28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim etməliyikmi?
Cəmiyyətimiz topdansatış fəaliyyəti ilə məşğuldur və ƏDV ödəyicisidir. 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-faktura təqdim edilməyib. Məlum olduğu kimi, yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən etibarən malların satışına görə yalnız elektron qaimə-faktura verilir.
Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-faktura təqdim etməliyikmi?
1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunur. 2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir.
Belə ki, qanunvericiliyə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020-ci ilədək mövcud olan qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektron qaimə-faktura əsasında təqdim edilmiş mallara görə malların alıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsi, 71-1-ci, 175.1-ci maddələr və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu , 2.1-ci maddə.
Mənbə: taxes.gov.az

Yeni ildə baş mühasibə nə hədiyyə etmək olar: hədiyyələrin top səkkizliyi
Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?
Riskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi, habelə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kompleks tədbirlərin görülməsi məqsədilə Vergi Məcəlləsinə müəyyən dəyişikliklər edilib. Dəyişikliklər əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin benefisiar (faydalanan) şəxsin üzərinə qoyulması, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunan sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməməsi, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsini, eləcə də riskli vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi ilə bağlı hüquqi bazanın yaradılmasını nəzərdə tutur.