Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib

posted in: Xəbər | 0

SSN, Sosial sığorta nömrəsi, sosial təminat növləri, publik hüquqi şəxslər, e-təyinat, sosial təminat növü, İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində fevralın 7-dən 11-dək gözlənilən güclü külək ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməli olduğunu bildirir.

Xidmət işəgötürənlərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Məcəlləyə 2-ci əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir.

İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar  təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti  müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti

Özəl müəssisədə çalışan fiziki şəxsin əmək haqqından hesablanan sosial sığorta haqqı

posted in: Xəbər | 0

sosial sığorta haqqıSual: Özəl müəssisədə çalışan fiziki şəxsin aylıq əmək haqqı 200 manatdır. Bu məbləğdən sosial sığorta haqqı hesablanırmı?

Cavab: “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatadək olan işçidən 6 manat məbləğində sosial sığorta haqqı tutulur (200×3%=6 manat).

Əsas: “Sosial Sığorta haqqında” Qanun, 14-cü maddə.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial sığorta haqqı

Vergi öhdəliyinin yaranmaması haqqında arayışların vergi orqanına təqdim edilməsi

posted in: Vergi, Xəbər | 0

ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Vergi öhdəliyi-nin yaranmaması haqqında arayışların vergi orqanına təqdim edilməsi;

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza;

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 16 və 72-ci maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və ARnın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.11-ci bəndi

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin İqtisadi təhlili departamenti və Rəqəmsal vergi inzibatçılığı departamenti

İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Arayışın qəbul edilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi öhdəliyi

Komissiya münasibətləri zamanı vergitutma prosedurları

posted in: Vergi, Xəbər | 0

Sahibkarlıq fəaliyyətinin istiqamətlərindən biri də malların komissiya münasibətləri ilə satışıdır. Bu münasibətlərdən əsasən pərakəndə ticarət qaydasında xüsusi malların satışı zamanı istifadə olunur. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. Komissiya münasibətlərinin özünəməxsus xüsusiyyətləri vardır: burada rəsmiləşdirmə və vergitutma prosedurları fərqlənir. İlkin olaraq komissiya qaydasında həyata keçirilən əməliyyatların hansı normativ hüquqi aktlarla tənzimlənməsinə baxaq.

Mülki Məcəllənin 44-cü fəsli sırf komissiya münasibətlərinə aiddir.

Maddə 808. Komissiya müqaviləsi

808.1. Komissiya müqaviləsinə görə, bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

Maddə 818. Komitentin verdiyi obyektlərə mülkiyyət hüququ

Komitentin komisyonçuya verdiyi obyektlərə mülkiyyət hüququ komisyon əqdi icra edilənədək komitentdə qalır.

Göründüyü kimi, komissiya müqaviləsi üzrə xüsusi tələblər mövcuddur:

  • malı satan malı götürüb satan şəxsdir (komisyonçu) və müqavilədə birbaşa malın sahibi (komitent) yazıla da bilər, yazılmaya da. Amma hər iki halda komisyonçu alğı-satqı müqaviləsində yazılmalıdır;
  • malları alan şəxs üçüncü şəxsdir;
  • malları satdığına görə komisyonçu muzd alır;
  • komisyonçu malları birbaşa öz adından və ya komitent adından satsa da, satış müqaviləsi üzrə öhdəliklər başa çatana kimi mülkiyyət komitentdə qalır.

Bunları sadə misallarla nəzərdən keçirək:

Misal: Tutaq ki, “AA” MMC komisyonçudur, “SS” MMC-dən komitentdən 10.000 manatlıq mal almışdır və bunu satan zaman 300 manat muzd (haqq) alacaqdır. “AA” MMC 10.000 manatlıq mal üzrə alğı-satqı müqaviləsi bağlamışdır və müqavilədə “SS” MMC malın sahibi kimi qeyd olunmuşdur. Müqavilədə komisyonçu özünün olduğu yazılmışdır. Eyni zamanda, “AA” MMC, “VV” MMC-dən 20.000 manatlıq mal almışdır, buna görə 1.000 manat muzd (haqq) alacaqdır. 20.000 manatın satış müqaviləsində isə birbaşa satıcı ilə özü yazılmışdır, komitentin adı qeyd edilməmişdir.

Göründüyü kimi, satqı müqaviləsində satan tərəf bir halda komitent, digər halda isə satıcı kimi görünür. Bunlar ayrı-ayrı olsalar da, əsas komissiya münasibətləridir və komitent ilə komisyonçu olduğuna görə üçtərəfli münasibətlər komissiya üzrə malların satışı kimi qəbul olunur.

İndi isə vergitutma məqsədləri üçün sənədləşmənin necə aparılmasına baxaq.

Vergitutma məqsədləri üçün Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixindən edilmiş dəyişikliyə görə malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi və agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-fakturaları təsdiq edilib. İndi komissiya münasibətləri bu sənədlər əsasında vergitutma məqsədləri üçün rəsmiləşdirilir.

Deməli, komitent malları komisyonçuya verəndə malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi üçün elektron qaimə-fakturasını təqdim etməlidir. Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi zamanı elektron qaimə-faktura vergitutma məqsədləri üçün təqdim edilmə sayılmır. Yəni malların mülkiyyəti komitentdə qaldığına görə bu zaman heç bir vergitutma obyekti yaranmır.

Bəs vergitutma nə vaxtı yaranır?

Mallar artıq komisyonçu tərəfindən alıcıya satılanda vergitutma obyekti formalaşır. Belə olanda iki sənədləşmə halı yaranır.

Yuxarıdakı misalımızda göstərilən birinci halda satış birbaşa komitentin adından baş verdiyinə görə komisyonçuya malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-fakturanı komitent təqdim edir, komisyonçu isə komitentə muzduna (haqqına görə) 300 manatlıq elektron qaimə-faktura verir. İkinci halda bunu komissiya münasibətləri kimi qiymətləndirmək olur və vergitutma məqsədləri üçün də yuxarıdakı sənədləşmələr əsasında rəsmiləşdirmə aparıldıqda bunu komissiya münasibətləri kimi qəbul etmək olur. Əgər rəsmiləşdirmə yuxarıda göstərdiyimiz sənədləşmə üzrə aparılmırsa, onda ikinci əməliyyat birbaşa alğı-satqı əməliyyatı kimi görünəcəkdir.

Deməli, vergitutma məqsədləri üzrə komissiya münasibətlərində sənədləşmə belədir:

  • komissiya müqaviləsi bağlanmalıdır;
  • mallar komisyonçuya təhvil veriləndə malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi elektron qaimə-faktura ilə komitent tərəfindən komisyonçuya verilməlidir;
  • mallar üzrə alğı-satqı müqaviləsində komisyonçu bilinməlidir;
  • malların satışı zamanı agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-faktura verilməlidir;
  • komisyonçu aldığı muzda (haqqa) görə elektron qaimə-fakturanı komitentə göndərməlidir;
  • komisyonçunun gəliri ancaq aldığı muzd sayılır.

Burada daha bir sual meydana çıxır: vergi orqanları səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri zamanı komitentə Məcəllənin 58.8.-ci maddəsi üzrə maliyyə sanksiyaları tətbiq edə bilərmi?

Bu barədə həmin maddədə göstərilən ifadəyə nəzər yetirməliyik: “…bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura … olmadıqda”.

Deməli, 58.8-ci maddə malların çatışmazlığına yox, sənədsiz gələn malları alan şəxsə tədbiq olunur. Yəni komitent vergi nəzarəti tədbirləri zamanı malları vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) təqdim etməklə məsələni həll etmiş olur. Komisyonçu da faktiki olaraq malları almadığına, beləliklə də malların mülkiyyətçisi olmadığına görə maliyyə sanksiyası tədbiq edilmir.

Vergi ödəyiciləri rəsmiləşdirmə zamanı bu məsələlərə diqqətlə yanaşmalıdırlar.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Komissiya münasibətləri, vergitutma