Tacikistan prezidenti iki illik ərzaq ehtiyatı toplamağı əmr edib

posted in: Xəbər | 0

Tacikistan prezidenti iki illik ərzaq ehtiyatı toplamağı əmr edib

Tacikistan prezidenti Emomoli Rahmon koronavirusun yayılmasının qarşısını almaq üçün sanitariya-gigiyenik tədbirlərin gücləndirilməsini və “hər bir ailə üçün qida məhsullarının iki illik tədarükünü təmin etməyi” tapşırıb. O, respublika hökumətinin növbədənkənar iclasında belə göstərişlər verib, dövlət başçısının mətbuat-xidməti bu haqda xəbər yayıb.

İclasda müzakirə olunan əsas məsələlər dünya böhranının ölkə iqtisadiyyatına təsirinin azaldılması, respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi və COVİD-19 xəstəliyi ilə bağlı planetdəki vəziyyət olub.

Prezident əhali arasında yaşayış yerlərinin təmizliyinə və şəxsi gigiyena qaydalarına riayət olunmasına dair izahat işlərini genişləndirməyi tələb edib.

Sənaye və Kənd Təsərrüfatı Nazirliyinə Rahmon ilkin tələbat məhsullarının — un, bitki yağı, düyü məhsullarının istehsalını və tədarükünü artırmağı və daxili bazarı öz istehsalı ilə təmin etməyi tapşırıb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Rahmon Sənaye Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə əsas məhsulların –  un, bitki yağı, düyü istehsalını artırmağı, onların ehtiyatını yaratmağı və daxili bazarı öz istehsal etdiyi məhsullarla təmin etməyi tapşırıb. Bundan ötrü kənd təsərrüfatı sahəsindən olan strukturlar kartof, dənli bitkilər, qarğıdalı və digər bitkilərin əkininin artmasını təmin etməlidir.

Dövlət başçısı məmurlara göstəriş verib ki, onlar əhalinin öz şəxsi həyətyanı təsərrüfatlarında istixanalar yaratmaq, o cümlədən əkin-biçin işlərini vaxtında yerinə yetirmək və il ərzində üç-dörd dəfə məhsul almaq üçün səylər göstərmək barədə tövsiyələrini çatdırsın. Antinhisar xidmətindən isə Rahmon ərzaq məhsullarının, xüsusən də vacib məhsulların qiymətinin süni şəkildə qaldırılmamasını tələb edib.

Hökumətə həmçinin iqtisadiyyatın zəif sahələrinin, kiçik və orta sahibkarlığın və əhalinin ayrı-ayrı təbəqələrinin dəstəklənməsi üçün kredit-vergi güzəştlərinin hazırlanması tapşırılıb. Rəhmon büdcə vəsaitlərindən qənaətlə istifadə etməyi və məqsədsiz xərclərə yol verməməyi tapşırıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

21 aprel Rusiyada Baş mühasib günüdür

posted in: muhasibat, Məqalə, Xəbər | 0

21 aprel Rusiyada Baş mühasib günüdür

Aprelin 21-də Rusiyada baş mühasiblər öz peşə bayramını qeyd edirlər. Təsadüfi deyil ki, sözügedən bayramın tarixi 1994-cü ildə “Главбух” jurnalının ilk nüsxəsi köşklərdə satışa çıxarılan günə təsadüf edir. Məlumdur ki, bu bayramın təsisçisi çox dar dairələrdə populyar olan mətbu nəşrin redaksiyası olub.

Bu gün baş mühasib olmadan uğurlu bir şirkət və ya müəssisə təsəvvür etmək çox çətindir. Çünki məhz, onun səyləri və peşəkarlığı sayəsində yüksək nəticələr əldə edilir, istehsal mənfəəti artır və şirkətin uğuru təmin edilir. Bu gün əvəzolunmaz baş mühasib nə işlə məşğul olur? Obyektiv danışsaq, onun çoxlu vəzifələri var, məsələn, maaşların hesablanmasına nəzarət edir, auditor vəzifələrini yerinə yetirir, kommersiya direktorunun işinin öhdəsindən asanlıqla gələ bilir və s. Əslində, uğur qazanmış baş mühasibi tam məsuliyyətlə maliyyə dahisi adlandırmaq olar Çünki bu şəxs şirkətdə demək olar ki, bütün pul axınlarına və maddi dəyərlərə görə məsuliyyət daşıyır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Bu bayram günündə məsuliyyətli baş mühasiblər həm bilavasitə rəhbərlikdən, həm də tabeliyindəki işçilərdən məmnuniyyətlə təbrikləri qəbul edirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, bayramın “Главбух” jurnalı tərəfindən təsis olunduğunu çox az adam bilir. Amma, buna baxmayaraq, sözügedən bayram öz yerini ala bilib və aprelin 21-də mühasibatlıq işçilərini öz həmkarları ilə bayram stolu arxasına keçib bayram tortu ilə bir fincan çay içməyə imkan yaradır. Həmin anda onlar az vaxt ərzində olsa belə kompüter proqramlarından, debet və kreditdən ayrıla bilirlər.

Baş mühasib Günü kimi bayramlar çox mühümdür, onlar peşəkar birliklərin formalaşmasına kömək edirlər. Hətta işlərinə fanatik şəkildə bağlı olan, təcrübə və biliklərini gənc, yeni başlayan həmkarları ilə bölüşən insanlar üçün bəzən belə tədbirlər qeyri-formal komanda qurma təlimlərinə də çevrilə bilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?

posted in: Xəbər | 0

Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş İstifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?

elektron pensiya təyinatıİstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc

Mənbə: taxes.gov.az

Bax: Karantin dövründə Vergi ödəyicisi VÖEN-ni ləğv etmək üçün nə etməlidir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin dövründə Vergi ödəyicisi VÖEN-ni ləğv etmək üçün nə etməlidir?

posted in: Xəbər | 4

Karantin dövründə Vergi ödəyicisi VÖEN-ni ləğv etmək üçün nə etməlidir?

Vergi hesabatlarının vaxtı, ödənilmiş vergi, DTA-02 forması, verginin nəzərə alınması, vergi məbləği, Rezidentlik sertifikatı, DTA-01 Forması, Rezidentlik sertifikatının verilməsi, vahid bəyannamə, qeyri-muzdlu, vergi hesabatları, vergilər nazirliyi, Vergi orqanlarına işə qəbul, Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Vergi uçotunu ləğv etmək üçün vergi orqanına poçt vasitəsilə təqdim edilməlidir:

– “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə.

Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I