Rusiyada nağd pullara rekord tələbat qeydə alınıb

posted in: Məqalə, Xəbər | 0

Rusiyada nağd pul tələbatı


Mart ayının ortalarından başlayaraq, Rusiyada nağd pullara sıçrayışlı yüksəliş qeydə alınıb. Özü də bu göstərici son dörd həftə ərzində rekord səviyyəyə yüksəlib. Bir iş günü ərzində bank hesablarından 10-50 milyard rubl arası pullar çıxarılır. Mərkəzi bankın statistikası belə deməyə əsas verir.

Belə ki, mayın 15-də həcm 40,7 milyard rubla, mayın 14-də isə 52,3 milyarda dollara kimi artıb. Ümumilikdə, may ayı ərzində dövriyyəyə 217,8 milyard rubl, mart ayının əvvəlindən isə – 1,43 trilyon rubl pul buraxılıb ki, bu da mütləq rekord hesab olunur.

Ənənəvi olaraq nağd pula tələbat dekabr, yanvar aylarında, vətəndaşlar iş yerindən aldıqları mükafatları xərclədikləri zaman yaranır. Qalan vaxtlarda isə bu stabil olaraq qalırdı.

Tənzimləyici bu tendensiyanın səbəbini izah edə bilmir. Mart ayında əhali tərəfindən nağd pula tələbat versiyası, ayın yekununda hesablardakı rubl yüksəlişi ilə təsdiqlənməyib. Bundan əlavə, tənzimləyicinin özündə belə bir dinamikanı proqnozlaşdıra bilməyiblər.

Aprelin sonlarında bir neçə günlük göstəricilərə diqqət çəkən Rusiya Bankının nağd pul dövriyyəsi şöbəsinin müdir müavini Vladimir Demidenko, nağd pula tələbatın normala qayıtdığını söyləyib. Lakin, cəmi bir həftə sonra Mərkəzi bankın rəhbəri Nabullina tələbatın yüksəlməkdə davam etdiyini deməklə, şöbə müdirinin sözlərini təkzib etdi.

Mümkün izahlardan biri bankların artan tələbata hazır olmaq və bir müddət bankomatlar nağd pulsuz qalarsa, çaxnaşmaya səbəb olmamaq üçün kassaları nağd pulla doldurmaq istəyidir. Başqa bir izahat, nağd pula çevrilən, ancaq yalnız mart ayında əldə edilən detallı statistikanın, biznes tərəfindən götürülmüş kreditlərin artan həcmi ola bilər.

Bundan əvvəl isə məlum olmuşdu ki, 2019-cu ildə Rusiya Mərkəzi bankının itkiləri 182,7 milyard rubla, üç illin yekununa görə isə bu məbləğ trilyon rublu ötüb keçib. Sonuncu dəfə Mərkəzi bank yalnız 2016-cı ildə gəlir əldə edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin hesabatlılığı

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin hesabatlılığı

Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdə müəyyən müddəalara görə vergi ödəyiciləri üçün hesabatlılıq, vergilərin ödənilməsi müxtəlifdir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinə əsasən, vergi ödəyiciləri aşağıda göstərilən formalarda fəaliyyət göstərirlər:

  • ƏDV, eyni zamanda mənfəət vergisi ödəyiciləri;
  • mənfəət vergisi ödəyicisi olan, amma ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri;
  • sadələşdirilmiş vergi ödəyiciləri;
  • mənfəət və ya gəlir vergisi ödəyiciləri olan mikro sahibkarlar;
  • sadələşdirilmiş vergi ödəyiciləri olan mikro sahibkarlar;
  • ƏDV, eyni zamanda gəlir vergisi ödəyiciləri olan fərdi sahibkarlar;
  • gəlir vergisi ödəyicisi olan, amma ƏDV ödəyicisi olmayan fərdi sahibkarlar.

Göründüyü kimi, pandemiyanın təsirinə məruz qalan vergi ödəyiciləri müxtəlif formalarda fəaliyyət göstərirlər və buna görə də onların hesabatlılığı və vergilərin ödənişi məsələləri də fərqlidir. Pandemiya ilə bağlı Vergi Məcəlləsində ediləcək dəyişikliklərdə bütün növ vergi ödəyiciləri üçün zəruri məsələlər öz həllini tapıb. Başqa sözlə, həm mənfəət vergisi, həm gəlir vergisi, həm də sadələşdirilmiş vergi ödəyiciləri üçün güzəştlər nəzərdə tutulub.

Dəyişikliklərdəki maraqlı məqamlardan biri də budur ki, hesabatların təqdim edilməsi və vergi ödəmələrinin həyata keçirilməsində 2020-ci illə yanaşı, 2019-cu ilə də aid müddəalar vardır. Ona görə də sahibkarlar qanun layihəsindəki bəzi məqamlara diqqət yetirməlidirdər. Layihədə göstərilir: “Müvəqqəi vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər”.

“Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə bu Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı, habelə bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrində nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın 1-dək vergi orqanlarına təqdim edir və hesablanmış vergini cari ilin sentyabr 1-dən gec olmayaraq ödəyirlər”.

Bu məsələlərə aydınlıq gətirmək üçün misallara baxaq.

Misal 1: Tutaq ki, “AA” MMC mikro sahibkarlıq subyekti deyildir, kiçik sahibkardır və hələ mənfəət və əmlak vergisi hesabatlarını təqdim etməyib. Nəzərdə tutulan tətillər “AA” MMC-yə olmalıdırmı?

MMC 2019-cu il üçün mənfəət vergisi və əmlak vergisi bəyannamələrini 31 mart 2020-ci il tarixinə kimi təqdim etməli idi. Pandemiya ilə bağlı bir sıra sahibkarlıq subyektlərinə hesabatlarının son təqdim edilmə tarixi 31 may 2020-ci ilə kimi uzadılıb.

Ola bilər ki, “AA” MMC 2019-cu ilə aid mənfəət vergisini hələ ödəməyib. Bu halda dəyişikliklər qüvvəyə mindikdən sonra “AA” MMC 2019-cu ilin mənfəət və əmlak vergisini 1 sentyabr 2020-ci ilə kimi ödəyə bilər.

Misal 2: Tutaq ki, “BB” MMC mikro sahibkarlıq subyektidir və hələ də mənfəət və əmlak vergisi hesabatlarını təqdim etməyib. Nəzərdə tutulan tətillər “BB” MMC-yə aid olmalıdırmı?

Bu misalda “BB” MMC 2019-cu il üçün mənfəət və əmlak vergisi bəyannamələrini 31 mart 2020-ci il tarixinə kimi təqdim etməlidir. Hazırda, pandemiya ilə bağlı sahibkarlıq subyektləri üçün hesabatların son təqdim edilmə tarixi 31 may 2020-ci ilə kimi uzadılıb.

Əlavə sual meydana çıxa bilər ki, mikro sahibkarlıq subyektləri əmlak vergisi hesabatını təqdim etməldirilərmi? Bəli, bəyannamə təqdim olunmalıdır və Məcəllənin 199-cu maddəsinə əsasən, azadolma bəyannamədə qeyd edilməlidir.

Ola bilər ki, “BB” MMC 2019-cu ilə aid mənfəət vergisini hələ ödəməyib. Dəyişikliklər qüvvəyə minəndən sonra “BB” MMC 2019-cu ilin mənfəət vergisini 1 sentyabr 2020-ci ilə kimi ödəyə bilər.

Misal 3: Tutaq ki, “CC” MMC mikro sahibkarlıq subyektidir, amma sadələşdirilmiş vergi ödəyicisidir. Nəzərdə tutulan tətillər “CC” MMC-yə aid olmalıdırmı?

“CC” MMC sadələşdirilmiş vergi ödəyicisi olduğundan 2019-cu il üçün 4-cü rübə aid sadələşdirilmiş vergi bəyannaməsinin vaxtında, yəni 21 yanvar 2020-ci ilə kimi təqdim etməlidir və bu həm də verginin son ödənilmə tarixidir.

2020-ci ilin birinci rübünə aid sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməmişdirsə, həmin bəyannaməni 1 sentyabr 2020-ci il tarixinə kimi təqdim edə bilər. Bundan əlavə, 2020-ci ilin ikinci rübünə aid sadələşdirilmiş vergi bəyannaməsini də 20 iyul 2020-ci ilə kimi yox, 1 sentyabr 2020-ci ilə kimi təqdim edə bilər və bu həm də verginin son ödənilmə tarixidir.

Bu məsələlər fərdi sahibkarlar üçün də yuxarıdakı misallarda nəzərdən keçirdiyimiz kimidir.

Qeyd etmək istərdim ki, mikro sahibkarlıq subyekti olan mənfəət və gəlir vergisi ödəyiciləri üçün pandemiya ilə bağlı vergi məbləğlərinə və vergi faizlərinə əlavə güzəştlər nəzərdə tutulmayıb. Onsuz da qanunvericilikdə mikro sahibkarlara vergi məsələlərində kifayət qədər güzəştlər vardır. Sadələşdirilmişvergi ödəyicilərinə isə 50 faiz güzəşt nəzərdə tutulub, bu verginin dərəcəsi 2 faizdən 1 faizə endirilib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici investisiyalı kommersiya qurumlarının sayı artıb

posted in: Xəbər | 0

Azərbaycandakı xarici investisiyalı kommersiya qurumlarının sayı artıb

2020-ci il mayın 1-i tarixinə Azərbaycanda 15 min 257 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatına görə, qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,9 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalardadır.

Hesabata əsasən, 2020-ci ilin yanvar-aprel aylarında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Apreldə 21 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, ləğv olunan xarici investisiyalı kommersiya hüquqi şəxs olmayıb. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər Pakistan, İran, Türkiyə, Gürcüstan və Hindistan investisiyalı hüquqi şəxslərdir. Onlar, əsasən xidmət, ticarət, sənaye və digər sahələrdə fəaliyyət göstərirlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb

posted in: Xəbər | 0

Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunub. Həmin qərara əsasən, sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları üzrə:

  • Mikro sahibkar – işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatadək;
  • Kiçik sahibkar – işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 3 milyon manatadək;
  • Orta sahibkar – işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri milyon manatdan 30 milyon manatadək;
  • İri sahibkar – işçilərinin orta siyahı sayı 251 nəfərdən, illik gəliri 30 milyon manatdan çox olanlar sayılır.

İqtisadçı ekspert Anar Bayramov qeyd edib ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sahibkarlıq subyektləri haqqında Dövlət Statistika Komitəsinə ötürülən məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli, 174 saylı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nda dəyişiklik edilməsi barədə” Qərarı ilə yeni yaradılan sahibkarlıq subyektinə yanaşma dəyişib.

Dəyişikliyə qədər yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən bir il müddətində müəyyən edilmiş işçilərinin say göstəricisi əsas götürülürdü.
Məsələn, 2018-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin 2018-ci il üzrə gəlirinin 4 milyon manat olmasına baxmayaraq, işçi sayı 10 nəfərdən az olduğu üçün həmin vergi ödəyicisi mikro sahibkarlıq subyekti hesab edilirdi.

Bəzi vergi ödəyiciləri qərardakı boşluqdan istifadə etməklə yeni yaradılan müəssisələr üçün işçi sayını azaldaraq mikro sahibkarlıq subyekti olmaq hüququndan istifadə edirdilər. Bunun nəticəsində iri məbləğdə gəlir əldə etdiklərinə baxmayaraq qanunvericilikdə mikro sahibkarlıq subyektlərinə şamil olunan güzəştlərdən istifadə edirdilər. Göstərdiyimiz misalda vergi ödəyicisinin illik gəliri 4 milyon manat olsa da, 8 nəfər işçisi olduğuna görə o, mikro sahibkarlıq subyektinə aid edilir. Mənfəət (gəlir) vergisi üzrə 75 faiz güzəşt əldə edirdi.

Son dəyişikliklə bu boşluq aradan qaldırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsasında həyata keçirilir. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən, gəlir və işçilərin orta siyahı say göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Misal 1. Tutaq ki, 2020-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin 2020-ci il üzrə gəliri 500.000 manat olub. Bu zaman vergi ödəyicisinin gəliri mikro sahibkarlıq subyektinin illik gəlirindən (300.000 manatdan) çox olduğu üçün, sahibkar mikro yox, kiçik sahibkarlıq subyekti hesab ediləcək.

Misal 2. Tutaq ki, 2020-ci ildə yaradılan və ilin sonuna 8 işçisi olan vergi ödəyicisinin gəliri müəyyən edilməyib. Bu zaman işçi sayı əsas tutularaq vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid ediləcək. Vergi ödəyicisinin 2021-ci ilin mart ayında təqdim edəcəyi gəlir (mənfəət) bəyannaməsinə əsasən, 2020-ci il üzrə illik gəlirinin 450.000 manat olduğu müəyyən ediləcəyi halda, vergi ödəyicisinin gəliri 300.000 manatdan çox olduğu üçün təkrar dəqiqləşdirmə ilə vergi ödəyicisinin meyarı mikrodan kiçik sahibkarlıq subyektinə keçirilir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun