Pandemiya dövründə sığorta sektorunun inkişafı üçün atılacaq addımlar

posted in: Xəbər | 0

Bu yazımızda sığorta sektoru üzrə pandemiyadan daha az zərərlə və müştəri məmnuniyyətini yüksək saxlamaqla çıxmaq üçün qanunvericiliyə uyğun həll imkanları barədə məlumat verməyə çalışacağıq.

Mövzuya keçməzdən əvvəl sığorta sektoru üzrə cari qanunvericiliyin mövqeyini qeyd etmək yerinə düşərdi. Belə ki, qanunvericiliyə görə sığorta şirkətləri (sığortaçı) öz internet səhifəsi və elektron informasiya sisteminə malik olmalıdır.

İnternet səhifəsində əlaqə məlumatları, filial və nümayəndəliklərin ünvanları, rəhbər şəxslər barədə məlumatlar, hadisə baş verdikdə sorğu göndərmək bölməsi, şikayət vermə proseduru, şikayətlərə baxan məsul şəxsin əlaqə telefonu və email ünvanı, sığortaçının maliyyə hesabatları və sığorta növləri üzrə əsas şərtləri əks etdirən sığorta qaydaları yerləşdirilməlidir.

Qanunvericiliyə görə sığortaçılarla elektron sənəd formasında da sığorta müqaviləsi bağlana bilər. Bu isə istehlakçının sığorta müqaviləsi üzrə təminat verilən halları və müqavilə şərtlərini görə biləcəyi, həmçinin istənilən vaxt bu müqavilənin elektron surətini çıxara biləcəyi sistemin mövcud olduğu halda mümkündür.

Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.2020-ci il tarixli qərarı ilə də sektorun qorunması istiqamətində mühüm məsələlər qeyd edildi. Əsas hadisələrin onlayn tənzimlənməsi, könüllü müqavilələr üzrə sığorta haqlarının ödənilməsinə 30.09.2020-ci ilədək möhlət verilməsi, təqvim haqlarının ödənilməsi üçün də həmin müddətədək möhlət verilməsi, dividend ödənişlərinin təxirə salınması kimi mühüm işlər sektora zərərli təsirin azalmasına imkan verəcək.

Pandemiya dövründə turizm sahəsinin zərərə uğraması öz növbəsində səyahət sığortası üzrə yığımlarda azalmaya gətirsə də, bu heç də həmin növün iflası deyil. Belə ki, ölkədaxili turizmə marağın artması bir qayda olaraq daxili turizm üzrə sığorta məhsullarının satışına təkan verə biləcək.

İcbari sığorta növləri üzrə cərimə mexanizmlərinin tətbiqi isə bir qayda olaraq bu növlər üzrə zərərlərin azalmasına gətirəcək. Qeyd etmək mümkündür ki, əsasən yaz aylarında avtomobil sahiblərinin mülki məsuliyyət sığortası üzrə artan qəza hallarının xüsusi karantin dövründə azalması da sığortaçıların zərərlərinin azalması ilə nəticələnəcək. Bununla yanaşı “evdə həyat var” şüarları səsləndikcə evlərin sığortası üzrə məhsulların da daha cəlbedici olacağını nəzərə alaraq sığortaçıları bu növ üzrə müştəri potensialının artması üçün təbliğat kompaniyasına dəvət etmək yerinə düşərdi.

Qeyd edək ki, 2020-ci ildən bütün ölkə üzrə tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığortanın 2021-ci ilə təxirə salınması da pandemiya dövründə sağlamlığa artan diqqəti nəzərə alaraq könüllü tibbi sığorta məhsuluna marağın artmasına gətirib çıxarır.

Göründüyü kimi karantin rejimində dövlətin həyata keçirdiyi uğurlu islahatlar və vaxtında alınan qərarlar sığorta sektorunun zərərlərinin qarşısının alınmasına yönəlmişdir. Bu baxımdan da sektorun iştirakçılarının öz innovativ imkanlarından istifadə etməklə zərərlərini minimuma endirməsi və gəlirliliyi stabil saxlaması mümkün sayılır. Yekunda isə qeyd etmək mümkündür ki, 2020-ci ildə də sığorta sektoru artan templə gəlirlərini artırmaqda davam etmiş və ötən ilin ilk rübünə münasibətdə bu il sığorta haqlarında 30%-dən çox artıma nail olunmuşdur.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib operator – Caspian Supplies

posted in: Mühasib, Vakansiya, Xəbər | 0

mühasib operator, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib operator.

İşəgötürən: Caspian Supplies.

Vakansiya barədə məlumat:

– Mal satışlarının, mal alışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq

– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək

– Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək

– Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;;- Məxfilik prinsiplərini pozmamaq

– 8.3 mühasibat proqramında alısları və satışları tam işləməyi bacarmalıdır

– E-qaimə faktura tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili

– Kreditorlar və debitorlarla üzləşmələrin aparılması

– Depozit hesabının və şəxsi vərəqənin idarə olunması

– E-gov.az, e-taxes.gov.az portallarından istifadə

İş şəraiti:

– Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

– 5 günlük iş rejimi (I – V günlər, 09:00-dan 18:00-dək)

– Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir. (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Namizədə tələblər

– Ali təhsil (maliyyə və ya mühasibat)

– Azı 1 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır

– Mühasibat uçotunu mükəmməl bilməlidir

– İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir

– Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır

– 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır

– Azərbaycan dilini mükəmməl, Rus dilini mükəmməl səviyyədə bilməlidir

– İdarəetmə bacarığı olmalıdır

– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir

– Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır

– Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir

– Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

– Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib keçmişdə və gələcəkdə (IV hissə)

posted in: Xəbər | 0

Mühasib keçmişdə və gələcəkdə (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun.

Protaqor

Analitik fəlsəfədə qəbul olunduğu kimi şagirdin müəllimlə söhbətinin formasının parodiyasını təsəvvür edək.

Şagird. Debet nədir?

Müəllim. Latın sözüdür, bizim dilə tərcümədə bu mənanı verir: o, borcludur.

Şagird. Aydın olmadı. Məsələn, əgər kassaya pullar daxil olub, pul kimi rubl və qəpiklər kiməsə, nəsə borcludur?

Müəllim. Düzgün qeyd etdiniz. Buna görə də, əgər əsrlər deməsək, bir çox onilliklər ərzində debet dedikdə, sadəcə, dəyərlərin gəlməsi başa düşülürdü.  Və görkəmli fransız mühasib E. Deqranj (1768-1818) belə bir qayda irəli sürmüşdü: “Kim alırsa – borclanır, kim verirsə – kreditlənir”.

Şagird. Bəz onda niyə zərəri debetə qeyd edirlər?

Müəllim. Cavab vermək çətindir. Bunun dəyərlərin zəif yerləşdirilməsi ilə izah etməyə çalışdılar. Eyni pula mal ala bilərsiniz və bu debet olacaq, yəni, malların daxil olması kimi, lakin pul oğurlana bilər və sonra pul və malların əvəzinə (debeə) zərər əldə edə bilərik.

Şagird. Lakin, dəyərlər – mallar və ya onların pulunun daxil olması bu bir ayrı məsələdir və aydındır,  zərər isə – bu sadəcə heç nədir!

Müəllim. İlk dəfə bu cür fikirləşən təkcə sən deyilsən. Səndən əvvəl də ağıllı adamlar olub: Qərbdə (1846-1924-cü illərdə), bizdə (1857-1956-cı illərdə). Onlar belə öyrədiblər və indi də öyrətməkdə davam edirlər ki, debet – bu, istənilən mühasibatlıq hesabının yalnız sol tərəfidir.

Şagird. Bu düzgündür?

Müəllim. Şübhələr var. Xüsusilə hesabları hesablamaqla bağlı. Hesabı götürək: “Təchizatçılar və podratçılarla hesablaşma”. Onun debet və (və ya) kredit saldosu ola bilər. Birinci halda hesab aktivdir və göstərir ki, bizim kontragentlər bizə borcludur, məsələn, ilkin ödəniş edilib, ikinci halda isə – hesab passiv olur və bu o deməkdir ki, biz onlara borcluyuq. Burada bəzi rahatsızlıqlar var.

Şagird. Bəlkə, sadəcə tədarükçülər mal veriblər, bu səbəbdir və malların göndərilməsi faktı isə bu səbəbin nəticəsidir?

Müəllim. Sizin fərziyyəniz zahirən inandırıcıdır. Məhz, 1866-1935-ci illərdə bu cür öyrədiblər. Lakin bütün bunlara 1894-1952-ci illərdə öyrətdikləri kimi digər tərəfdən də baxmaq olar. Malların daxil olması faktı (səbəbi) kredit borcunun yaranması ilə nəticələndi. İki güzgüdəki kimi bərabər dəyərli və qarşılıqlı kəskin izahlar.

Şagird. Yəni, sol tərəf ən həssas izahatdır?

Müəllim. Ən pis də demək olar. İndi bunu optimal adlandırırlar. Onun böyük mənfiliyi var: bu, debetin məzmununu açıqlamır, prosedurun təsviri ilə iqtisadi həyat faktlarının mahiyyətini dəyişdirərək ondan uzaqlaşır. O debetin nə olduğunu bildirmir, sadəcə qeydlərin necə aparılmasını nəql edir.

Şagird. Lakin, əgər biz deyiriksə ki: debet hesabın sol tərəfidir, müvafiq olaraq kredit də – sağ tərəfidirsə, onda niyə onların yeri dəyişdirilməsin?

Müəllim. Dəyişdirilib. Qədimdə C. Kardano (1501-1576), bizim zamanda isə (1895-1980) krediti sol, debeti isə sağ tərəfdə yerləşdirmişdilər. Və, onu da deyim ki, hər şey baş tutmuşdu. Təsadüfi deyil ki, mühasiblərimizin (1863-1931) ən məşhurlarından biri bunu nifrətlə feldfebel izahı adlandırmışdı (sol, sağ – irəli marş).

Şagird. Bəs sizcə debet nədir?

Müəllim. Vicdanla söyləsək, bilmirəm.


V hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya şəraitində ən populyar peşələr məlum olub

posted in: Xəbər | 0

Pandemiya şəraitində ən populyar peşələr.

Rusiyalılar mart ayında ən çox sürücü peşəsi üzrə iş yerləri axtarıblar, “Avito Rabota” analitik mərkəzinin mütəxəssisləri bunu aydınlaşdırıblar. Bu tədqiqatların nəticələri “İzvestiya” qəzetinin sərəncamında var.

Eləcə da 10 populyar peşə sırasına elektrik, yükdaşıyan, müxtəlif işləri yerinə yetirən, qaynaqçı, xadimə, administrator, mühasib, dayə və kuryer peşələri də daxildir. Lakin fevral ayı ilə müqayisədə sürücü peşəsi üzrə axtarış sorğularının sayı 16% azalıb.

Ən əhəmiyyətli eniş isə “elektrik” peşəsi üzrə sorğularda baş verib: 2020-ci ilin fevral ayı ilə müqayisədə mart ayında bu peşəyə tələbat 30% aşağı düşüb.

Həmçinin kuryer (23%), administrator (21%),  “yükdaşıyan” və “aşpaz” peşələri ilə bağlı sorğularda isə (19%) azalma müşahidə olunub.

Analitiklər bu tendensiyanı onunla izah edirlər ki, mart ayında kütləvi peşələr üzrə iş yeri axtaranlar daha çox özünütəcrid şəraitində icazə verilən iş yerlərinin axtarışına fokuslanıblar.

“Mart ayında əmək bazarı sanki bir qədər sönüb: həm işaxtaranlar həm də işəgötürənlər öz aktivliklərini azaldıblar. Bu ilk növbədə ümumi özünütəcrid və evdə qalmaqla bağlı tövsiyələrlə əlaqədardır”, – “Avito Rabota”nın idareətmə üzrə direktoru Artem Kumpel belə söyləyib.

Buna baxmayaraq, əmək bazarı çox çevikdir və xarici şərtlər altında sürətlə qurulur, deyə ekspert qeyd edib. “Məsafədən çalışma” fevral ayı ilə müqayisədə 10%, “gündəlik ödəniş edilən işlər” və “evdən çalışma” isə 15% artıb.

İstifadəçilər pandemiyanın diktə etdiyi məhdud şəraitdə qazancın kompromis variantını tapmağa çalışırlar, Artem Kumpel belə hesab edir.

Bu ərəfədə, aprelin 14-də xəbər verilmişdi ki, rusiyalıların əksəriyyəti boşdayanma vaxtındakı itkilərin əvəzini  özünütəcrid rejimi başa çatdıqdan sonra çıxmaq əzmindədirlər. Superjob xidmət analitikləri tərəfindən sorğu edilənlərin demək olar ki, yarısı altı günlük iş həftəsinə razı olduqlarını və respondentlərin üçdə ikisi may və yanvar tətillərində işləməyə hazır olduqlarını bildiriblər.

Aprelin 13-də KİV-lər son üç ildə Rusiyanın 25 bölgəsində iş yerlərinin artdığını və 60 bölgədə isə azaldığını xəbər veriblər. Lakin, müsbət dinamikaya malik olan bölgələr qalan sahələrdə ixtisarların təxminən yarısına qədərini kompensasiya ediblər.

Son üç ildə iş yerlərinin yaradılması üzrə lider Moskva bölgəsidir – region siyahıda birinci yer tutur, 2017-2019-cu illərdə subyektdə 200 min iş yeri yaradıblar.  İkinci yerdə Moskva şəhəridir, burada 89 min yeni iş yeri açılıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun