MMX-da qeydiyyatdan keçən mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin sayı məlum olub

posted in: Xəbər | 0

Bu il yanvarın 1-nə Maliyyə Monitorinqi Xidmətinin (MMX) Şübhəli Əməliyyatların Monitorinqi Sistemində (ŞƏMS) qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 1 593 vahid təşkil edib.

Bu barədə MMX-ya istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 80 % çoxdur.

Qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin 47,3 %-i və yaxud 754-ü mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslər, 268-i hüquq xidməti göstərən şəxslər, 219-u audit xidməti göstərən şəxslər, 104-ü rieltorlar, 84-ü vəkil fəaliyyəti ilə məşğul olan şəxslər, 58-i bank olmayan kredit təşkilatları, 22-si bank, 17-si maliyyə lizinqi xidməti göstərən şəxslər, 14-ü ödəniş təşkilatları, 14-ü investisiya şirkətləri, 10-u elektron pul təşkilatları, 7-si lombardlar, 5-I həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta təşkilatları, 5-i kredit ittifaqları, 3-ü valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, 3-ü virtual aktiv xidməti təminatçıları, 2-si həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta vasitəçiləri, 2-si investisiya fondu, hər birindən 1 dənə olmaqla həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan təkrarsığorta təşkilatları, mərkəzi depozitar, notarius və poçt rabitəsinin milli operatoru olub.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Mənbə: report.az

2024-cü ildə Dövlət Vergi Xidməti neçə səyyar vergi yoxlaması keçirib?

2024-cü ildə Dövlət Vergi Xidməti neçə səyyar vergi yoxlaması keçirib?

posted in: Xəbər | 0

2024-cü ildə Dövlət Vergi Xidməti (DVX) tərəfindən aparılmış nəzarət tədbirləri nəticəsində 1 milyard 764,7 milyon manat əlavə vəsait hesablanıb.

DVX-in illik hesabatına istinadən olan məlumatlara görə, hesablanmış əlavə vəsaitin 1 milyard 168,9 milyon manatı kameral, 530,7 milyon manatı səyyar, 65,1 milyon manatı isə operativ yoxlamaların payına düşüb.

Qeyd edək ki, ötən il kameral yoxlamaların sayı 150,6 min, səyyar yoxlamaların sayı 384, operativ nəzarət tədbirlərinin sayı isə 22,5 min təşkil edib.

Mənbə: https://www.taxes.gov.az/az/page/illikhesabat

Azərbaycanda gecikmə ilə təqdim edilən vergi bəyannamələrinin payı yüksəlib

Azərbaycanda son 7 ildə könüllü vergi daxilolmaları 2 dəfədən çox artıb

posted in: Xəbər | 0

2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 93,3 %-i və yaxud 14 milyard 748,9 milyon manatı könüllü bəyan etmə əsasında formalaşıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə əməletmə indikatoru 90,9 % və yaxud 10  milyard 58,2 milyon manat məbləğində təşkil edib.

Könüllü daxilolmalar 2018-ci illə müqayisədə mütləq ifadədə 2,1 dəfə, qeyri-neft sektoru üzrə isə 2,2 dəfə artıb.

2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 32,7 %-i sənaye, 27,4 %-i xidmət, 11,6 %-i tikinti, 10,9 %-i ticarət, 5,3 %-i bank və sığorta, 4,3 %-i nəqliyyat, 4 %-i rabitə, 0,2 %-i kənd təsərrüfatı, 3,6 %-i isə digər sektorların payına düşüb.

O cümlədən, ötən il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının 22,6 %-i xidmət, 21,1 %-i sənaye, 16,5 %-i tikinti, 15,1 %-i ticarət, 7,6 %-i bank və sığorta, 6 %-i nəqliyyat, 5,7 %-i rabitə, 0,2 %-i kənd təsərüffatı, 5,2 %-i isə digər sektorlardan formalaşıb.

Mənbə: report.az

Azərbaycanda gecikmə ilə təqdim edilən vergi bəyannamələrinin payı yüksəlib

Azərbaycanda gecikmə ilə təqdim edilən vergi bəyannamələrinin payı yüksəlib

posted in: Xəbər | 0

2024-cü ildə Azərbaycanda vergi ödəyiciləri ümumilikdə 2,644 milyon bəyannamə təqdim edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunlardan 288 mini gecikdirilərək təqdim edilib. Gecikmə ilə təqdim edilən bəyannamələrin xüsusi çəkisi 2018-ci illə müqayisədə 7,2 faiz bəndi artaraq 3,7 %-dən 10,9 %-ə çatıb.

2018-2020-ci illərdə gecikmə ilə təqdim olunan bəyannamələrin xüsusi çəkisində artım qeydə alınsa da, 2020-ci ildə sosial sığorta və muzdlu işlə bağlı hesabatların vahid hesabat formasına gətirilməsindən sonra bu göstərici azalmağa başlayıb, vaxtında təqdim edilmiş bəyannamələrin xüsusi çəkisi son 4 ildə 2,2 faiz bəndi artaraq 89,1 % təşkil edib.

Mənbə: report.az

Azərbaycan I yarımildə xalis maliyyə aktivlərini artırıb

1 150 151 152 153 154 155 156 2. 693