Read More9
Read More9

Amsterdam səyahətçilər üçün yeni vergi tətbiq edib

posted in: Vergi, Xəbər | 0

Amsterdam səyahətçilər üçün yeni vergi tətbiq edib

Yanvarın 1-dən Amsterdama (Niderlandın paytaxtı) səyahət edən turistlər hər gecə bu şəhərdə qalmağa görə 3 avro əlavə ödəniş etməli olacaqlar. Bu haqda The Telegraph nəşri məlumat verib.

Qeyd etmək lazımdır ki, yeni tətbiq olunan bu 3 avroluq ödəniş, indiyədək mövcud olmuş mənzillərin dəyərinin 7%-i həcmində vergiyə əlavə olaraq tətbiq olunub. Özlərinə qalmaq üçün Airbnb vasitəsilə yaşayış yeri seçən səyahətçilər şəhərdə gecələmək üçün 10% ödəməli olacaqlar. Bu hər gecə üçün ödənişi nəzərdə tutur.

Niderlandın Turizm Şurasının proqram sənədində deyildiyi kimi, yeni tədbirlər ziyarətçilərin axınına nəzarət etmək üçün çox vacibdir.

“Bu istiqaməti inkişaf etdirmək üçün onun menecmentliyi ilə məşğul olmaq zamanı gəlib çatıb” – mətnə bu sözlər də əlavə edilib.

Sözügedən nəşrin məlumatına görə, Niderlandın paytaxtı Amsterdam hər il 17 milyon nəfərdən çox turist qəbul edir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yeni vergi, səyahətçilər

Real sektora kredit qoyuluşu artıb

posted in: Xəbər | 0

Kredit Mütəxəssisi vakansiyaÖtən ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşunun ümumi həcmi 15.116,4 mln. manat olub. Bu, noyabrın 1-i ilə müqayisədə 4,6 faiz çoxdur. İlin əvvəlinə nisbətən real sektora kredit qoyuluşu 16,1 faiz, son 1 ildə isə 20,3 faiz artıb.

Qeyd edək ki, hesabat dövründə sahələr üzrə ən çox kredit qoyuluşu ev təsərrüfatlarına (6.814,6 mln. manat), ticarət və xidmət sektoruna (2.339,5 mln. manat) və daşınmaz əmlakın tikintisi və alınmasına (1.971,5 mln. manat) ayrılıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kredit qoyuluşu

Təsis paylarının yüklülüyü barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Təsis paylarının yüklülüyü barədə arayışın verilməsi; (təsis payı)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Naxçıvan MR VN-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Təsis paylarının yüklü olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Təsis paylarının yüklülüyü, təsis payı

Yeni nəsil kassalara ödənilən vəsaitlər vergilərlə əvəzlənəcək

posted in: Xəbər | 0

                           Yeni nəsil kassalara ödənilən vəsait vergilərlə əvəzlənəcək (Yeni nəsil kassa)

POS-terminal, Nəzarət-kassa elektron kassa çekiBu ildən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub. Bu məqam Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə prezidentinin fərmanına əsasən, Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır.

Bu dəyişikliklə bağlı Vergilər Nazirliyinin şərhinə əsasən, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilib. Həmin qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının qrafikdə müəyyən edilən müddətədək istifadə edilməsi, qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının yeni nəsil nəzarət-kassa aparatları ilə əvəz edilməsi nəzərdə tutulub.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılan, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.

Məsələn: Fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir. Marketində istismarda olan 1 ədəd nəzarət kassa-aparatını 10 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan yeni nəsil nəzarət kassa-aparatları ilə əvəz edir və köhnə nəzarət kassa-aparatını qeydiyyatdan çıxarır. Bu halda, 10 yanvar 2020-ci il tarixdə quraşdırılmış yeni nəzarət-kassa aparatı köhnə nəzarət kassa-aparatını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan həmin nəzarət-kassa aparatının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Beləliklə, Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri 1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yeni nəsil kassa, Yeni nəsil kassa. vəsait, vəsait,
error: Content is protected !!