Tikintisi bərpa edilən binaya görə verginin hesablanması

posted in: Vergi, Xəbər | 0

verginin hesablanması, Vakansiya Mühasib KöməkçisiFiziki şəxs kimi uçota alınan vergi ödəyicisi 2014-cü ilin yanvar ayında bina tikintisinə başlayıb və sadələşdirilmiş vergini tam ödəyib. Lakin maddi çətinliklə əlaqədar tikinti dayandırılıb və binada heç bir satış həyata keçirilməyib. Hazırda binanın təmir işlərinə başlayaraq tikilən mənzilləri satmağa qərar verib. Bu zaman həmin fiziki şəxs vergiyə hansı qaydada cəlb olunacaq? (verginin hesablanması)

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən, bina tikintisi ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 2-ci maddəsində qeyd olunub ki, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində Vergilər Nazirliyinə öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır.

Odur ki, tikinti-quraşdırma işlərinə 2014-cü ildə başlanılmış binalar üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yeni metodla sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilir və hesablanmış vergi öhdəliyi (həmin binaya görə əvvəlki dövrlər üçün ödənilmiş sadələşdirilmiş vergi və ƏDV məbləğləri çıxıldıqdan sonra qalan məbləğ) bərabər hissələrlə 10 faiz həcmində olmaqla 2016-cı ilin 1-ci rübündən başlayaraq 10 rüb ərzində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

Qeyd olunan məsələyə dair əlavə məlumata ehtiyac yarandıqda müvafiq təsdiqedici sənədləri təqdim etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Vergilər Nazirliyinə müraciət edə bilərsiniz.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
verginin hesablanması, verginin hesablanması

QSC təsisçisinin ÖMV-dən azad olması hüquqi yoxsa fiziki şəxslərə aiddir?

posted in: Vergi, Xəbər | 0

Qeyri-rezident, ÖMV, məbləğ,vergi bəyannaməsi, təmir xərcləri, icarə ödənişləri,Sual: Sizə belə bir sualla müraciət edirəm: Bildiyimiz kimi VM-nin 102.1.22 maddəsinə əsasən QSC-in təsisçisinə ödədiyi dividend ödəmə mənbəyində tətbiq olunan vergidən 7 illik azad olunmuşdur. Xahiş edirəm izah edəsiniz, QSC-in təsisçisi əgər fiziki şəxs deyil, hüquqi şəxsdirsə, ona həmin güzəşt tətbiq olunurmu? (ÖMV)

Cavab: Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır.

Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur.

Hüquqi şəxslərə ödənilən dividend məbləği isə ümumi qaydada ödəmə mənbəyində vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci və 102.1.22-1-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
QSC, ÖMV

Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb

posted in: Xəbər | 0

gömrük, mal, idxal, dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükDövlət Gömrük Komitəsinin reyestrinə daxil olan bankların sayı 13-dən 10-a endirilib. (Dövlət Gömrük Komitəsi)

Məlumata görə, qurumun əməkdaşlığı dayandırdığı banklar “Bank Avrasiya”, “Bank BTB” və “Premium Bank” ASC-lərdir. Gömrük xidməti göstərməyə davam edən banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Adları çəkilən kredit təşkilatlarından ilk 6-da bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Gömrük Komitəsi

Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

posted in: Vergi, Xəbər | 1

ƏDV əvəzləşdirmələri, Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

Fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcının malın, ƏDV daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdi sahibkarın aldığı malların dəyərinin bir hissəsinin və ona mütənasib ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsində ƏDV-nin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxilində, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildiyindən, 5 fevral 2020-ci il tarixində ödənilmiş ƏDV məbləği fevral ayının ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV əvəzləşdirmələri, Malın alğı-satqısı