək, yaxşı tərtib edilmiş cinayət məcəlləsinin cəmiyyəti cinayətkarlıqdan xilas edə biləcəyini iddia etmək qədər, düzgün olmazdı.

A.İ. Qulyayev

Hal-hazırda, mühasibatlıq təkmilləşdirilmiş praktikaya nisbətən daha düzgün bir nəzəriyyənin daha da inkişaf etdirilməsinə ehtiyac duyur.

Q.R. Qatfeld

Göründüyü kimi, insanlar və mühasibat işçiləri hələ də XIX əsrin son illərində tədricən formalaşan mühasibat uçotu nəzəriyyəsinin artıq bitmiş bir elm olduğunu və ciddi şəkildə inkişaf etməməsinin təsiri altında qalırlar; mühasibat uçotu praktikasının inkişafı əsasən hüquqi-normativ sənədlərin təsiri altında həyata keçirilir.

D. Spasov

Nəzəriyyəsiz keçinmək istəyi insanın öz sözlərində və əməllərində özünə hesabat vermək vəzifəsindən azad olmaq iddiasında son dərəcə təkəbbürlü ifadə olunur.

P. Kollard

İşgüzar dilin əsasını həmişə və hər yerdə mühasibat uçotu sistemində formalaşan məlumatlar təşkil edirdi.

A.N. Xorin

Sözlərin mənaları aydın şəkildə fərqləndirildikdə elm başlayır. Sözlər mövcud lüğətdən seçilə bilər və ya yeni sözlər yaradıla bilər. Lakin onların hamısı tətbiq olunduğu elm bölməsi çərçivəsində anlaşılmazlıq və qeyri-müəyyənliyi istisna edən yeni bir tərif almalıdırlar.

A.Brillyuen

Aydınlıq üçün dil aydın olmalı, müəyyən terminologiyaya söykənməlidir və bu terminologiyanın olmaması mühasibatlığın əsas çatışmazlıqdır.

Q.R. Qatfeld

Başqa xalqlarla maliyyə münasibətlərində biz mühasibatlıq dilində danışmalıyıq. Dil müxtəlifliyi mütləq şəkildə beynəlxalq anlaşılmazlığa, qorxuya və nifrətə gətirib çıxarır. Mühasibatlıq dilinin aydın və səlis olması çox mühümdür. Beləliklə, bu, beynəlxalq qarşılıqlı anlaşma və etimadın inkişafı işinə töhfə olacaqdır. Yaxşı olardı ki, biz hamımız birgə səylərimizlə elmi araşdırmalarımızın köməyi ilə dünya mühasibat elmi birliyi əsasında aparılacağı günün gəlişini yaxınlaşdıraq.

E.B. Uilkoks

Əgər mühasibatlığın müəssisənin güzgüsü olduğunu deyirlərsə, bu o demək deyil ki, (hətta mühasibat uçotunun ən yaxşı quruluşu olsa belə) bu güzgüdə hər bir müəssisənin iqtisadi cəhətdən işlənməmiş formada mühasibat rəqəmlərinin sıralarına malik olan hər bir şəxs ətraflı əks oluna bilər. Bu rəqəmlər aydın olsun deyə, onlar qabaqcadan hər kəsə aydın olan digər dilə “tərcümə” olunmalıdır.

V.K. Mnyux


18-сi hissəni oxumaq üçün keçidə daxil olun



error: Content is protected !!