Muzdlu işdən gəlir vergisinə tətbiq olunan güzəşt

posted in: Vergi, Xəbər | 0

Muzdlu işdən gəlir vergisi üçün tətbiq olunan güzəşt


Gəlir vergisi ödəyiciləri

Vergilər Nazirliyinin şərhində göstərilir ki, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bu güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən, müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Siyahı bu sənədləri əhatə edir:
  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti;
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Qeyd olunanlara əsasən, birinci qrup əlil olan şəxsin ona baxan və onunla birlikdə yaşayan övladı olduğunu halda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsində nəzərdə tutulmuş güzəşt həmin şəxsin birinci qrup əlilin himayəçisi və ya qəyyumu olduğu müvafiq orqanlar tərəfindən verilmiş arayışlarda təsbit olunduğu halda tətbiq oluna bilər.

Əlavə olaraq bildirilib ki, muzdlu işdən gəlir vergisi üçün tətbiq olunan güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır. Yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Mənbə: vergiler.az

BAX: Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?

TELEGRAM KANALIMIZA ÜZV OLUN

BİZİ INSTAGRAM’DAN İZLƏYİN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *