AR-da muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında qəbzin verilməsi
Xidmətin adı: AR-da muzdlu iş ilə əlaqədar ödənilmiş gəlir vergisi haqqında qəbzin verilməsi.
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
“AR-da muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında Qəbz”
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– Hasilatın Pay Bölgüsü Haqqında Sazişlərə uyğun qəbul olunmuş “Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında” Protokol və Əlavəsi
Xidmətin göstərildiyi yer:
Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri
İcra müddəti: 30 gün.
Xidmətin nəticəsində təqdim edilən sənədlər:
– AR-da muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında Qəbz
Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.
Mənbə: taxes.gov.az

Bu gün 8 mart beynəlxalq qadınlar günüdür. Məlum olduğu kimi, mühasib vəzifəsində çalışan mütəxəssislərin böyük əksəriyyətini qadınlar təşkil edir. Mühasib peşəsi kimi çətin və məsuliyyətli bir işin ağırlığını öz zərif çiyinlərində daşıyan qadınlarımız, həqiqətən qəhrəmandırlar.
Vergilər Nazirliyinin şərhində göstərilir ki, VM 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir.
Bu ilin martın 1-nə Azərbaycanda 1 070 492 vergi ödəyicisi olub.