Read More9
Read More9

Dövlət qulluğuna qəbul üzrə Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət rüsumu, müqavilə, təsisçi, direktor, boşalan iş yeri, gömrük məcəlləsi, gomruk mecellesi,işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əmək“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Dövlət qulluğu)

“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482, № 10, maddə 1906, № 11, maddə 2177; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə – “Dövlət qulluğu üzrə müraciət Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. Fərdi identifikasiya nömrəsi (FİN) ____________”.

2. 14-cü hissə ləğv edilsin.

3. 16-cı hissəyə “qayınananız” sözündən sonra “qayınlarınız, baldızlarınız” sözləri, “Doğulduğu tarix” sözlərindən sonra “(gün, ay, il)” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                   Əli Əsədov

Mənbə: cabmin.gov.az



Vergi-gömrük islahatları nəticəsində büdcəyə 1 milyard manatdan çox vəsait daxil olub

posted in: Xəbər | 0

orta aylıq maaş, orta aylıq əmək haqqı, orta aylıq nominal əmək haqqı“Bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard dollarlıq müsbət saldo yaranıb”. (büdcə)

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

V.Qasımlı əlavə edib ki, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir.

“2019-cu ildə inflyasiya 2,6% olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16% artıb”, -deyə, o, bildirib.

Onun sözlərinə görə, vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib.

Qeyd edək ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6%-lik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11% artıb”.

Mənbə: report.az



“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiqlənib

posted in: Xəbər | 0

idxal gömrük rüsumuPrezident İlham Əliyev “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilib.

Eyni zamanda Nazirlər Kabineti dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını 15 gün müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu fərmanın birinci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli

vəsaitlərin ödənilməsi QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasında dövlət adından yaradılan və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün təyinatlı tədbirlər dedikdə dövlət sifarişi əsasında publik hüquqi şəxslərin nizamnamələrinə uyğun olaraq həyata keçirdikləri işlər, layihələr, xidmətlər, proqramlar və s. başa düşülür.

1.3. Publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin (bundan sonra – vəsaitlər) yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Vəsaitlərin publik hüquqi şəxslər üzrə bölgüsünü Azərbaycan Respublikası Prezidentinin hər ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunlarının tətbiqi barədə fərmanları ilə müəyyən edilmiş orqan (qurum) həyata keçirir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “Publik hüquqi şəxslər haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarında, habelə digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

2. Publik hüquqi şəxslərə vəsaitlərin ödənilməsi

2.1. Vəsaitlərin ödənilməsi üçün dövlət orqanının (qurumun) tabeliyində yaradılan publik hüquqi şəxslə onun tabe olduğu orqan (qurum) arasında, belə orqan (qurum) olmadıqda isə bilavasitə publik hüquqi şəxslə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, vəsaitlərin publik hüquqi şəxslər üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq bölgüsü aparıldığı tarixdən 15 iş günü müddətində müqavilə bağlanılır.

2.2. Vəsaitlərin ödənilməsi şərtləri bu Qaydaya uyğun olaraq bağlanmış müqavilə əsasında müəyyənləşdirilir. Həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nümunəvi formaya uyğun tərtib olunur.

2.3. Müqavilədə aşağıdakı məsələlər əks etdirilir:

2.3.1. müqavilənin predmeti;

2.3.2. tərəflərin hüquq və öhdəlikləri, o cümlədən publik hüquqi şəxsin həyata keçirəcəyi təyinatlı tədbirlərin dairəsi;

2.3.3. publik hüquqi şəxsin dövlət büdcəsindən ayrılan vəsaitdən istifadəsi barədə hesabatlılığın forması;

2.3.4. tərəflərin məsuliyyəti və onların qarşılıqlı razılığı əsasında digər şərtlər.

2.5. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

2.6. Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni publik hüquqi şəxsin və ya publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında, rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparır və maliyyələşdirilmiş vəsait müqavilə əsasında publik hüquqi şəxsin bank hesabına köçürülür.

2.8. Publik hüquqi şəxslərin dövlət büdcəsi hesabına müqavilə əsasında həyata keçirdikləri tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır.

2.9. Ödənilmiş vəsaitlər publik hüquqi şəxslər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.

3. Publik hüquqi şəxslərə ödənilmiş vəsaitlərin istifadəsinə nəzarət və hesabat

3.1. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

3.2. Publik hüquqi şəxslər alınan vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib və təqdim edirlər.

Mənbə: report.az



Hüquqi şəxslərin dövlət reyestri ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Hüquqi şəxslərin dövlət reyestri, Hüquqi şəxs)

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1641-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 22 iyul tarixli 1337 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879; 2018, № 7 (II kitab), maddə 1663; 2019, № 4, maddə 764, № 6, maddə 1161) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3.1-ci yarımbəndə “yenidən təşkili,” sözlərindən sonra “məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi,” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3.1.8-1-ci və 3.1.10-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat;

3.1.10-1. hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;”;

1.3. 4.10-cu bəndə “L) ləğv edilməsi;” yarımbəndindən sonra “CM) qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; CQ) hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;” yarımbəndi əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestr kitabı”nın və “Qeyrikommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın I hissələrinin 2-ci sütunlarında “LP” yarımbəndindən sonra aşağıdakı məzmunda yarımbəndlər əlavə edilsin:

“CM) qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat

CQ) hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar”.

Azərbaycan Respublikasının
Baş Naziri              Əli Əsədov



error: Content is protected !!