2020-ci ilin istehsalat təqvimi təsdiqləndi!

posted in: Xəbər | 0

2020-ci ilin istehsalat təqvimi təsdiqləndi!


 

Faylı yükləyin: 2020-ci il üzrə istehsalat təqvimi

                                 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarı

16 dekabr 2019-cu il

№ 1905000056

2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən tam iş vaxtı normasının müəyyən edilməsi və iş vaxtının cəmlənmiş uçotunun və digər iş rejimlərinin tətbiqində istifadə məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

qərara alır:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü və 5-ci  hissələrinin, eləcə də iş və istirahət vaxtı ilə bağlı digər maddələrinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli   712s nömrəli Sərəncamını və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarını nəzərə alaraq “2020-ci il üçün iş vaxtının norması” və “2020-ci ilin istehsalat təqvimi” təsdiq edilsin (əlavə olunur).

2. İctimaiyyətlə əlaqələr şöbəsinə (F.Talıbova) tapşırılsın ki, qərar qəbul edildiyi gündən “2020-ci il üçün iş vaxtının norması”nın və “2020-ci ilin istehsalat təqvimi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

  Kollegiyanın sədri  Sahil  Babayev

 

2020-ci il üçün iş vaxtının norması

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar Yeni il bayramı;
20 Yanvar Ümumxalq Hüzn günü;
8  Mart Qadınlar günü;
20, 21, 22, 23, 24   mart Novruz bayramı;
9 May Faşizm üzərində Qələbə günü;
24,25 may Ramazan  bayramı;
28 May Respublika günü;
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş  günü;
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;
31 iyul,1 avqust Qurban bayramı;
9  Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 Dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və  “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.

2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

“Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli  Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə  əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq hüzn günü vardır (241+112+18+1-6= 366).

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2020-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235×8 + 6×7 = 1922 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq  tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat  (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2020-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı təlim keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi, vergi mecellesi, təlim,“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. Bu məqsədlə, dəyişikliklərin izahı məqsədi ilə “Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı Qanun Layihəsi və dəyişikliklərin praktiki tətbiqi” adlı təlim-seminar təşkil olunacaqdır.

Nəzərdə tutulan seminar Baş mühasib, mühasib, mühasib köməkçiləri, Sahibkarlar, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Təlimçi Dövlət Neft Şirkətinin ən böyük qurumlarında Vergilər üzrə rəhbər vəzifədə çalışmış, hazırda Dövlət Neft Şirkətinin Vergilər şöbəsinin rəis müavini vəzifəsində çalışan, CİMA (CİMA CO1-CO5, P1,F1,E1,P2,F2) , DipİFR rus, DipİFR az imtahanlarını müvəffəqiyyətlə vermiş, Vergi üzrə AR Auditorlar palatasının sertifikatı və digər bu kimi sertifikatları müvəffiyyətlə əldə etmiş Azər Qəmbərovdur. 

Vergi uçotu üzrə 10 ildən çox təlim təcrübəsi olan Azər Qəmbərov həmçinin Vergi uçotu, vergi hesabatlarının təqdimatı, hesabatların yoxlanılması və auditi üzrə çoxillik təcrübəyə malikdir. Belə ki, o Mənfəət vergisinin SAP ERP sistemi üzrə avtomatlaşdırılması əsasında vergi uçotu üzrə layihənin (SL modulu) rəhbəri olmuşdur. Həmçinin Vergi qanunvericiliyinin tətbiqinə dair 30-dan artıq elmi məqalənin müəllifidir.

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:
  • Yeni Anlayışlar
  • Ləğvetmələr
  • Vergi ödəyicisinin yeni vəzifələri və uçot qaydaları
  • Elektron Qaimə-Fakturaları Növləri
  • E- Qaimə Fakturalarının təqdimetmə vaxtları
  • Elektron Alış Aktları
  • Vergi Nəzarəti və Maliyyə sanksiyaları
  • Vergi Yoxlama dövrü və Ümidsiz Borcların Silinməsi vaxtı üzrə Yeniliklər
  • Mənfəət və Gəlir vergisi üzrə azadolmalar
  • Bina tikintisi fəaliyyəti üzrə gəlir və xərclərin uçotunun aparılması
  • Ödəmə mənbəyində vergi bəyannamələrinin təqdim edilmə vaxtı
  • ƏDV üzrə vergi tutulan dövriyyənin və büdcədən əvəzləşmələrin müəyyən edilmsi vaxtı və azadolmalar
  • Aksiz vergisi üzrə dəyişikliklər
  • Sadələşdirilmiş vergi üzrədəyişikliklər və azadolmalar
  • Keçid müddəaları.

Təlimin müddəti:                     4 saat

İştirakçı sayı:                           18-20

Təlimin Keçirilmə yeri:           Caspian Plaza

Təlim Materialları:                   İştirakçılar elektron təlim materialları ilə təmin olunurlar

Təlimə dair əlaqə üçün:

Telefon: (+994) 12 310 09 29

Mobil:    (+994) 50 225 81 05

Email: 

Veb səhifə: www.muhasibat.az


2020-ci il üçün yaşayış minimumu təsdiqlənib

posted in: Xəbər | 0

2020-ci il üçün yaşayış minimumu, Vergi Məcəlləsinə dəyişikliklər, Sığorta fəaliyyəti, Miqrasiya məcəlləsi Mühasibat Uçotu Milli Məclis Əcnəbilərə güzəşt dövlət rüsumuAzərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
2020-ci il üçün yaşayış minimumu

2020-ci il dövlət büdcəsini təsdiqlənib

posted in: Xəbər | 0

2020-ci il dövlət büdcəsi təsdiq olunub

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun imzalayıb

Qanuna əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 336,95 milyon manat, yerli gəlirləri 797 milyon 550 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 44 milyon 596 min manat, yerli xərcləri 850 milyon 104 min manat) məbləğində təsdiq edilib.


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
2020-ci il dövlət büdcəsi,