Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

posted in: Xəbər | 0

Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır. Bunun üçün Birbank mobil tətbiqində uyğun bonus kateqoriyalarını seçmək yetərlidir. Qeyd edək ki, bonus hər ay mütəmadi olaraq yenilənir və istifadəçilərə 4 fərqli istiqamətdə bonuslar qazanmaq şansı yaradır. Bu kateqoriyalara telefon, internet, kommunal və TV ödənişləri, market, kafe, restoran, taksi, aptek, hotel, YDM və digər xidmətlər daxildir.

Toplanmış bonuslardan Birbank mobil tətbiqi üzərindən kommunal və mobil ödənişlərdə, eləcə də  m10, Birmarket, BakıKart QR, Trendyol və minlərlə partnyor mağazalarda istifadə etmək mümkündür. Sentyabr ayından etibarən mərhələli şəkildə tətbiq olunan yenilik yaxın zamanda daha çox müştəri üçün əlçatan olacaq.

Ətraflı məlumat üçün: birbonus.az

Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Birbonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ödənişsiz məzuniyyət hüququ necə tənzimlənir?

Korporativ təlimlər

posted in: Xəbər | 0

Mühasiblərinizin məhsuldarlığını artırmaq və hesabatlarda çevik nəticələr əldə etmək istəyirsiniz?

Bu ehtiyacınızı xüsusi hazırlanmış korporativ təlimlərimiz ilə qarşılaya bilərsiniz:

Təlim proqramlarımız tam olaraq sizin müəssisənizin ehtiyaclarına uyğunlaşdırıla bilir.

Niyə məhz biz?

🔹 Peşəkar təlimçilər – sahəsində təcrübəli və praktik biliklərə sahib ekspertlər
🔹 Güclü təşkilati komanda – təlimlərin planlaşdırılması, təşkilati işlər və sürətli dəstək
🔹 İlkin ehtiyac analizi – komandanız üçün ən uyğun proqramı müəyyən edirik
🔹 Sınaq dərs – komanda üçün uyğunluğunu test etmək imkanı
🔹 Təlim sonrası dəstək – öyrənilənlərin iş prosesinə tətbiqi

Elə indi müraciət edin – əməkdaşlığımızdan məmnun qalacağınıza əminik.

Sual və müraciətləriniz üçün bizimlə birbaşa əlaqə saxlayın: 050 225 72 90

Müraciət etmək üçün formu doldurun: https://crmform.azgroup.az

 

 

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı. Beynəlxalq Jest Dilləri Günündə Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tətbiqində istifadəyə verildi.

Bu yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan qaldırması deməkdir. Birbank bu təşəbbüslə bank xidmətini hər kəs üçün əlçatan etməklə yanaşı, həm də maliyyə azadlığını fundamental bir haqqa çevirməklə öz liderliyini və sosial məsuliyyətini təsdiqləyir. Artıq on minlərlə vətəndaş üçün bankçılıq əməliyyatları üçüncü tərəfin köməyindən asılı, mürəkkəb bir proses olmaqdan çıxaraq, öz ana dilində qurduğu sərbəst və birbaşa ünsiyyətə çevrilir.

Bunun üçün eşitmə və nitq məhdudiyyətli müştərilər Birbank mobil tətbiqindəki xüsusi bölməyə daxil olmaqla, tam məxfi və təhlükəsiz videozəng vasitəsilə bank filialına getmədən və ya yazılı ünsiyyətin yaratdığı məhdudiyyətlərlə üzləşmədən sürətli və effektiv xidmət alacaqlar. Birbaşa və maneəsiz ünsiyyət kanalı vasitəsilə müştərilər  həftəiçi hər gün saat 09:00-18:00 aralığında bank xidmətləri haqqında məlumat ala, təklif və  narahatlıqlarını bölüşə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu xidməti göstərən əməkdaşlar müştərilərlə peşəkar və sərbəst ünsiyyət qurmaq məqsədilə 3 ay davam edən intensiv işarət dili təlimlərindən keçiblər. Bu müddətdə bankın işarət dilini könüllü olaraq öyrənmək istəyən əməkdaşlarına peşəkar mütəxəssislər tərəfindən 72 saat təlim keçirilib.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu mühüm hadisə ilə bağlı öz sosial media hesabından fikirlərini bölüşüb: “Bu gün biz texnologiyanın gücünü insan amili ilə birləşdirərək eşitmə və nitq məhdudiyyətli müştərilərimiz üçün mövcud olan ən böyük maneələrdən birini aradan qaldırdıq. Azərbaycanda ilk dəfə “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tədbiqi vasitəsilə istifadəyə verildi. Biz bu təşəbbüslə təkcə bank sektorunda deyil, bütün ölkədə inklüziv xidmət mədəniyyətinin inkişafına təkan verəcəyimizə və digər qurumları bu yolda bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik”.

Videonu izləmək üçün link: www.b-b.az/bbss

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Qeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?

761 saylı “Fövqəladə xərclər” hesabında uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Cəmil Əsədov, accounting.az saytının redaktoru

Müəssiəsələr təsərrüfat fəaliyyətndə bəzən gündəlik fəaliyyətindən kənarda baş verən, təsadüfi xarakter daşıyan, adətən təkrarlanmayan hadisələrlə rastlaşır, belə halların nəticəsi kimi  əlavə iqtisadi faydalar əldə edir yaxud itki ilə üzləşirlər. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu qanunvericiliyinə görə, belə hallar mühasibat uçotunda fövqəladə gəlirlər yaxud fövqalədə xərclər kimi tanınır, onların uçotu isə üçün uyğun olaraq  641 saylı “Fövqəladə gəlirlər və 761 saylı hesablarda aparılır.

Normativ-hüquqi baza

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra -“Qaydalar”) kommersiya müssiələrində tətbiq edilən Hesablar Planının tərkibini müəyyən edir və uçotun beynəlxalq standartlara uyğun aparılmasını tənzimləyir. Bu qaydalara uyğun olaraq müəssisələrin gəlir və xərcləri müxtəlif kateqoriyalara ayrılır və fövqəladə xərclər (habelə gəlirlər) ayrıca uçot obyektinə çevrilir. Belə uçot fövqəladə halların müəssisəninn fəaliyyətinin yekun maliyyə nəticələrinə təsir dərəcəsini müəyyən etmək üçün zəruridir.

Beynəlxalq uçot standartlarında (IFRS/IAS) fövqəladə gəlirlərin (fövqəladə xərclərin) ayrıca kateqoriya kimi tanınması haqqında xüsusi tələb yoxdur. MHBS, xüsusilə də IAS1 (“Maliyyə hesabatlarının təqdimatı” standartı) gəlir və xərclərin “Maliyyə nəticələri” hesabatında normal əməliyyat nəticələrinin elementləri kimi nəzərə alınmasını tələb edir, eyni zamanda fövqəladə hallar üzrə məbləğlər haqqında açıqlamalarda xüsusi qeyd edilməsini istisna etmir.

761 saylı “Fövqəladə xərclər” hesabı

Yuxarıda qeyd edilən Qaydalara görə müəssisənin xərcləri xarakterindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünür:

  • satışın maya dəyəri üzrə xərclər;
  • kommersiya xərcləri;
  • inzibati xərclər;
  • sair əməliyyat xərcləri
  • fəaliyyətin dayandırılmasından yaranan xərclər
  • maliyyə xərcləri;
  • fövqəladə xərclər.

Bu kateqoriyalara aid olan xərclər üzrə ümumiləşdirilmiş məlumatlar Qaydalarla müəyyən edilmiş hesablar planının 7-cı “Xərclər” bölməsi üzrə əks etdirilir. 761 saylı “Fövqəladə xərclər” hesabı bu bölmənin 76-cı maddəsinə aid olan yeganə hesabdır. Hesabda fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən yaranmış fövqəladə xərclər barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

761 saylı hesabın mahiyyəti

761 saylı “Fövqəladə xərclər” hesabı, müəssisənin fövqəladə hallar nəticəsində yaranan bütün itkilərinin uçotu üçün nəzərdə tutulmuş mühasibat hesabıdır. Fövqəladə xərclər müəyyən olunduqca faktiki məbləğlərdə mühasibat uçotunda tanınır.

Müəssisənin fövqəladə xərcləri mütləq sənədlə təsdiqlənməlidir. Belə sənədlərə aşağıdakıları aid etmək olar:

  • müəssisənin direktoru və fövqəladə halların aradan qaldırılması üzrə mütəxəssisləri tərəfindən imzalanmış fövqəladə hadisənin baş verməsini təsdiq edən akt;
  • baş vermiş hadisə (meteoroloji, seysmik, yanğın və s.) haqqında ixtisaslaşmış xidmətlərin arayışı;
  • əmlakın istehlak xüsusiyyətlərinin bərpasının mümkünsüzlüyü barədə ekspert rəyi və s.

Fövqəladə xərclərin məbləği təbii fəlakət, yanğın və ya digər fövqəladə hallar zamanı əmlakın məcburi inventarlaşdırılmasının nəticələrinə əsasən müəyyən edilir.

Fövqəladə xərclərin uçotu

Fövqəladə xərclərin uçotu yuxarıda qeyd edilən Qaydaların 58.1 və 50.3 bəndlərinin tələblərinə uyğun aparılır. 58.1 bəndini hesabdan istifadə hallarını müəyyən edir. Digər bəndlər aşağıdakı kimi tətbiq olunur:

  • Qaydaların 58.2-ci bəndinə görə “çəkilmiş fövqəladə xərclər tanınma meyarlarına uyğun olaraq 761 saylı hesabların debeti 435, 445, 538, 545 №li hesabların krediti üzrə əks etdirilir”;
  • Qaydalrın 58.3-ci bəndinə əsasən fövqəladə xərclər üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi Db801/Kr761 kimi mühasibat yazılışı verilir.

761 saylı “Fövqəladə gəlirlər” hesabı üzrə müxabirləşmə nümunəsi

Nümunə: Müəssisədə yanğın baş verib – istehsal obyekti yanıb. Müəssisənin əmlakı sığortalanıb. İnventarizasiya əsasında aşağıdakı aktivlərin tələf olduğu müəyyən edilmişdir:

  • hesablanmış amortizasiya məbləği 180 000 manat təşkil edən, ilkin dəyəri 500 000 manat olan əsas vəsaitlər;
  • 100 000 manat dəyərində istehsala yönəldilmiş materiallar.

Ekspertin rəyinə görə, əsas vəsaitlərin bərpası mümkün deyil. Əmlakın sığorta müqaviləsinə uyğun olaraq, 250 000 manat məbləğində sığorta kompensasiyası ödənildi. Sonrakı istifadə üçün yararlı olan maddi sərvətlərin dəyəri 10 000 manat təşkil etdi. Nümunədə ƏDV nəzərə alınmayıb.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Tələf olmuş əsas vəsaitlərin qalıq dəyəri müəyyən edilir 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” 180 000
Uyğun sənədlər tərtib edilənədək tələf olmuş əsas vəsaitlərin qalıq məbləği əks etdirilir 545: “Digər qısamüddətli öhdəliklər” 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” 320 000
Uyğun sənədlər tərtib edilənədək tələf olmuş materiallar əks etdirilir 545: “Digər qısamüddətli öhdəliklər” 201: “Xammal və materiallar” 100 000
Uyğun sənədlər tərtib edilənədək istifadəyə yaralı maddi sərvətlər əks etdirilir 201: “Xammal və materiallar” 217: “Digər qısamüddətli debitor borcları” 10 000
Uyğun sənədlər əsasında yanğın zamanı tələf olmuş əsas vəsaitlərin qalığı fövqalədə xərc kimi uçota alınır 761: “Fövqəladə xərclər”

 

545: “Digər qısamüddətli öhdəliklər” 320 000
Uyğun sənədlər əsasında yanğın zamanı tələf olmuş materiallar fövqəladə xərc kimi uçota alınır 761: “Fövqəladə xərclər”

 

545: “Digər qısamüddətli öhdəliklər” 100 000
Uyğun sənədlər əsasında istifadəyə yararlı maddi sərvətlər uçota alınır 217: “Digər qısamüddətli debitor borcları” 641: “Fövqəladə gəlirlər” 10 000
Fövqəladə hadisə bağlı alınmış sığorta ödənişi  fövqəladə gəlir kimi tanınır 223: “Bank hesablaşma hesabı” 641: “Fövqəladə gəlirlər” 250 000
Fövqəladə hadisə ilə bağlı xərclər ziyan kimi tanınır 801: “Ümumi mənfəət (zərər)” 761: “Fövqəladə xərclər” 420 000

 

Fövqəladə hadisə ilə bağlı gəlirlər hesabat dövrünün gəlirlərinə aid edilir 641: “Fövqəladə gəlirlər” 801: “Ümumi mənfəət (zərər)” 260 000

 

1 147 148 149 150 151 152 153 2. 693