Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 641 mini ötüb

posted in: Xəbər | 0

muzdlu işçiBu il fevralın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7 faiz artaraq 1 641 min nəfər olub. Onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 20,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,25 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.(muzdlu işçi)

Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
muzdlu işçi

Koronavirus pul göndərişləri sisteminin işinə də öz təsirini göstərib

posted in: Məqalə, Xəbər | 0

Koronavirus pul göndərişləri sisteminin işinə də öz təsirini göstərib.

Çoxsaylı pul köçürmə sistemlərinin müştəriləri Çində köçürmələri qəbul etməkdə çətinlik çəkə bilərlər. Bu “Zolotaya korona” sisteminin müştəriləridir. Eləcə də Contact və Western Union pul köçürmə sistemlərindən istifadə edənlər də problemlər yaşaya bilərlər.

Koronavirusun yayılması ilə əlaqədar olaraq Çindəki banklar pul köçürmələrinin nağd şəkildə həyata keçirildiyi filiallarını bağlayır, bu haqda RBK nəşrinə sistem nümayəndələri və əlaqə mərkəzinin operatorları məlumat verdilər. Lakin, Western Union nümayəndəsi çətinliklərin maliyyə nəticələrini açıqlamaqdan imtina edib.

“Zolotaya korona”nın Çindəki tərəfdaşlarının sayı azalmayıb. Lakin bütün nöqtələr müştərilərə xidmət etmir. Money Gram və Contact sistemlərindən isə Çində olan şöbələrdə hər hansı bir çətinliklərin yaşanması məsələsinə aydınlıq gətirməkdən imtina ediblər.

Daha sonra Contact-dan belə deyiblər: “Bu anda, Çinə köçürmələr həcmində sapmalar müşahidə etmirik, pul köçürmələri ilə bağlı problemlər barədə də məlumat daxil olmayıb”, – “Çindəki müştərilərimiz hələ də ortaq şirkətlərdən nağd pul köçürmələrini, eləcə də kart və ya hesablara köçürmələri ala bilir. Vəziyyəti yaxından izləyirik və hazırda Çində və ya virusun yayıldığı digər ölkələrdə işlərini dayandırmağı planlaşdırmırıq”.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Koronavirus, pul göndərişləri

Bu məhsullar üçün tətbiq olunan aksiz dərəcələri sabahdan artırılır

posted in: Vergi, Xəbər | 0

Koronavirus çağırış Azərbaycan hökumətiSabahdan Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələri artırılır.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Eyni zamanda aksiz dərəcəsi  qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirti (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün  aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
aksiz dərəcələri

Vergi orqanlarına müraciətlər 16 faiz azalıb

posted in: Vergi, Xəbər | 0

koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,2020-ci ilin fevral ayında vergi orqanlarına 19 min 40 müraciət daxil olub. Vergilər Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.630 müraciət və ya 16 faiz azdır. Müraciətlərin 17 min 725-i (93,1 faizi ) ərizə, 1.218-i (6,4 faizi) şikayət, 97-si (0,5 faizi) təklif olub. 4 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 84,4 faizi tam, 0,1 faizi isə qismən müsbət həll olunub. (Vergi orqanları)

2020-ci ilin fevral ayında nazirliyin aparatına 2 min 89 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz azdır. Daxil olmuş müraciətlərdən 48,7 faizi ərizə, 46,7 faizi şikayət, 4,6 faizi təklif olub. 4 müraciətin icrası isə xüsusi nəzarətə götürülüb.

Hesabat dövründə vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub. 2020-ci ilin fevral ayında vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 781 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Vergilər Nazirliyinin aparatında 131 vətəndaş qəbul edilərək müraciətinə baxılıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi orqanları