Auditorlar Palatası bu gün vebinar keçirəcək

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAuditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da “Koronovirusun auditə təsiri” ilə əlaqədar növbəti vebinar keçiriləcəkdir

Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarına və sərbəst auditorlara pandemiya şəraitində Auditorlar Palatasında keçiriləcək növbəti vebinar barədə

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da auditor təşkilatlarına və sərbəst auditorlara növbəti distant vebinar keçiriləcək və eyni qayda ilə saat 11:30-da link elektron poçt vasitəsi ilə sizə göndəriləcək.

Xahiş edirik ki, həmin vaxtda vebinarın işinə qatılasınız və “Koronovirusun auditə təsiri” ilə bağlı təklif və tövsiyələrinizi verəsiniz.

(Əlaqələndirici şəxslər: İşçi Qərargahın üzvləri, Vasif Cavadov – 050-612-04-73; 012-564-80-62; Fəqan Qarayev-055-727-74-77; Nəcəf Talıbov-050-330-55-22)

Azərbaycan Respublikasının Auditorlar Palatası.

Mənbə: audit.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda əlillik qrupları ləğv edilir

posted in: Xəbər | 0

Azərbaycanda əlillik qrupları ləğv edilir

əlilliyi olan şəxslər üçün kvotalarAzərbaycanda əlillik qruplarının ləğv edilməsi təklif olunur.

Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.

Qanunda əlillik dərəcələri üzrə meyarlara da dəyişiklik olunacaq.

Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti ötən il 87 milyon manata yaxın mənfəət əldə edib

posted in: Vergi, Xəbər | 0

Dövlət Vergi Xidməti, Əmək haqları, maaş, muzdlu, maaş, orta aylıq əmək haqqı, maaş, dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGK2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (keçmiş Vergilər Nazirliyi) 86 845 min manat mənfəət əldə edib.

Qurumun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2018-ci ilə nisbətən 11,7% azdır.

Ötən il Dövlət Vergi Xidməti 121 482 manat və yaxud əvvəlki ilə nisbətən 5,5% az gəlir əldə edib. Bunun 121 472 min manat qeyri-birja əməliyyatlarından, 10 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 34 637 min manat və yaxud illik müqayisədə 14,8% çox olub. Bunun 18 363 min manatı əməkhaqqı və işçilərlə bağlı digər xərclər, 1 101 min manatı sərf edilmiş materialların dəyəri, 1 693 min manat amortizasiya xərcləri 13 480 min manatı sair əməliyyat xərcləri, 735 min manatı isə əmlakın ləğv edilməsi və yaxud əvəzsiz verilməsi üzrə xərclərdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi.

İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrMaddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11,

maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli Qanunu) 477-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 477-1.1.1-ci, 477-1.1.3-cü və 477-1.1.6-cı maddələr ləğv edilsin;

2.2. 477-1.1.7-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“477-1.1.7. sığorta haqqının hesablanmasını və uçotunu aparmamasına, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verməməsinə, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə – ”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il .

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun