Kommersiya qurumlarının və publik hüquqi şəxslərin qeydiyyat sənədlərinin dublikatının və surətlərinin verilməsi
Xidmətin adı: Kommersiya qurumlarının və publik hüquqi şəxslərin qeydiyyat sənədlərinin dublikatının və surətlərinin verilməsi. (Qeydiyyat sənədləri)
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)
(Qeydiyyat şəhadətnaməsi yararsız hala düşdükdə, həmin şəhadətnamə müraciətə əlavə edilir. Qeydiyyat şəhadətnaməsinin dublikatı “Dövlət rüsumu haqqında” AR-nın Qanununa müvafiq olaraq rüsum tutulmaqla verilir)
Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə “Dövlət rüsumu haqqında” AR-nın Qanununa müvafiq olaraq rüsum tutulmaqla verilir)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20-ci maddəsi
– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun
– Vergilər nazirinin 14.03.2019- cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, “ASAN Xidmət” mərkəzləri (yalnız şəhadətnamənin yeni nüsxəsi), Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri
İcra müddəti: 15 gün;
Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Sənədlərin yeni nüsxələri
Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.
Mənbə: taxes.gov.az

“Yaranmış qlobal iqtisadi vəziyyət mürəkkəbdir”.
“Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Belə hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır”.
Sual: A müəssisəsi B müəssisəsinə mühafizə xidməti göstərir. Göstərilən xidmət üçün hər ay E-qaimə cari ay üçün növbəti ayın 5-ə qədər A müəssisəsi tərəfindən B müəssisəsinə təqdim edilir. Dekabr ayında göstərilmiş xidmət üçün E-qaimə növbəti ilin yanvar ayında təqdim edilir.