Read More9
Read More9

Vakansiya: Mühasib – Baku Tours MMC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

vakansiya mühasib,Əmək haqqı hesablanması üzrə mütəxəssisVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Baku Tours MMC.

İş barədə məlumat

– İş saatı : 09:00-dan 18:00-dək

– İş rejimi: Həftənin 6 günü; istirahət günü – bazar

– İş yeri: Bakı şəhəri

– Mühasibatlıq modulu üzrə baş vermiş əməliyyatların 1C 8.3 versiyasında işlənilməsi

– Alış və satışa aid əməliyyatlar (müqavilə, e-vhf, e-qaimə, təhvil qəbul aktı və s. hazırlanması)

– Yerli və xarici ödənişlərin həyata keçirilməsi (internet bankçılıq və ya ödəniş tapşırığı vasitəsilə)

– Əmək haqqı hesablanması

– Vergi hesabatlarının hazırlanması

– Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması

– Statistika hesabatlarının hazırlanması

– Online kargüzarlıqda işlərin görülməsi (məktublar, şəhadətnamə dublikat, obyekt qeydiyyatı və s.)

Namizədə tələblər

– Ali təhsil (müvafiq sahəyə uyğun)

– Maliyyə və mühasibat sahəsi üzrə ən az 3 il iş təcrübəsi

– Vergi və əmək qanunvericilik

– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan

– Komandada işləmək bacarığına malik olması

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibədə dəqiqləşdirləcək.

Uyğun nanmizədlər başlıq Mühasib qeyd etməklə öz CV-nizi / elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az


2020-ci ildə işəgötürənin işçilərə görə ödənişləri necə olacaq?

posted in: Xəbər | 3

Mühasibat uçotu, verginin hesablanmasıBu yazımızda ilk dəfə olaraq əvvəlcədən 2020-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.(işəgötürən,işçi,ödəniş)

2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2020-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

– məcburi dövlət sosial sığorta haqqı

– işsizlikdən sığorta haqqı

– icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində

– özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1%-i, (2021-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində

Göstərilənləri nəzərə alaraq 2020-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 1%

44+7.5+1.25+2.5=55.25 AZN

İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 55.25 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manata görə 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 80+0.5=80.5

44+1185+40.5+80.5=1350 AZN

İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1350 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

55+6.25= 61.25 AZN

İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100.manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Xatırladaq ki, bu hesablama hazırda qüvvədə olan qanunvericilik və Milli Məclisdə baxışda olan “Tibbi sığorta haqqında” Qanun əsas götürülməklə həyata keçirilib.

Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Ölkə xaricinə təmir üçün ödədiyimiz vəsait ÖMV və ƏDV-yə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

Ölkə xaricinə təmir üçün ödədiyimiz vəsait ÖMV və ƏDV-yə cəlb edilir?

Əsas vəsaitlər, MMC-nin satılması,Sual: Rezident A müəssisəsi özünə məxsus avadanlığı qeyri-rezident B müəssisəsində təmir etdirir. Təmirin (xidmətin) həyata keçirildiyi yer Azərbaycan Respublikasının ərazisi deyil.

Sual belədir; Təmir üçün B müəssisəsinə vəsait ödəyən A müəssisəsi B müəssisəsinə ödədiyi vəsaitdən ödəmə mənbəyindən vergi tutmalıdırmı?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və bu gəliri ödəyən rezident şəxs tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Qeyd edilən xidmətə görə qeyri-rezidentə ödənilən məbləğ ƏDV-yə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci maddələri.

Mənbə: taxes.gov.az



Təsisçi müəssisədəki təsis payını tam olaraq bağışlayarsa hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Sual: Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisənin nizamnamə kapitalında 100% paya malik olan təsisçi kommersiya fəaliyyətində istifadə olunması məqsədilə özünə məxsus olan maşın və avadanlıqları əvəzsiz olaraq həmin müəssisəyə verib və bu əmlak bazar qiymətlərinə əsasən müəssisə tərəfindən qiymətləndirilərək mədaxil olunub və qanunvericiliyə müvafiq olaraq əmlak vergisinə cəlb edilib. Bilmək istərdim ki, hal-hazırda təsisçi müəssisədəki təsis payını tam olaraq öz oğluna bağışlayarsa buna görə təsisçinin və müəssisənin hansısa vergi öhdəliyi yaranırmı? (vergi öhdəlikləri)

Ümumiyyətlə təsis payının atadan oğula bağışlanması və bununla əlaqədar olaraq müəssisənin təsis sənədlərində müvafiq dəyişikliklərin edilməsi üçün hansı sənədlər hazırlanmalıdır və hansı orqanlara müraciət olunmalıdır?

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən hüquqi şəxsin nizamnamə kapitalında 100 faiz paya malik olan təsisçi fiziki şəxsin iştirak payını öz ailə üzvünə bağışlaması zamanı iştirak payının tam dəyəri gəlir vergisindən azaddır.

Eyni zamanda, təsisçi fiziki şəxs tərəfindən hüquqi şəxsdəki iştirak payı ailə üzvünə bağışlanarkən bağışlama müqaviləsinin bağlandığı tarixə aktivlərin bazar qiyməti ilə iştirak payının nizamnamə kapitalındakı nominal dəyəri arasındakı fərq təsisçi fiziki şəxsin vergi tutulan gəlirlərinə aid edilərək Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Bunlarla yanaşı, vergi qanunvericiliyinə əsasən cəmiyyətin 100 faiz paya malik olan tək təsisçisi tərəfindən iştirak payının ailə üzvünə bağışlanması zamanı cəmiyyətin vergi öhdəliyi yaranmır.



“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.7-ci, 96.1-ci, 101.2-ci, 102.1.3.2-ci, 142.1-ci və 143-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununu.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təsisçi, vergi öhdəlikləri,
error: Content is protected !!