Read More9
Read More9

Nümunə üçün verilən mallar necə sənədləşdirilir?

posted in: Xəbər | 0

Nümunə üçün verilən mallar necə sənədləşdirilir?

Sual: Şirkət, özünün istehsal etdiyi məhsuldan əvəzsiz qaydada təqdim edirsə (məhsulun yoxlanması üçün başqa şirkətlərə nümunə olaraq, tanıtım/reklam olaraq məhsulları paylamaq üçün, öz daxili istifadəsi üçün), o zaman həmin məhsullar vergitutma və gəlirlərin (xərclərin) uçotunun aparılması baxımından mallar necə sənədləşdirilir?

Cavab: Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi malların təqdim edilməsi anlamını verir və bazar qiyməti nəzərə alınmaqla vergiyə cəlb olunur.

Qeyd olunan malların təqdim edilməsi “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda müəyyən olunmuş formada elektron qaimə-faktura və elektron vergi hesab-faktura əsasında sənədləşdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 130.1-1-ci maddələri, 16 iyun 2017-ci il tarixli 1460 saylı “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Mənbə: taxes.gov.az


 Bax: 

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Vergi orqanlarına işə qəbul üzrə test imtahanı təxirə salınıb

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarına işə qəbul üzrə test imtahanı təxirə salınıb

Vergilər Nazirliyi, xidməti müqavilə, Əmək müqaviləsi, Qeydiyyat sənədləri, gəlir vergisi, Muzdlu iş, Sadələşdirilmiş vergi, Apelyasiya Şurası, kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul ilə bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

Bəyannamələrin təqdim edilməsi və vergi ödənişinin son müddəti artırıldı

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Bəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb.

Hörmətli vergi ödəyiciləri!

Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, ƏDV ödəyən vergi ödəyiciləri ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyirlər.

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin zamanı evdən işləmək qaydaları (1-ci hissə)

posted in: Xəbər | 0

Karantin zamanı evdən işləmək qaydaları / 1-ci hissə
Evdən çalışmağa başlayanlar üçün bir neçə məsləhət

Koronavirus infeksiyasının yayılması həyatın bütün sahələrinə öz təsirini göstərib. Dünya ölkələrinin əksəriyyətində xəstəliyin qarşısının alınmasından ötrü karantin rejimi tətbiq olunub. Ona görə də işçilərin əksəriyyəti evdən, yəni, məsafədən çalışmağa keçiriliblər. Sağlamlığa mənfi təsir olmadan və ofis üçün darıxmadan evdən necə səmərəli işləmək olar?

Karantin zamanı iş yerini necə qurmalı?

Bu siyahıda ilk maddə – bu, iş zonasıdır. İdealda bu ayrıca bir otaq olmalıdır, lakin, hamının belə bir imkanı yoxdur. O səbəbdən otaqda stol günəş işığı düşən yerə yaxın qoyulmalıdır.  Rahat kreslo və ya stul. Kompüter arxasında çox saatlıq iş onurğa sütununa və çiyinlərə çox güclü təsir edir, bu təsiri azaltmaq üçün stul düzgün hündürlükdə olmalıdır. Bundan əlavə stulun söykənəcəyi də elə olmalıdır ki, sizin rahat işləməyinizə müsbət təsir göstərə bilsin.  Yəni, maksimum rahatlığı təmin edə bilsin.

Stasionar kompüter noutbukdan daha rahatdır, çünki onu gözlərdən bir qədər uzaq və lazımi hündürlükdə tutmaq mümkündür. Əgər monitorda mətnin yuxarı sətirləri gözlərin səviyyəsindədirsə – siz kompüteri düzgün yerləşdirmisiniz.

Ekrandan sifətə qədər olan minimum məsafə 40 sm olmalıdır. İdeal varinatda isə belə məsafə yarım metrə çatdırılmalıdır. Mütəxəsislər əlin ovcuna uyğunlaşdırılmış və kompüterə bağlı olmayan mouslardan istifadə etməyi tövsiyə edirlər.

Əgər sizdə noutbukdursa, əllərinizi artıq gərginlikdən qorumaq məqsədilə mütəxəssislər ona ayrıca klaviatura qoşmağı məsləhət bilirlər. Noutbukun özünü gözlər səviyyəsinə qaldırmaq məqsədilə isə altına kitablar qoymaq mümkündür ki, bu yolla boyun fəqərəsinin gərginliyini aradan qaldırmaq mümkündür.

İş stolunda təmizliyə riayət etmək lazımdır. Gündə bir dəfə antiseptik vasitələrlə mous və klaviaturanı təmizləmək lazımdır. Kompüter arxasına keçməzdən öncə əlləri də ən azından 20 saniyə ərzində yumaq lazımdır.

İş çox mühümdür, amma, sağlamlığı da unutmamalıyıq

Otağı müntəzəm olaraq havalandırma lazımdır, əgər otaqda bir nəfərdən çox işləyən varsa, hər saatdan bir hava təmizlənməlidir. Elə bunun özü stol arasından qalxmaq və bir qədər gəzişmək üçün sizə “bəhanə” verə bilər. Bundan əlavə, koronavirus səbəbiylə həkimlər təkcə otağı deyil, ümumilikdə bütün otaqları da havalandırmağın zəruri olduğunu söyləyirlər.

Bədən tərbiyəsi. Həkimlər hər saatdan bir sadə bədən hərəkətləri etməyi tövsiyə edirlər. Belə etməklə siz öz beyninizə fasilə vermiş olursunuz, bədəninizdə qan dövranını normallaşdırırsınız, əlləriniz və onurğa sütünunu yükdən azad edirsiniz.

Məqalənin 2-ci hissəsini oxumaq üçün keçidə daxil olun.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!