Sosial yardımın müddəti azaldılacaq

posted in: Xəbər | 0

aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Azərbaycanda sosial yardımın təyin olunması müddəti 2 ildən 1 ilə endirilir.

Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) dəyişiklik təklif edilir.

Dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-ın dövlət borcu rekord həddə yüksəldi

posted in: Xəbər | 0

ABŞ-ın dövlət borcu rekord həddə yüksəldi

Usdebtclock.org resursunun məlumatından aydın olub ki, ABŞ-ın dövlət borcu 25 trilyon dollara çatmaqla, yeni rekord müəyyənləşdirib. Bu cür kəskin artım koronavirus pandemiyasına qarşı mübarizə üçün ayrılan büdcə xərcləri ilə bağlıdır.

Məlumat dərc edilərkən, ABŞ-ın dövlət borcları 25,04 trilyon dollara bərabər olub. Bu tarix boyunca ən yüksək göstəricidir və yaxın vaxtlarda onun daha da artacağı gözlənilir. Mayın əvvəlində Maliyyə Nazirliyi yaxın üç ay ərzində üç trilyon dollarlıq istiqrazlar yerləşdirmək planlarını açıqlayıb. Beləliklə, üçüncü rübdə borcların həcminin ötən il ərzindəki analoji göstəricini iki dəfədən çox ötəcəyi gözlənilir.

Dördüncü rübdə (iyul-sentyabr aylarında) yeni götürülən borcların ümumi həcmi 677 milyard dollar təşkil edəcək. Federal ehtiyatlar sistemi (FES) və onun başçısı Jerome Powell artıq təkrar bazarda böhranın nəticələrini aradan qaldırmaq üçün lazım olan sayda dövlət istiqraz kağızlarını almağa hazır olduqlarını bəyan ediblər.

Sorğu edilən Forbes iqtisadçılarının rəyi belədir ki, tam miqyaslı böhran və kütləvi işsizlik şəraitində dövlət borcunun artırılması inflyasiyanın artmasına və investorların dollara olan inamının azalmasına səbəb olsa da, zəruri və yeganə mümkün tədbirdir. Berkshire Hathaway investisiya şirkətinin təsisçisi və rəhbəri Warren Buffett də eyni mövqedədir.

Digər ekspertlər isə prezident Donald Trump-ın dövlət borcunun səviyyəsini və büdcə kəsirini aşağı salacağına dair seçkiqabağı vədlərini xatırladırlar. Onu da demək lazımdır ki, bir müddət sonra Trump borc almaqla geniş miqyaslı vergi islahatlarının mənfi büdcə təsirini neytrallaşdıra biləcəyini izah edərək özünü “borc kralı” adlandırmışdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda onlayn seminar keçiriləcək

posted in: Xəbər | 0

“Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda onlayn seminar keçiriləcək

Hörmətli Sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi ilə 12 may 2020-ci il tarixində saat 16:00-da “Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda təşkil olunacaq onlayn seminarda iştirak etməyə dəvət edirik.

Seminar Əməyin sosial-hüquq məsələləri üzrə nəzarət sektorunun müdiri Elşən Tağıyev və Əmək müqavilələri bildirişlərinin qeydiyyatına nəzarət sekorunun müdiri Aynurə Tağıyevanın moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən yayımlanacaq.

Təlimdə aşağıdakı məsələlərə dair şərhlər veriləcəkdir:
• Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminədaxil edilməsi qaydaları;
• Əmək müqaviləsinə xitam verilməsinin əsasları və rəsmiləşdirilməsi qaydaları;
• İş vaxtının rejimi və onun tənzimlənməsi qaydaları, işçilərin istirahət və məzuniyyət hüququ;

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

posted in: Xəbər | 0

Əhaliyə xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

ƏƏSMN-dən verilən məlumata görə, bununla əlaqədar Xəzər və Pirallahı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiya ödənişinin daha tez həyata keçirilməsi, yəni onların pensiyalarının 2020-ci ilin may ayından etibarən hər ayın 14-16 aralığında ödənilməsi təmin olunacaqdır.

Eyni zamanda Xəzər və Pirallahı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərdən) pensiya məsələləri ilə bağlı bundan sonra Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

İdarənin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti – 43; əlaqə nömrələri: (012) 563-55-46, (012) 563-55-47.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun