Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolmanın tətbiq edilməsi (DTA-03 Forması)

posted in: Xəbər | 0

bəyannamə, sıfır faiz, Dövlət reyestrindən çıxarış, Dövlət reyestrindən çıxarışın surətinin verilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, vergi ödənişləri, Bəyannamələrin təqdim edilməsi, Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi (DTA-03 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması)

– Qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı

– gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) müvafiq qaydada təsdiq edilmiş (leqallaşdırılmış) surətləri Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedici sənədlər əsasən aşağıdakılardır:

– Göstərilmiş xidmətlərdən gəlir: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsinin müddətini təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Dividend: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Faiz: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, borc müqaviləsi, güzəştli vergitutmanın tətbiq edilməsi üçün hər hansı dövlət zəmanəti və ya resipientin dövlət və ya hökumət institutu olması tələb edilirsə, bu halları təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Royalti: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, royalti obyekti olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, müqavilənin obyekti olan hüquq və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Beynəlxalq daşımalardan gəlir: daşıyıcının beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyini təsdiq edən sənəd, nəqliyyat vasitəsi özünün olmadığı halda, onun icarəyə götürülməsini, marşrutu, mövcud olduğu halda yüklərin daşınmasını təsdiq edən yol sənədləri (CMR, uçuş icazəsi, liman sənədləri və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin rəyi əsasında

İcra müddəti:

Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Razılıq məktubu.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib – Corn Processing Company

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib, vakansiya,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Corn Processing Company.

Vakansiya barədə məlumat:
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər hesabını aparmaq;
  • Pul vəsaitlərinin (bank və kassa), əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
  • Qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində yaxından iştirak etmək;
  • Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və Cəmiyyətin bütün struktur bölmə nümayəndələri ilə qarşılıqlı fəaliyyəti uğurla həyata keçirmək;
  • Fəaliyyəti prosesi zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat verməklandırmaq və onların aradan qaldırılması üzrə təkliflər vermək;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

Məkan: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 93, AZ1000)

Departament: Maliyyə departamenti

Tabeçilik: Mühasib birbaşa Maliyyə departamentinin müdirinə tabedir;

Əmək haqqı: 1000 AZN-dən başlayaraq

Namizədə tələblər:

  • Staj: Mühasib vəzifəsinə 3 ay sınaq müddəti tətbiq olunmaqla ali təhsilli, müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı olan şəxslər təyin edilir.
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
  • Beynəlxalq mühasibat uçotu qaydalarını;
  • Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
  • Vergi və digər mövzularla bağlı onlayn (internet üzərindən) müraciətləri və işlərin icrasını;
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
  • Hesablama texnikasının istismarı qaydalarını və elektron mühasibat programlarından istifadə qaydalarını;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini / ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun Mövzu (Subject, Тема) qismində vakansiyanın adını mütləq qeyd etməyiniz xahiş olunur, əks halda müraciətlərinizə baxılmayacaq).

Mənbə: finstaff.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-aktiv VÖEN-i olan şəxslər sosial yardım ala bilərlərmi?

posted in: Vergi, Xəbər | 0

Qeyri-aktiv VÖEN-i olan şəxslər sosial yardım ala bilərlərmi?


Vergi ödəyicisi, VÖEN, internet-biznes fəaliyyəti, İcarəyəverən, E-qaimə, VÖEN, ,Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödənişlərin verilməsi davam edir. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından qeydiyyatdan keçərək maliyyə dəstəyindən yararlanırlar. Lakin vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) olan şəxslərə ödənişin verilməsindən imtina edilir. Buna səbəb kimi həmin vətəndaşların fərdi sahibkar kimi tanınması göstərilir.

Adına VÖEN olan şəxslərə birdəfəlik sosial yardımın verilməsindən imtina edilməsi böyük narazılıqlara səbəb olub. Minlərlə insan vergi orqanlarına müraciət edərək VÖEN-lərini bağlatmağa çalşır. Lakin…

Hər şey sosial müavinətlərin təyin edilməsindən başladı

Maraqlıdır ki, bu gün adına VÖEN olan bir çox şəxslər bir zaman sosial müavinətlərin alınması üçün bank hesabı açdırmaq məqsədilə vergi uçotuna aldırılmış şəxslərdir. Bu aztəminatlı, yardıma ehtiyacı olan şəxslərdir ki, onlardan asılı olmayan səbəblərdən hansısa qaydaların tələbi əsasında VÖEN açdırmağa məcbur olub. Onlar sosial zərurətdən irəli gələrək bu addımı atıblar və sonra VÖEN-lərini passivləşdiriblər. Həmçinin hansısa müvəqqəti işləri yerinə yetirməkdən ötrü əvvəllər vergi uçotuna durmuş bəzi şəxslər öz fəaliyyətini müvəqqəti dayandırıb və ondan sonra, ümumiyyətlə, işləməyiblər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Nazirlər Kabinetinin qərarı isə başqa şey deyir

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 2020-ci ilin aprelin 7-də, 127 №-li qərar qəbul edib. Həmin qərarda birdəfəlik ödəmənin verilməsindən imtina halları göstərilib. Bu hallardan biri aşağıdakı kimidir:

2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara.

Beləliklə, qərarda çox aydın bir şəkildə yazılıb ki, birdəfəlik ödəmə aktiv VÖEN-i olan şəxslərə verilmir. Bəs ölkədə nə qədər qeyri-aktiv vergi ödəyicisi var? Bu məsələni aydınlaşdımaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdik. Xidmətdən bildirdilər ki, bu gün ölkədə vergi qeydiyyatından keçmiş 1 milyona yaxın şəxs olsa da, onların yarıdan çoxu qeyri-aktiv ödəyicilərdir. Müxtəlif səbəblərdən vergi uçotuna düşmüş şəxslər illər ərzində heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməyiblər. Hər hansı tranzaksiya aparmayb, bəyannamə və ya hesabat təqdim etməyiblər.

Belə ki, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) vergi ödəyiciləri işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, fəaliyyəti qeyri-aktiv olan şəxslərdən VÖEN bağlatdırmalarını tələb etmək isə qanunsuzdur. VÖEN-in bağlanması qısa çəkən proses deyil. Bu əsassız tələblər həmin insanların belə çətin şəraitdə dəstəkdən məhrum edilməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, VÖEN aktiv deyilsə, onun mövcudluğu birdəfəlik ödəmənin verilməsi üçün kriteriya olaraq qəbul edilməməlidir. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiqlənmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydaları”nın 2.3.9-cu bəndindən də açıq-aydın göründüyü kimi, fəaliyyəti dayandırılmış, yəni VÖEN-i passiv olan vətəndaşların birdəfəlik yardım üçün müraciət etmək hüququ vardır və heç kim onlardan VÖEN-in ləğv olunmasını tələb edə bilməz.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vəkalətnamə”ni necə yazmalı??

posted in: Xəbər | 0

Tələbnamə, vəkalətnamə nədirVəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. İdarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.

Vəkalətnamə təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyyən şəxsə də aid edilə bilər.

Fərq bundadır ki, təşkilatların bir-birinə verdiyi vəkalətnamələr xüsusi formada mətbəədə hazırlanır. Həmin sənəd aşağıdakı kimi tərtib edilir:

  1. Vəkalətnamə verilən şəxsin adı, atasının adı, vəzifəsi.
  2. Vəkalətnaməni verən şəxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı, yeri tam şəkildə göstərilməlidir).
  3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu.
  1. Vəkalətnamənin müddəti (həm rəqəm, həm də hərflə).
  2. Vəkalətnaməyə məsul olan şəxsin imzası.
  3. Vəkalətnamənin verildiyi tarix.
  4. Vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi.

Nümunə üçün faylı yükləyin: Vəkalətnamə-Nümunə


Həmçinin bax: “Etibarnamə”ni necə yazmalı??