Read More9
Read More9

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (17-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (17-ci hissə)

16-сı hissəni oxumaq üçün keçidə daxil olun


Yaxşı bir nəzəriyyənin mühasibat uçotunun düzgün aparılmasına zəmanət verdiyini iddia etmək, yaxşı tərtib edilmiş cinayət məcəlləsinin cəmiyyəti cinayətkarlıqdan xilas edə biləcəyini iddia etmək qədər, düzgün olmazdı.

A.İ. Qulyayev

Hal-hazırda, mühasibatlıq təkmilləşdirilmiş praktikaya nisbətən daha düzgün bir nəzəriyyənin daha da inkişaf etdirilməsinə ehtiyac duyur.

Q.R. Qatfeld

Göründüyü kimi, insanlar və mühasibat işçiləri hələ də XIX əsrin son illərində tədricən formalaşan mühasibat uçotu nəzəriyyəsinin artıq bitmiş bir elm olduğunu və ciddi şəkildə inkişaf etməməsinin təsiri altında qalırlar; mühasibat uçotu praktikasının inkişafı əsasən hüquqi-normativ sənədlərin təsiri altında həyata keçirilir.

D. Spasov

Nəzəriyyəsiz keçinmək istəyi insanın öz sözlərində və əməllərində özünə hesabat vermək vəzifəsindən azad olmaq iddiasında son dərəcə təkəbbürlü ifadə olunur.

P. Kollard

İşgüzar dilin əsasını həmişə və hər yerdə mühasibat uçotu sistemində formalaşan məlumatlar təşkil edirdi.

A.N. Xorin

Sözlərin mənaları aydın şəkildə fərqləndirildikdə elm başlayır. Sözlər mövcud lüğətdən seçilə bilər və ya yeni sözlər yaradıla bilər. Lakin onların hamısı tətbiq olunduğu elm bölməsi çərçivəsində anlaşılmazlıq və qeyri-müəyyənliyi istisna edən yeni bir tərif almalıdırlar.

A.Brillyuen

Aydınlıq üçün dil aydın olmalı, müəyyən terminologiyaya söykənməlidir və bu terminologiyanın olmaması mühasibatlığın əsas çatışmazlıqdır.

Q.R. Qatfeld

Başqa xalqlarla maliyyə münasibətlərində biz mühasibatlıq dilində danışmalıyıq. Dil müxtəlifliyi mütləq şəkildə beynəlxalq anlaşılmazlığa, qorxuya və nifrətə gətirib çıxarır. Mühasibatlıq dilinin aydın və səlis olması çox mühümdür. Beləliklə, bu, beynəlxalq qarşılıqlı anlaşma və etimadın inkişafı işinə töhfə olacaqdır. Yaxşı olardı ki, biz hamımız birgə səylərimizlə elmi araşdırmalarımızın köməyi ilə dünya mühasibat elmi birliyi əsasında aparılacağı günün gəlişini yaxınlaşdıraq.

E.B. Uilkoks

Əgər mühasibatlığın müəssisənin güzgüsü olduğunu deyirlərsə, bu o demək deyil ki, (hətta mühasibat uçotunun ən yaxşı quruluşu olsa belə) bu güzgüdə hər bir müəssisənin iqtisadi cəhətdən işlənməmiş formada mühasibat rəqəmlərinin sıralarına malik olan hər bir şəxs ətraflı əks oluna bilər. Bu rəqəmlər aydın olsun deyə, onlar qabaqcadan hər kəsə aydın olan digər dilə “tərcümə” olunmalıdır.

V.K. Mnyux


18-сi hissəni oxumaq üçün keçidə daxil olun



Banklarla bağlı şikayətlərinizi bu qaynar xəttə zəng etməklə bildirə bilərsiniz

posted in: bank, Xəbər | 0

NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar bankda fəaliyyət göstərən “qaynar xətt”in iş rejimi gücləndirilib.

Operatorların sayı artırılıb, iş günlərində “qaynar xətt”in fasiləsiz iş qrafiki təmin edilib.
AMB-dən bildirilib ki, banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyinin artırılması məqsədilə Mərkəzi Bankın “966” “qaynar xətti” istifadəyə verilib.

Həmçinin Mərkəzi Bank tərəfindən respublika ərazisində fəaliyyət göstərən banklara inzibati binalarında (filial, şöbə) “966” “qaynar xətti” barədə məlumat lövhəsinin yerləşdirilməsi barədə göstəriş verilib. Buna əsasən, hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” “qaynar xətti”nə zəng edə bilərlər.

Mərkəzi Bankın “966” “qaynar xətti” iş günləri hesab edilən bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Eyni zamanda, müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 və +99412 493-11-22 telefon nömrəsi vasitəsilə həyata keçirilir.

Mənbə: azertag.az


Bax: Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əmək haqqı gəliri qorunub


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Allen Carr – Dünyanı dəyişən mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Allen Carr – Dünyanı dəyişən mühasib

Dünyada vaxtilə mühasib işləmiş, lakin sonra ömrünü bundan daha faydalı işlərə sərf etmiş insanlara az-az rast gəlmək olur. Onlardan biri də ingilis Allen Carr-dır.

Allen Carr 1934-cü il sentyabrın 2-də Londonda anadan olub. 18 yaşının tamamında bütün gənclər kimi o da ordu sıralarında xidmətə çağırılır. Elə ordu sıralarında xidmət zamanı siqaret çəkmək kimi bir zərərli vərdişə düçar olur. Ordudan tərxis olunduqdan sonra Allen Carr mühasiblik peşəsi üzrə təhsil alır. Elə bu peşə üzrə də əmək fəaliyyətinə başlayır. Londonda adi həyat sürməyə başlayır.

Hər şey ondan ötrü 1983-cü ilin iyulun 15-dən kəskin şəkildə dəyişir. Otuz illik siqaret çəkmə stajından və onu tərgitməklə bağlı bir neçə uğursuz cəhddən sonra o, nəhayət sözügedən ilin 15 iyul tarixində siqareti atır. Onun həyatını da elə kəskin şəkildə dəyişdirən, məhz bu amil olur. O, siqaretdən necə can qurtarmağın yolları ilə bağlı öz təcrübəsini həmin zərərli vərdişi davam etdirməkdə olan insanlarla bölüşmək qərarı verir. Siqaretlə mübarizə aparmağın carçısına çevrilən Allen öz metodikasından yararlanmaqla “Siqareti atmağın ən yüngül üsulu” adlı məşhur kitabını yazır. Bununla kifayətlənməyən bu yorulmaz şəxs “Yüngül üsul” adlı (“Easy Way”) beynəlxalq klinikalar şəbəkəsi yaradır. Həmin andan başlayaraq yəni, metodun siqaret çəkənlər arasında populyarlaşdırılması üzərində çalışmalara başlayır. Həmin metodun effektivliyi özünü çox gözlətməyib.

Allen Carr-ın metodundan istifadə etməklə dünyanın müxtəlif yerlərində on minlərlə insan həmin zərərli vərdişdən can qurtara bilib. Maraqlıdır ki, keçmiş mühasib, təkcə siqaretə qarşı mübarizə aparmayıb. O, həm də öz metodunun alkoqol asılılığından xilas olmağa da kömək etdiyinə əmin olduğundan, adamların spirtli içki asılılığından xilas olması sahəsində də böyük nailiyyətlər əldə edə bilir. Bunun ardınca isə o, artıq çəkidən əziyyət çəkən insanlara kömək etməyə başlayır. Carr-ın metodu daha çox psixoloji amillərə söykəndiyindən istənilən zərərli vərdişləri önləməkdə həqiqətən də insanlara çox kömək edir.

2006-cı ilin iyun ayında həkimlər Carr-ın ağ ciyər xərçəngi xəstəliyinə tutulduğunu aşkar edirlər. Ona 9 ay ömrü qaldığını bildirirlər. Lakin Carr heç 9 ay da yaşaya bilmir. O, 2006-cı il noyabrın 29-da İspaniyanın Malaqa şəhərində vəfat edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əmək haqqı gəliri qorunub

posted in: Xəbər | 0

Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əmək haqqı gəliri qorunub

Əmək müqaviləsi, əmək haqqı gəliri,Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində Azərbaycanda aparılan işlər barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Təlim Mərkəzinin əməkdaşı Bertrand Momoya video müsahibə verib.

Nazirlikdən verilən xəbərə görə, müsahibə zamanı nazir pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması istiqamətində aparılan işləri qeyd edib. O, Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, bu gün ölkəmizdə əhalinin sağlamlığının qorunmasının və məşğulluğun, sosial rifahın dəstəklənməsinin, iqtisadiyyatın stimullaşdırılmasının görülən tədbirlərin əsas istiqamətləri olduğunu vurğulayıb. Pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkədə reallaşdırılan tədbirlərdən bəhs edən S.Babayev bu sahəyə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrıldığını diqqətə çatdırıb.

Nazir 4 istiqamət üzrə həyata keçirilən 12 tədbirin 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdiyini, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əmək haqqı gəlirinin qorunduğunu deyib. O, eyni zamanda, hər ay əhalinin 23 faizindən və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığının təmin edildiyini bildirib.

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı barədə də məlumat verən nazir ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması işlərinin aparıldığını qeyd edib. S.Babayev bu il azı 12 min ailənin özünüməşğulluq proqramı üzrə  kiçik müəssisələrinin qurulması, 100 minədək ailənin ərzaq yardımı ilə təminatı, işsizlikdən sığorta ödənişlərinin 20 minədək şəxsi əhatə etməsi üçün aparılan işləri diqqətə çatdırıb.

Müsahibə BƏT-in COVID-19 portalının xüsusi bölməsində yerləşdiriləcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!