Read More9
Read More9

Milli məclisə növbədənkənar seçkilərin təyin edilməsi vaxtı təyin edildi

posted in: Xəbər | 0

yaşayış minimumu, dövlət büdcəsi, ehtiyac meyarı, yaşayış minimumu,miqrasiya məcəlləsi, miqrasiya mecellesi, İşsizlikdən sığorta, mühasibat uçotu əmək məcəlləsi cərimələr rüsumlar Pos-terminallar İşsizlikdən Sığorta vergiPrezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin”.

Mənbə: report.az



Mühasibat uçotu: təşəkkül və inkişafı (8-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotuMühasibat uçotu: təşəkkülü, inkişafı və təşkilatların idarə olunmasında onun müasir rolu (8-ci hissə)

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Besta mühasibat uçotuna iqtisadi (təsərrüfat) nəzarət vasitəsi kimi baxırdı. Hesab edirdi ki, mühasibat uçotu dəyərlərin hərəkətini öyrənir və bu təsərrüfat agentlərinin rəhbərliyi, idarə edilməsi və nəzarəti ilə bağlıdır. Besta da D. Rossi kimi, nəzarəti ilkin, cari və növbəti hissələrə ayırırdı. Hal-hazırda nəzarət növlərinin oxşar təsnifatından istifadə olunur. Bundan başqa, Besta hesablama formalarının dörd sistemini ayırıb:

1) əmlakın uçotunun əsasını təşkil edən patrimonial;

2) əsasında smeta duran maliyyə;

3) saxlama üçün alınmış başqasının əmlakının uçotunu daxil edən depozit;

4) müqavilə, müqavilələrdən irəli gələn öhdəlikləri və onların yerinə yetirilməsini nəzərə almaq üçün nəzərdə tutulmuşdur.

Besta, hesabların təsnifatını aşağıdakı xüsusiyyətlərə görə hazırlamışdı:

1) registr üzrə (kitab və kartoçka üzrə);

2) qeydiyyatın xarakterinə görə (sadə və ya ikili);

3) hesablarda qeydlərin yerinə yetirilməsi üsulu (əməliyyatın mətnini əks etdirən təsviri və sinoptik, yazının xarakteri onun yeri və rekvizitləri ilə müəyyən edilmişdir).

Bestanın təklif etdiyi sinoptik uçot qeydiyyatı təsnifatda öz növbəsində sadə xronoloji və sistematik qeydləri birləşdirən sadə sinoptik və sinxronikalara bölünür. Əsas etibarilə, Bestanın elmi tədqiqatları mühasibat uçotunun müasir formalarının formalaşdırılmasının əsasını təşkil etmişdir: jurnal-orderia, memorial-orderia və bir-birindən istifadə olunan uçot registrlərinin tərkibinə görə fərqlənən digər formalar və bütün hərəkət üzrə uçot-analitik informasiyanın hərəkətinin ardıcıllığı: ilkin sənədlərdən mühasibat hesabatlarınadək.

Dzappanın elmi nəzəriyyəsinə əsasən:

1) balansa yerləşdirilmiş obyekt öz-özlüyündə götürüləndən daha informativdir. Yəni, balans elementlər arasında informasiya əlaqələrini əks etdirir;

2) aktiv müəssisənin vəsaitləri deyil, mənfəət əldə etmək üçün nəzərdə tutulmuş ehtiyatlar, yəni, iqtisadi səmərənin əldə edilməsi gözlənilməyən əmlak aktiv deyil və balansa daxil edilə bilməz. Mənfəət və zərər haqqında hesabatda əks olunmalıdır.

Qeyd etmək lazımdır ki, italyan alimi Cino Dzappa tərəfindən əldə edilmiş nəticələrin unikallığı, əslində, ilk dəfə sistemin ən əhəmiyyətli xüsusiyyətlərindən birini təsvir edərək, balansın öyrənilməsinə sistemli yanaşma tətbiq etməkdən ibarətdir.

1950-ci ildən bu günə qədər olan dövrü əhatə edən və “müasir” adını almış mühasibat uçotunun inkişafının altıncı tarixi mərhələsi tətbiqi iqtisad elmində “mühasibat uçotu” və “mühasibat hesabatı” sistemində kəmiyyət dəyişikliklərinin daha da toplanması ilə səciyyələnir. Qeyd olunan mərhələdə mühasibat uçotu nəzəriyyəsinin və metodologiyasının daha da inkişaf etdirilməsi, mühasibat uçotunun analitik informasiya ilə təmin edilməsinin inkişaf etdirilməsi, yeni informasiya texnologiyalarının, mühasibat uçotu proqramlarının (1C-Mühasibatlıq, Best, Galaxy və s.) və idarəetmə uçotu proqramlarının (SAP, AXART, ORACLE və s.) inkişaf etdirilməsi və tətbiqi davam etdirilir.

Beləliklə, iqtisadi inkişafın müasir mərhələsində Mühasibat uçotu bir tərəfdən digər iqtisadi elmlərlə, məsələn, siyasi iqtisadiyyat, makro – və mikroiqtisadiyyatla, nəzəri və metodoloji əsasları olan iqtisadi elm kimi formalaşmışdır. Təşkilatın iqtisadiyyatının idarə edilməsi sistemində mühasibat uçotunun müasir rolu da qəti şəkildə müəyyən edilmişdir.

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
“Mühasibat, Audit və Kadr Xidmətləri“ üçün linkə daxil olun.
Mühasibat uçotu

Qızıl və zərgərlik məhsullarının satışı ilə məşğul olanların vergi mükəlləfiyyəti

posted in: Vergi, Xəbər | 0

zinət əşyalarıSual: Fərdi sahibkar kimi mərkəzi univermaqda qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğulam. Sadələşdirilmiş vergi ödəyicisi olaraq hasilatdan 2 faiz vergi ödəyə bilərəmmi? (vergi mükəlləfiyyəti)

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Qeyd olunanlara əsasən, qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi uçota alınır.

Əsas: Vergi Məcəlləsi, 218.5.11-ci maddə.

Mənbə: vergiler.az



vergi mükəlləfiyyəti,

Bu məhsulun idxalı üçün aşağı rüsum həddinin vaxtı uzadılıb

posted in: Xəbər | 0

İdxal ixrac əməliyyatları, gömrükNazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. (rüsum)

Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır.

Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətini sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.

Mənbə: apa.az



error: Content is protected !!