Yaxın vaxtlarda Azərbaycanda peşə standartlarının normativ bazası təsdiqlənəcək

posted in: Xəbər | 0

Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıq“Yaxın vaxtlarda Baş Nazir tərəfindən peşə standartlarının normativ bazası ilə bağlı layihənin təsdiq ediləcəyi gözlənilir”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib. (peşə standartları)

Onun sözlərinə görə, peşə standartlarının tətbiqi həddindən artıq vacibdir: “Peşə standartları insanın müəyyən bir sahə üzrə minimum bilik və bacarıqlarını özündə əks etdirir. Əminik ki, yeni standartların tətbiqi əmək məhsuldarlığının artmasına təsir edəcək. Yəni insanlar öz işlərini daha səmərəli görəcəklər, işəgötürənlər öz işçilərini daha yaxşı qiymətləndirəcəklər”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
peşə standartları

Vakansiya: Mühasib – Resant Group

posted in: Mühasib, Vakansiya, Xəbər | 1

Vakansiya MühasibVakansiya: Mühasib tələb olunur

İşəgötürən: Resant Group.

İş barədə məlumat

– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatında əks etdirmək;

– Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirtmək;

– Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar icra etmək;

– Müştəri hesablaşmaları üzrə əməliyyatları icra etmək;

– Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;

– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatını aparmaq, gün ərzində kassaya daxil olan nağd pulları qəbul etmək;

– İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib etmək;

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi

– Aylıq hesabatlarınin tərtib edilməsi;

– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;

– İşçilərə maaşların və bonusların hesablanması

– Anbar sənədlərinin yoxlanılması və qəbul edilməsi

– Günlük satış əməliyyatlarının müvafiq qeydiyyatlarının aparılması

– Əmək haqqı; 800-1000 manat

– 5 gün tam iş günü 6 – cı gün yarım iş günü.

Namizədə tələblər

– Ali iqtisadi təhsil;

– Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

– Təşkilati, analitik və idarə etmə bacarıqlar;

– Qida və yeyinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək

– 1C və ya İiko proqramla işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini  / elektron ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasib, vakansiya

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edildi

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edildi

dövlət reyestrinin aparılması hüquqi

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.5.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“AR vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 oktyabr tarixli 430 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilsin.
  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

2.1. “222900. “Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222940. Əməyin mühafizəsi xərcləri” sözləri “222950. Əməyin mühafizəsi xərcləri”, “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilsin;

2.2. “222950. “Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə edilsin: “222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.”;

2.3. “222990 “Sair xərclər” maddəsinə “dinləyicilərin” sözündən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri             Əli Əsədov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vahid büdcə təsnifatı

Qəza nəticəsində yararsız hala düşmüş avtomobilə görə alınan sığorta məbləği vergiyə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Müəssisə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyidir və mənfəət vergisi ödəyicisidir. Müəssisənin balansında olan avtonəqliyyat vasitəsi qəza nəticəsində istismara yararsız hala düşmüşdür. Qəza nəticəsində avtomobili sığorta edən şirkət avtomobilin dəyərinin müəyyən qismini müəssisəyə ödəyir. Qəzalı vəziyyətdə olan avtomobili isə müəssisə digər bir müəssisəyə satır. (sığorta məbləği)

Nəticədə qəzalı olan avtomobilə görə sığorta sirkətinin ödədiyi sığorta haqqı və avtomobili alan şəxsin ödədiyi məbləğlərin cəmi nəqliyyat vasitəsinin mühasibat sənədlərində qalıq dəyəri məbləğindən artıq olur. Vergi qanunvericiliyinə əsasən bütün bu əməliyyatlar nəticəsində müəssisənin vergi öhdəliyinin yaranıb yaranmaması haqqında ətraflı məlumat verməyinizi sizdən xahiş edirik.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.6-cı maddəsinə sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa alınmış sığorta ödənişləri mənfəət vergisindən azaddır.

Eyni zamanda aktivlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin aktivlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 106.1.6-cı və 142-ci, 143-cü maddələri.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sığorta məbləği