Nə istədiyinizi bilmirsinizsə, peşəni necə seçə bilərsiniz?!

posted in: Xəbər | 0

Bu gün insan həyatında ən vacib olan peşə seçimi haqqında danışaq. Bu seçimə, xüsusən də uşaqlarınıza aid olduqda, çox məsuliyyətlə yanaşmalısınız. Burada giriş məlumatları çoxdur.

Şəxsən mən uşaqlıqdan analitik bacarıqlarımı nümayiş etdirmişdim. Valideynlərim mənə “Menecer” stolüstü oyunu (“Monopoliya” oyununun analoqu) hədiyyə etdikdə, mən hamını – həm yaşlıları, həm də uşaqları udmağa başladım. Valideynlərim həmçinin mənə oxumaq üçün Drayzerin “Maliyyəçi” əsəri kimi müxtəlif kitabları verirdilər. Elə bu yekunda mənim peşə yönümümü və bütün sonrakı həyatımı, eləcə də bir çox işlərdə və karyeramda uğurları müəyyən etdi. Mən sadəcə özümə zövq verən işlə məşğul olurdum – o səbəbdən mən həm də digərlərindən daha tez inkişaf etdim.

Əla qiymətlərlə çox sayda insan özü də bütün cəbhələr üzrə həyatdakı uğursuzluqlara dözür!

Peşə seçimi – insanın həyatında ən əhəmiyyətli seçimlərdən biridir

Bu seçim bir çox illər və ya hətta onilliklər üçün həyatın gedişini müəyyən edir. Ona görə də seçimə “harada daha çox ödəniş edirlərsə, ora getmək lazımdır” prinsipi ilə deyil, çox əsaslı şəkildə yanaşmaq lazımdır.

Unutmayın, peşə seçimi – bu sizin seçiminizdir və onu sizə heç kim diktə etməməlidir!

Biz, insanlar, əvəzimizdən olunan seçimi sevmirik və tam əksinə – həvəslə öz etdiyimiz seçimin arxasınca gedirik. Bu seçimlə uzun illər yaşamaq məcburiyyətindəyik. Buna görə nə valideynlər, nə də başqaları onu bizlərə tətbiq etməlidirlər.

Peşə seçimi – hökm deyil!

Müasir dünyada (20-30-50 il bundan əvvəl belə bi şey yox idi) adamlar öz peşələrini həyatları boyu 3-dən 10 dəfəyədək dəyişdirirlər! Buna görə də, peşə və ya təhsil müəssisəsinin seçiminə, bütün həyatı qabaqcadan müəyyənləşdirəcək bir seçim kimi yanaşmayın, onu faciəyə çevirməyin, bundan “indi mənim taleyim həll olunur” ruhunda nəticə çıxarmaq lazım deyil. Bu, şübhəsiz ki, mühüm seçimdir. Lakin, son da demək deyildir. Amma, öz ürəyinizə yatan peşəni tapmayana qədər onu asanlıqla dəyişdirmək (həyat boyu bir neçə dəfə) mümkündür. Bu sizin həyatınızda atacağınız, onlarla, yüzlərlə və minlərlə digər addımlardan biridir.

Təhsil müəssisələrinin və təhsilin gücünü şişirtməyin

Həyatımdakı ən vacib və güclü dərsləri köhnəlmiş və bəzən axmaq və lazımsız fənləri heç kimə öyrətməyən professorlardan deyil (məzun olduğum nüfuzlu dövlət universitetində olmasına baxmayaraq), valideynlərimdən və təcrübəmdən və işdən aldım.

Valideynlərə… Ailənizdə baş verənlərə və övladlarınıza sizin öyrətdiyiniz şeylərə daha çox diqqət yetirin. Bu dərsləri uşaqlarınız bütün ömürləri boyu yadda saxlayacaqlar. İnstitut və ya universitetlərdə qazanılan fənlər üzrə biliklər isə ertəsi gün unudulacaq (bunu öz təcrübəmdən bilirəm)

Mən təhsili gözdən salmaq istəmirəm, özüm də bütün həyatım boyu öyrənirəm! Biliklərin mənimsənilməsi prosesi də həmçinin “əmək” sərf etmək deməkdir və intizam, diqqətlilik, fokusluluq, cavabları müstəqil tapmaq qabiliyyəti və s. bu kimi bir çox faydalı bacarıqları məşq etdirir. Sadəcə təhsil müəssisələrinin dəyərliliyini şişirtmək lazım olmadığı fikrini çatdırmaq istəyirəm.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“AGBank” və “NBCBank”ın lisenziyaları ləğv edilib

posted in: Xəbər | 0

Bank kreditlərinin təsnifləşdirilməsi,Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “AGBank” ASC-nin və “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.

Məlumatda deyilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdir.
Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, müvafiq qiymətləndirmələr aparılıb.

“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunmuş, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olmuşdur. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etmişdir.

“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olmuşdur. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.
Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.

Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilmişdir. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq.

Ləğv edilmiş bankların hamısı Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böhran dövründə xərclərinizi azalda bilən 7 sadə üsul

posted in: Məqalə, Xəbər | 0

Böhran dövründə xərcləri azaltmaq üsulları.

Heç az məsrəf etmək üzərində düşünmüsünüzmü? Sravni.ru saytı maliyyə məsləhətçiləri ilə birlikdə böhran dövründə xərclərin azaldılması ilə bağlı ən əhəmiyyətli üsulları seçib.

  • Yalnız məcburi məsrəfləi saxlayın

Qidalanma və kommunal xərclərə nə qədər məsrəf etdiyinizi qeyd edin. Əgər nəqliyyat xərcləri, kredit  və təhsil ödənişləri varsa, həmin məbləğin üzərinə gəlin. Ailə büdcəsində olan digər xərcləri cəsarətlə ixtisar edə və ya müəyyən zaman ərzində ümumiyyətlə, onlardan imtina edə bilərsiniz. Müstəqil maliyyə müşaviri İrina Fork belə hesab edir.

Kredit öhdəlikləri varsa, onları yerinə yetirmək daha yaxşıdır. Amma çətin bir maliyyə vəziyyətinə düşsəniz, bankdan təxirə salmağı xahiş edin.

  • Zərərli vərdişlərdən imtina edin

Sağlamlıq həmişə aktualdır, hazırda bu həm də iqtisadi cəhətdən sərfəlidir. Milli maliyyə savadlılıq mərkəzinin eksperti Olqa Senokosova bu məsələyə diqqət çəkib. Zərərli vərdişlərdən əl çəkdikdən sonra qənaət edilən vəsaitləri ərzaq və müalicə xərcləri üçün saxlamaq olar.

  • Yeni məhsullar əvəzinə ikinci əl satışdan işlənmiş malları almaq

Hətta endirimli satışlar sizi cəlb edirsə belə, məişət tenikası, mebellər və digər bahalı malların satışını ertələmək daha yaxşıdır. Ekspert Luiza Kononıxina buna əmindir. Lakin belə bir ehtiyac yaranıbsa, onda saytlardakı satış elanlarından ikinci əl satışı üzrə variantları araşdırın.

  • Sərfəli alış edin

Məsələn, beş paketdən ibarət yarmanın əvəzinə dərhal 900 qramlıq bir qutu alın. Heç də hiyləgər olmayan belə bir üsulla siz ay ərzində xeyli məbləğdə pula qənaət edə, həmin məbləği mobil rabitə üçün sərf edə bilərsiniz. Ekspert Lyubov Palaçeva belə məsləhət görür. Digər ərzaqlar və kimyəvi vasitlərlə də oxşar şəkildə davrana bilərsiniz: ən sərfəli qutuları alın.

  • Evdə qayda yaradın

Bir qədər məzəli olsa da, lakin bu faktdır: öz şkaflarınızın siyirmə və rəflərinə əl gəzdirin – oralardan siz dəftərxana ləvazimatlarından tutmuş, corablara kimi bir çox faydalı şeylər tapa bilərsiniz. Bir dəfə həyata keçirilən bu təmizlik işi zamanı siz xeyli məbləğə qənaət etmiş olacaqsınız. Lyubov Palaçeva məsləhət bilir.

  • Özünütəhlillə məşğul olun
Ola bilsin ki, siz çox vaxt kofe satın alır, müxtəlif əyləncəli servislərə abunə ödənişləri edir və ya işığa və suya qənaət etmirsiniz. Belə xərclərin optimallaşdırımasından ötrü sizin bir qədər səy göstərməniz və bir sıra vərdişlərinizi dəyişdirmək tələb olunur. Ekspert Anatoliy Protasov belə məsləhət edir. Kofeni evdən özünüzlə götürün. Təhsil və əyləncə üçün pulsuz servislərdən istifadə edin və ya işığa və suya qənaət edin. Yadda saxlayın: böhran – müvəqqəti haldır, belə ki, bütün bu məhdudiyyətlər heç də həmişəlik deyil.
  • Ölçüyə riayət edin
Xərcləri azaltmaq böhranın düzgün strategiyasıdır. Lakin ifrata da varmaq lazım deyil ki, sonradan depressiyadan əziyyət çəkməyəsən. “Finansovaya Kuxnya” onlayn-məktəbinin yaradıcısı və rəhbəri Regina Dolqix hesab edir ki, bizim hamımıza aydın baş və sakitlik lazımdır. İstənilən  bir qənaət ağlabatan olmalıdır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: İnsan resursları üzrə təcrübəçi – Sabah Group LLC

posted in: İnsan Resursları, Vakansiya, Xəbər | 0

Vakansiya: İnsan resursları üzrə təcrübəçi.

İşəgötürən: Sabah Group LLC.

Qeyd:

  • Təcrübə müddəti 3 aydır və ödənişsizdir.
  • Təcrübə müddətini uğurla başa vuran namizədlərə tövsiyə məktubu təqdim edilir.

Tələblər:

  • Yaş həddi:20-30
  • Azərbaycan dili səlis, rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək
  • Ali təhsilin olması
  • MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
  • Kommunikasiya qurmaq və komanda ilə işləmək bacarığı
  • İR sahəsi üzrə karyera qurmaq hədəfi
Müraciət etmək istəyən namizədlər CV-lərini / mail ünvanına mövzu hissəsinə İnsan Resursları üzrə Təcrübəçi qeyd edərək göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun