Maliyyə və mühasibatlıq sahəsində çalışmaq istəyən gənclər üçün Təcrübə Proqramı

Təcrübə Proqramı“Atəşgah Sığorta Şirkəti” maliyyə və mühasibatlıq sahəsində çalışmaq istəyən gənclər üçün 2 aylıq təcrübə proqramı elan edir!

Təcrübə müddətini uğurla başa vuran şəxslər işlə təmin olunmaq imkanı əldə edəcək.

Kim müraciət edə bilər?

  • 4-cü kurslar, magistrlar, eləcə də məzunlar
  • Ali İqtisadi Təhsil (Maliyyə, Mühasibat uçotu və audit üstünlük veriləcək)
  • MS Office proqramlarında (xüsusən excel) işləmək bacarığı
  • Mühasibat uçotu və audit barəsində güclü nəzəri bilikləri olan gənclər
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan gənclər
  • Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığına malik olanlar şəxslər.

Müraciət üçün son tarix 05.03.2020 – ci il.

Proqramda iştirak ilə maraqlanan tələbə və ya məzunlar CV’lərini /  -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təcrübə proqramı/maliyyə və mühasibatlıq ”qeyd etmələri xahiş olunur.

Mənbə: edumap.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təcrübə proqramı, maliyyə, mühasibatlıq

Turizm şirkətlərinə vergi güzəşti hansı şərtlərlə verilir?

posted in: Vergi, Xəbər | 0

Turizm şirkətlərinə vergi güzəşti hansı şərtlərlə verilir?


Qeyri-sahibkarlıqNeft şirkətlərinə xidmət göstərən turizm şirkətlərinin bir qismi 2019-cu ildən tətbiq edilən vergi güzəştlərindən yararlanır.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov sahibkarlarla görüşdə bildirib ki,

– neft şirkətlərinə və onların strukturunda fəaliyyət göstərən müəssisələrə xidmət göstərən müəssisələr;

– hüquqi şəxslər və ya fərdi sahibkarlar

subpodratçı statusu daşıyırlar.

Ona görə də turagentlərin göstərdiyi xidmətlər fərqlənir:

– “Turagentlərin neft sektorunda fəaliyyət göstərən müəssisələrə biletlərin və turpaketlərin satışının həyata keçirilməsi zamanı turagentlərdə çalışan işçilərin əməkhaqqından vergilərin güzəştli dərəcələrlə tutulması qaldırılan məsələlərdən biri idi.

Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilib. Həmin qərarda göstərilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələrə, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılara və əməliyyat şirkətlərinə göstərilən xidmətlər üzrə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə, xidmət göstərən şəxs neft sektoruna aid edilir”.

N.İmanovun sözlərinə görə, turagentlər neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aviabilet və turpaketlərin satışını agent qaydasında həyata keçirdiklərindən, turagentlər neft sektorunda fəaliyyət göstərən şəxslərə xidmət göstərmiş hesab edilmirlər. Bu halda turagentlər öz xidmətlərini komitentə göstərmiş hesab edilirlər. Bu səbəbdən, turagentlər tərəfindən çalışan işçilərə ödənilən muzdlu işdən gəlirlərdən Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun olaraq güzəştli dərəcələrlə vergi hesablanır.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
turizm, vergi güzəşti

İşsizlik müavinəti hansı hallarda və hansı meyarlarla verilir?

posted in: Xəbər | 1

işçi qüvvəsiÖlkəmizdə işsizliyin aradan qaldırılması sahəsində çoxlu məşğulluq tədbirləri görülür. Lakin bununla yanaşı, işsizlikdən əziyyət çəkən, peşə və ixtisasına uyğun iş tapa bilməyənlər də var. Dövlət Statistika Komitəsinin bu il yanvarın 1-nə olan məlumatına görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış 81,3 min nəfər işsiz var. Onlara ödənilən müavinət və işsizliyə görə sığorta ödənişi ilə əlaqədar sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev cavablandırıb. ( İşsizlik müavinəti)

– Cəmaləddin müəllim, İşsizlik müavinəti hansı hallarda və hansı meyarlarla verilir?

– “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq iş yerlərinin ləğvi və ya ixtisarı zamanı işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın ən azı üç il sığorta stajı olmalıdır və son 24 ayın 12 ayından çox işləyən vətəndaşlar müavinəti “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq müvafiq hissələrlə ala bilərlər. Həmin vətəndaş 3 ildən 5 ilədək sığorta olduqda orta aylıq əməkhaqqının 50, 5 ildən 10 ilə sığorta olduqda 55, həmin müddətdən çox olduqda isə 60 faizini ala bilər.

– Sığorta ödənişi nə deməkdir?

– Vətəndaşın işlədiyi dövrdə ən azı 3 il əmək stajı olmalıdır və həmin şərt ödənildikdə sığorta ödənişi baş vermiş olur. İşlədiyi 24 ayın 12 ayından çox işləmiş olduqda, ona tam sığorta ödənilir. Həmin şəxsin 18 yaşına çatmamış övladları varsa, 20 faizi keçməmək şərtilə hər uşağa 5 faiz sığorta stajı ödənilir. İşsizlikdən sığorta ödənişinin məbləği minimum əməkhaqqı məbləğindən çox olmamaqla ödənilir.

– İşsiz şəxs həmin ödənişi almaq üçün hara müraciət etməlidir?

– Hazırda işsizlikdən sığorta ödənişi baş verdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dərhal həmin vətəndaşın mobil telefonuna SMS göndərilir. Vətəndaşın mobil telefonu olmadıqda və ya SMS gəlmədikdə hər rayonda fəaliyyət göstərən məşğulluq mərkəzinə də müraciət etmək olar. Məşğulluq mərkəzinə üz tutan vətəndaşa sığorta hadisəsi ətraflı izah olunur və sığorta ödənişi növbəti ayın 1-dən ödənilir.

– İşsizliklə əlaqədar sığorta ödənişi üçün müraciət edənlərin sayı nə qədərdir?

– Ötən il sığorta hadisəsi baş verənlərin sayı 1.700 nəfərdən çox olub və onlara 2 milyon manata yaxın sığorta ödənişi verilib. Bundan başqa işsizlikdən sığorta fondu da fəaliyyət göstərir və burada aktiv məşğulluq tədbirləri aparılır. Yəni, işsiz vətəndaşlar üçün özünüməşğulluq proqramı, peşə hazırlığı həyata keçirilərək işsiz vətəndaşların yenidən əmək bazarına qayıtması üçün addımlar atılır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da mühasiblər nə qədər məvacib alır??

posted in: muhasibat, Məqalə, Xəbər | 1

ABŞ-da mühasiblər nə qədər əmək haqqı alır?? (emek)

Mühasiblər bütün ABŞ ərazisində böyük və kiçik biznesin dəstəklənməsində həyati əhəmiyyətli mühüm rol oynayırlar. Bu peşə universitet təhsili tələb edir, çünki yerinə yetirdikləri rol, onlardan biznesin götürdüyü, istifadə etdiyi və xərclədiyi dolların tam başa düşülməsini tələb edir.

Mühasibat uçotunun növündən asılı olaraq (özəl təşkilat, dövlət işi və ya qeyri-kommersiya təşkilatı) mühasibin illik əmək haqqı bir qədər fərqlənir. Bundan əlavə, mühasiblərin maaşları həmçinin ştatın iqtisadi vəziyyətindən asılı olaraq, ştatdan ştata fərqlənir. Əmək haqqınızın diapazonuna təsir göstərə bilən digər bir müəyyənedici amil isə sizin aldığınız təhsilin səviyyəsindən asılı olur. Yəni, səviyyə yüksəkdirsə, maaşlar da yüksək olur.

İstənilən dövlətdə hər hansı bir əmək haqqına iddia etmək üçün 2 təhsil tələbini yerinə yetirmək lazımdır. Öncə siz Associate of Accountancy (AA) üzrə dərəcə almalısınız, sonra isə mühasibat uçotu sahəsində bakalavr dərəcəsinə yiyələnməlisiniz. Sertifikatlaşdırılmış mühasib və ya CPA (Cost Per Action – ingiliscə fəaliyyət üçün haqq (əmək haqqı)) statusu əldə etmək üçün bakalavr dərəcəsinin olması əksər ştatlarda minimal tələb hesab olunur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Əmək statitikası bürosunun məlumatı
Statistika idarəsinin məlumatına görə, 2017-ci ilin may üçün müxtəlif təşkilatlarda və dövlət müəssisələrində 1,2 milyondan çox mühasiblər və auditorlar çalışıblar.

Onların məşğulluğu orta hesabla 1000 iş yerinə 8,706 təşkil edib. Bu da o deməkdir ki, mühasiblərin rolu müəssisələr üçün həyati əhəmiyyət daşıyır – şirkətlər, müəssisələr, təşkilatlar özlərinin maliyyə əməliyyatlarının aparılmasından ötrü işə mühasiblar komandası almaqda davam edəcəklər. Həmin müəssisələr bilirlər ki, özlərinin bank hesabalarına gələn pul axınını idarə etmək üçün onlara bunu yaxşı bilən mütəxəssislər lazımdır. Onlara eləcə də biznesin iş birliyində olduğu fondlarda gedən interpretasiyalar və baş verənlərin izahı üçün də ekspertlər gərəkdir. Həmçinin mühasiblər işlədikləri pulların haradan daxil olduğunu bilməli, həmin vəsaitlərin şirkətlərin mühasibatlıq kitablarına necə mədaxil və məxaric olunmasından xəbərdar olmalıdırlar.

Ümummilli məlumatlar dövlətin əmək haqqı dərəcələrinə təsir edir

Statistik məlumatlara görə, mühasibin bir saat üçün orta əmək haqqı 33,34 dollar təşkil edir; orta bir saatlıq əmək haqqı 37,46 dollar, orta illik əmək haqqı isə 77 920 dollar təşkil edir.

Yenə də bu zaman bir neçə müxtəlif amillərdən asılı olaraq həmin əmək haqqı ştatdan ştata fərqli olur. Məsələn, Kaliforniyada mühasiblər daha yüksək əmək haqqı ala bilərlər. Kiçik şəhərlərdə, qəsəbə və kəndlərdə isə onların məvacibi bundan aşağı ola bilər.

Bütün bunlara, yəni, müəyyən fərqlərə baxmayaraq, onların harda çalışmalarından asılı olmayaraq, mühasib əməyi çox mühümdür. Kiçik kənddə və ya iri şəhərdə çalışmalarına baxmayaraq, onların ixtisaslı biliklərinə bütün dünyada tələbat var.

Alabama ştatında mühasiblər və auditorlara tələbat daha yüksəkdir. Bu səbəbdən maaş da burada rəqabətlidir. Bu ştatda mütəxəssislərin əksəriyyəti il ərzində 60 000 dollardan yüksək əmək haqqı alır. Ən yüksək səviyyəli işçilər isə il ərzində hətta altı sıfırlı maaşlar da qazana bilirlər. Sözügedən ştatda ən yüksək əmək haqqı Hantsvildədir. Hazırda Alabama ştatında 1000 əməkdaşa 8 mühasib düşür, həmin rəqəm isə yerli hakimiyyət orqanı üçün bu maliyyə mütəxəssislərinin nə qədər vacib əhəmiyyət daşıdığını göstərir.

Şəhər üzrə orta illik əmək haqqı

Hantsvill – 68 810$

Birmnhem  – 66 090$

Columbus – 62 580$

Montgomery – 59 110$



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ABŞ-da mühasiblər, ABŞ-da mühasiblər, emek, emek