Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

posted in: Xəbər | 0

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə yeni – XVIII fəsilə (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə  Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutulur:

Pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur:

– avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

– yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

– turoperator və turagent fəaliyyəti;

– sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;

– ictimai iaşə fəaliyyəti;

– sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

– idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

– hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

– əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlərin verilməsi nəzərdə tutulur:

– fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.

– 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması.

– mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

– ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

Mikro sahibkarlıq subyektlərinə:

– sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;

– 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

– epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;

– əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmlak satışından əldə edilən gəlirlərin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Əmlak satışından əldə edilən gəlirlərin vergiyə cəlb olunması

Əmlak satışı, daşınmaz əmlak, fiziki şəxsin vergi öhdəliyi, vergi öhdəliyi, əmlak, vergi, Əmlakını satanlar, fiziki, emlak vergisi, daşınmaz əmlak bazar, əmlak vergisi,Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də hüquqi və fiziki şəxlər tərəfindən yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə vergilərin tutulması, hesablanması və hesabatlılığı məsələləridir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Xatırladaq ki, Vergi Məcəlləsində dəyişikliyə qədər qeyd olunan əməliyyatlar üzrə dövriyyələr sadələşdirilmiş vergiyə cəlb olunur, həmin əməliyyatlar üzrə vergi ödəyiciləri isə sadələşdirilmiş vergi ödəyiciləri sayılırdı.

Bu ildən vergi ödəyiciləri yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə əməliyyatlarda aşağıdakı hallara diqqət yetirməlidirlər:

  • vergi ödəyicisinin statusu (hüquqi şəxs, fiziki şəxs, fərdi sahibkar);
  • əməliyyatın məğzi, yəni təqdim edildiyi əmlak növü.

Bu məsələ ilə bağlı, ilkin olaraq, Vergi Məcəlləsinin müvafiq maddələrinə nəzər yetirək. Məcəllənin 218.4.3-cü və 28.4.5-ci maddələrinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin müddəalara tam aydınlıq gətirmək üçün bir neçə misalı nəzərdən keçirək:

Misal 1: Tutaq ki, Bakı şəhərində fərdi sahibkarın mülkiyyətində 50.000 manat dəyərində 100 kv.m yaşayış və ya qeyri-yaşayış sahəsi vardır. Fərdi sahibkar həmin əmlakı satır. Bundan əlavə, Bakı şəhərində onun mülkiyyətində 10.000 manatlıq 50 kv.m-lik torpaq sahəsi vardır və onu da satmaq istəyir. Bu halda, vergitutulma və hesabatlılıq necə olmalıdır?

Belə olan halda, Vergi Məcəlləsinin 218.4.3.-cü , 218.4.5.-ci , 219.3-1. 220.8.-ci maddələrinə istinad edilməlidir. Bu maddələrdən görünür ki, fiziki şəxs vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq yuxarıdakı maddələr ona tədbiq edilir.Yəni 218.4.3-cü maddədə “…fiziki şəxslər…” və 218.4.5.-ci maddədə də “…həyata keçirən şəxslər” ifadələri yazılıb. Bu halda, misalımızdakı fərdi sahibkarın 100 kv.m-lik əmlaka görə ödəyəcəyi verginin məbləği belə hesablanacaq:

100 kv.m * 15 = 1.500 manat

Bakı şəhərində yerləşmə zonasına uyğun (1,2-dən 4,0-ə kimi) əmsalları, bundan əlavə, qeyri-yaşayış sahəsi olduqda əlavə 1,5 əmsalını tətbiq etməklə vergi ödənilməlidir. Baza hesablama kimi 1 kv.m üçün 15 manat götürülür və bu məbləğə artırılma əmsalları tədbiq edilir.

Satışa çıxarılan torpaq sahəsinə görə verginin məbləği də eyni qaydada hesablanır.

50 kv.m *0,5 manat = 25 manat.

Burada sahə Bakı şəhərində yerləşdiyindən vergi yerləşmə zonasına uyğun olaraq (1,2-dən 4,0 kimi) əmsallar tədbiq edilməklə ödənilməlidir. Bundan əlavə, torpaqların təyinatından – sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlardan asılı olaraq 1,5 əmsalı tətbiq olunur.

Bu misalın nəticəsi olaraq:
  • fiziki şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinin satışı zamanı onun fərdi sahibkar və ya adi vətəndaşın olmasının fərqi yoxdur, yəni hər iki halda vergitutma qaydaları eynidir;
  • fiziki şəxsin mülkiyyətindəki torpaq sahəsinin satışı zamanı onun fərdi sahibkar və adi vətəndaş olmasının fərqi yoxdur, yəni hər iki halda vergitutma qaydaları eynidir;
  • mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinin və torpaq sahələrinin balans dəyərinin alğı-satqı zamanı heç bir təsiri yoxdur, yəni vergilər sahəyə görə hesablanır;
  • vergilər notariuslar tərəfindən hesablanır və tutulur;
  • hesabatlılıq ancaq notariusların öhdəliyindədir;
  • fərdi sahibkarın və vətəndaşların bu əməliyyatlardan heç bir hesabatlılığı yoxdur.

Bəs bu halda gəlir vergisi ödəyicisi olan fiziki şəxslər illik gəlir vergisi bəyannaməsi təqdim edərkən bəyannamənin 1201-ci sətrindəki “amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir” sətrində nə yazılmalıdır?

Vergi Məcəlləsinin 218.4.-cü maddəsinə əsasən, alt maddələrdə olan əməliyyatlar üzrə vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləri sayılırlar. Belə olan halda, yaşayış və qeyri-yaşayış sahələrini, torpaq sahəsini satan fərdi sahibkarlar bu əməliyyatlar üzrə sadələşdirilmiş vergi ödəyiciləri sayıldığından onlar həmin satış əməliyyatlarını illik gəlir vergisi bəyannaməsində əks etdirməli deyillər. Ona görə də bəyannamənin 1201-ci sətrində heç nə qeyd edilmir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən, torpaq sahəsi əsas vəsait sayılmır. Əgər fərdi sahibkar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrindən başqa digər əsas vəsaitləri (maşın, avadanlıq, hesablama texnikası və digər vəsaitlər) satarsa, onda həmin əməliyyatlardan gəlirlər 1201-ci sətirdə yazılmalıdır.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Vergi mühasibi – AzInTelecom MMC

posted in: muhasibat, Vakansiya, Vergi, Xəbər | 0

Vakansiya: Vergi mühasibi tələb olunur.

İşəgötürən: AzInTelecom MMC.

Vakansiya barədə məlumat:
  • Vergi uçotunu Uçot siyasəti və Vegi Qanunvericiliyinə əsasən aparmaq;
  • Vergi ödənişlərinə nəzarət etmək;
  • Uçotu daxili şöbələrlə əlaqəli qurmaq;
  • Vergi bəyannamələrini hazırlamaq (ƏDV, ÖMV, Muzdlu, Mənfəət və digər tələb olunan);
  • Vergi risklərini hesablamaq və rəhbərliyə vaxtında məlumat vermək;
  • Birbaşa rəhbərin tapşırığı əsasında digər əlaqəli işlər.

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

Namizədə tələblər:

  • Ali (iqtisad və ya maliyyə sahəsində)

Dil bilikləri: Azərbaycan və rus dili (sərbəst), ingilis dili (arzuolunan)

İş təcrübəsi: Vergi sahəsində 2 ilədək təcrübə

Xüsusi tələblər:

  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
  • ACCA F3;
  • BİG4 şirkətlərinin vergi departamentində təcrübəsi olanlara üstünlük veriləcək;

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes detallarını anlama və analitik düşünmə bacarığı;
  • Excel proqramında sərbəst işləmə bacarığı;
  • Stressə davamlılıq;
  • Dəyərlərə bağlılıq və loyallıq prinsipləri
  • Komandada işləmə bacarığı;
  • Tapşırıqları vaxtında və düzgün yerinə yetirmə bacarığı;
  • Konfidensiallıq.

CV-lərinizin mövzu sətrində vakansiyanın adını qeyd edərək, / elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-ni geri alan istehlakçı malı necə geri qaytara bilər?

posted in: Xəbər | 0

baş mühasib, mühasibat uçotu, normadan artıq ezamiyyə xərci gəlir aparıcı mühasib köməkçisi vakansiyaVergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisinin 15 faizini, nağd qaydada ödənilmiş əlavə dəyər vergisinin 10 faizini təşkil edir. Ödənilmiş əlavə dəyər vergisinin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

İqtisadçı ekspert Mahmud Abasquliyev qanunvericiliyin bu tələbini şərh edərək bildirib ki, Vergi Məcəlləsinə əlavə edilən bu dəyişiklik nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsidir. Artıq istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisi 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılması üçün mexanizm işləyir. Bu məsələdə iki məqamı diqqətdə saxlamaq lazımdır. Birincisi, ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarının məlumat bazasına inteqarsiya olunan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. İkincisi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Misal: Tutaq ki, vətəndaş POS-terminal vasitəsilə 118 (100 manat +18 manat (ƏDV 18%)) manat, nağd qaydada isə 59 (50 manat + 9 manat (ƏDV 18%)) manat isə nağd qaydada ödəniş edərək mal alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq əlavə dəyər vergisinin məbləği POS-terminalla aldığı mala görə 2,70 manat (18 manat x 15 faiz) təşkil edirsə, nağd qaydada aldığı mala görə bu məbləğ 90 (9 manat x 10 faiz) qəpik olacaq. Vətəndaşın müraciəti əsasında 177 (118+59) manatlıq mala görə 3,60 (2,70 + 0,90) manat məbləği geri qaytarılacaq.

Əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı qaydalar işə düşdükdən sonra bir məsələ də gündəmə gəlib. Bilirik ki, istehlakçıların aldıqları malı hər hansı səbəbdən geri qaytarmaq haqqı vardır. Bəs ƏDV qaytarıldıqdan sonra istehlakçının malı geri qaytarması proseduru necə olacaq?

1. İstehlakçı alınmış mallara görə ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edir. Həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarıldığı portalda yoxlanılır.

2. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, ödədiyi məbləğdən istehlakçıya qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, istehlakçının ödədiyi məbləğdə tam şəkildə istehlakçıya geri qaytarır.

3. İstehlakçının aldığı mal daha aşağı qiymətli mal ilə dəyişdirildikdə satıcı istehlakçıya qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla pulu istehlakçıya geri qaytarır.

4. İstehlakçının aldığı mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqi üzrə ƏDV məbləği bu qaydaya uyğun olaraq istehlakçıya geri qaytarılır.

5. Satıcı Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatında geri qaytarılan mala dair çeki ləğv edir. Müvafiq dövr üzrə Dövlət Vergi Xidmətinə (istehlakçıya qaytarılan vəsaitindən çıxılmış ƏDV məbləği nəzərə alınmaqla) bəyannamə təqdim edir.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Qaytarılmalı olan ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən beş gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank isə on gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır.

Qeyd edək ki, çekləri “Kaptalbank”ın “BirBank” əlavəsi ilə də oxutmaq mümkündür.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun