fbpx

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sabit vergi,gəlir vergisi, müxtəlif ölkələrdə vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Nəticə etibarı ilə, Roma hərbi əməliyyatları genişləndirdikdə, çoxlu maliyyələşmə tələb olunurdu və romalılar yeni vergi – hərbi vergi tətbiq edirdilər.

Hər beş ildən bir hər bir vətəndaş – varlı və ya kasıb olmasından asılı olmayaraq əmlakı barədə bəyannamə təqdim etməli idi (bəyannamədə səhih olmayan məlumat yer alardısa və ya ümumiyyətlə, bəyannamənin özü təqdim olunmayanda, həmin şəxsin əmlakı əlindən alınır, bəzi hallarda isə həmin şəxs özü də qul kimi satılırdı).

Vergi vahid stavka üzrə (1%) tutulurdu, lakin, varlı romalılar əslində daha çox vergi ödəyirdilər, belə ki, zərgərliyə aid zinət əşyalarına görə vergi məqsədləri üçün ödənişlər 10% yüksəlirdi.

Siseron qeyd edirdi: “nəhayətsiz müharibələr Roma xəzinəsinin boşalmasına gətirib çıxaranda, əmlaka görə yeni verginin tətbiqinə əl atılırdı. Bu ədalətsiz yanaşma idi və hər şey elə təşkil olunmalı idi ki, bu bir daha təkrar olunmasın. Əgər hakimiyyət öz vətəndaşlarına bunun dövlətin mövcudluğu üçün vacib olduğunu izah belə etmirdisə, deməli, vətəndaşların da inciməyə haqqı çatırdı”.

Qeyd etmək lazımdır ki, e.ə. II əsrin ortalarında həmin vergi ədalətsiz olduğuna görə ləğv edilmədi. Ona görə ləğv olundu ki, işğal edilən torpaqlar artıq Roma əyalətləri hesab olunurdu və onlar legionları özləri saxlaya bilirdilər.

Kral payı

Orta əsrlər və yeni dövr vergi yeniliklərinin nümunəsi oldu. 1449-cu ildə Böyük Britaniyada gəlir vergisi tətbiqinə cəhd olundu – amma, bu vergi üsyanlarına gətirib çıxardı və kral həmin vergini ləğv etdi.

1472-ci ildə Fransada müharibənin maliyyələşdirilməsi üçün ikinci dəfə gəlir vergisinin təbiqinə cəhd olundu. Bu da uğursuzluqla nəticələndi. 1641-ci ildə yeni sistem tətbiq olundu, buna görə zadəganlar yastıq vergisi, qeyri-zadəganlar isə – gəlir vergisi ödəyirdilər.

1698-ci ildə gəlir vergisi aradan qaldırıldı (qeyd edək ki, artıq bizim dövrdə Margaret Tetçer Böyük Britaniyada yastıq vergisini tətbiq etməyə cəhd etdi və bu, onun istefası ilə nəticələndi).

1799-cu ildə Böyük Britaniyada yenidən 10% dərəcə ilə gəlir vergisi tətbiq olunmuşdu – bu dəfə Napoleonla bu, müharibənin maliyyələşdirilməsi məqsədi daşıyırdı. Həmin vergi müvəqqəti tətbiq olunduğundan 1816-cı ildə ləğv edildi.

Lakin, 1842-ci ildə dövlət maliyyəsini balanslaşdırmaq məqsədilə həmin vergi yenidən bərpa olundu və o, daimi xarakter daşımağa başladı ki, bu da Böyük Britaniya və eləcə də bütün dünya üçün vergi islahatları sahəsində bir inqilab hesab olundu (1894-cü ildə gəlir vergisi ABŞ-da tətbiq olundu və onu ödəmək üçün böyük növbələr düzülürdü).

1890-cı illər vergi nöqteyi-nəzərincə yeniliklərlə zəngin oldu. 1894-cü ildə Böyük Britaniyada mirasa görə mütərəqqi vergi tətbiq olunmağa başladı. Çox tezliklə bütün dünyada mütərəqqi gəlir vergisi tətbiq olundu.

1916-cı ildə ABŞ-da gəlir vergisinin yuxarı həddi 7%-dən 15%-ə qaldırıldı. 1917-ci ildə isə bu hədd 67%-ə yüksəldi. Bu sistem üzrə vergi ödəyicilərinin ruh yüksəkliyi əhəmiyyətli şəkildə azaldı.

1915-ci ilin yekunlarına görə maksimal vergi 7% təşkil edəndə, gəlirləri 1 milyon dolları ötən 206 nəfər amerikalı vergi bəyannaməsi təqdim etmişdi. 1921-ci ilin yekunlarına görə vergi 77% təşkil edəndə, belə bəyannamələrin sayı cəmi 21 ədəd olmuşdu.


3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər, Müxtəlif ölkələrdə vergilər
Print Friendly, PDF & Email
error: Content is protected !!