Read More9
Read More9

Əmək haqqına əlavə məbləğlər barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

Bu yazımızda əmək haqqının hesablanması, məzuniyyət, xəstəlik vərəqəsi və ya ezamiyyə hesablanması barədə deyil, əmək haqqına əlavə olaraq hesablanmalı olan məbləğlərdən bəhs edəcəyik. (əmək haqqı)

Əmək haqqına əlavələrə aşağıdakıları aid etmək mümkündür:

– Əlavə dedikdə ilk olaraq yeni il öncəsi olduğu üçün 13-cü maaş yada düşür. Daha dəqiq desək mükafatlandırma sistemi üzrə istər bayram günləri, istərsə də icra edilmiş layihələr üzrə və ya əmək fəaliyyətinin yüksək səviyyədə peşəkarlıqla icra edilməsi zamanı verilən həvəsləndirmə vasitəsi kimi pul mükafatını qeyd etmək olar.

– Xüsusi şəraitdə işləyən işçilərə aid edilən əlavələr. Bu növ əlavələr xüsusilə ağır şəraitdə və ya əmək şəraiti zərərli olan işlərdə çalışanlar üçün və ya gecə vaxtı icra edilən əmək fəaliyyətinə görə ödənişləri nəzərdə tutur. Belə ki, adi iş saatlarından fərqli olaraq gecə vaxtı üçün çalışanların da əmək haqlarına gecə vaxtına düşən hissə üçün əlavələr hesablanmalıdır.

– Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

– Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. İşçi öz işi ilə yanaşı öz işinə aid olmayan başqa işləri də icra edirsə, bu halda da ona əlavə ödənilməlidir. Əlavə məbləği kollektiv müqavilə və ya qarşılıqlı razılıqla müəyyən olunur.

– Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əgər əvəz edilən işçinin əmək haqqı azdırsa, onda müəyyən məbləğ razılaşdırılıb ödənilməlidir.

– İş günü sayılmayan günlərdə (istirahət, bayram, seçki və d) və ya iş vaxtından artıq işə cəlb olunduqda işçiyə gündəlik tarif maaşının iki misli, artıq saat üzrə isə saatlıq tarif maaşının iki misli hesablanıb ödənilməlidir.

– İşəgötürənin təqsiri üzündən (vaxtında hesanlanmama, banka vaxtında təqdim olunmama və d) vaxtında əmək haqqı işçiyə ödənilmədikdə (əmək mübahisəsi yaratmırsa) işçiyə gecikdirilmiş hər gün üçün 1% əlavə ödənilməlidir.

– Səhv riyazi hesablama zamanı işçinin hesabına əlavə məbləğ ödənilibsə və bu məbləğ işçiyə ödənilən gündən 1 ay (1 ay keçənə kimi həmin məbləğ geri tutula bilər) vaxt keçibsə, bu məbləğ də əlavə kimi işçidə qalır.

– İşçi tərəfindən iş ili üzrə hesablanmış məzuniyyət günlərindən istifadə edilmədikdə, həmin günlər növbəti ilin məzuniyyətinə birləşdirilmirsə, bu halda bu məzuniyyət günləri əvəzinə kompensasiya ödənilməli olur. Bu kompensasiya da əmək haqqına əlavədir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Bayram günlərinə düşən məzuniyyətə görə ödəniş verilirmi?

posted in: Xəbər | 1

                           Bayram günlərinə düşən məzuniyyət üçün ödəniş verilirmi? (mezuniyyet)

əsas vəsaitlər, amortizasiya,Әmәk Mәcәllәsinin 114-cü maddəsinə əsasən, işçilərin əsas əmək məzuniyyətləri və müddətləri müəyyən edilib. Həmin maddənin 6-cı bəndində göstərilib ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Qanunvericiliyin tələbini şərh edən sərbəst auditor Altay Cəfərov bildirib ki, həmin tələb bəzi hallarda işçilərlə işəgötürənlər arasında mübahisələrə səbəb olur.

Tutaq ki, işçiyә 1 may 2017-ci il tarixindәn 30 may 2017-ci il tarixinә kimi 30 gün müddәtindә әmәk mәzuniyyәti verilib. Әmrdә qeyd olunub ki, işçi 31 may 2017-ci ildә işә çıxmalıdır. Lakin həmin əmr qanuna müvafiq verilmәyib. Çünki göstәrilәn tarixlәrin әhatә etdiyi dövrә düşәn 9 May Qәlәbә bayramı və 28 May Respublika Günü mәzuniyyәtdә nәzәrə alınmayıb. Əmək Məcəlləsinin tələbinə görə, belə hallarda mәzuniyyәt 2 gün uzadılmalı, işçi işə 2 iyun 2017-ci il tarixindә işә çıxmalıdır.

Əmək Məcəlləsinin tələbinə əsasən bu halda işçinin əmək məzuniyyəti müddətində 2 gün bayram günü olarsa, onun əmək məzuniyyəti 30 gün deyil, 28 gün olur. Ona görə də məzuniyyətin tamamlanması üçün ona əlavə 2 gün verilməlidir. Çünki işçiyə 30 günlük məzuniyyətə görə ödəniş hesablanır. Bayram günlərinə görə isə ödəniş verilmir. Nəticədə 2 gün itirilmiş olur.

Bununla bağlı işçilərlə işəgötürənlər arasında mübahisələrin yaranmaması üçün tövsiyə edirəm ki, işçilər əmək məzuniyyətinə çıxanda konkret günləri deyil, dövrü göstərsinlər. Tutaq ki, işçi ərizəsində ayın 10-dan 25-dək məzuniyyətə göndərilməsini qeyd edir. Ancaq müəyyən tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə göndərilməsini yazması daha doğru olar. Belə olanda arada 1 və 2 gün bayram günü olduğu üçün onun məzuniyyət müddəti də 1 və 2 gün artırılacaq. Amma həmin bayram günlərinə görə heç bir ödəniş edilməyəcək.

Xatırladaq ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Xüsusi kateqoriyalardan olan işçilərdə isə bu müddət 30 təqvim günü nəzərdə tutulub. Həmin şəxslər aşağıdakılardır:

  • kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;
  • məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçuları, müəssisənin rəhbər işçilərinə və mütəxəssisləri;
  • xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri;
  • təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçıları, kitabxanaçıları, laborantları, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərləri;
  • elmi dərəcəsi olmayan elmi işçilər;
  • həkimlər, orta tibb işçiləri və əczaçılar.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib – Aktif Elektrik

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib təcrübəçi,Vakansiya: Mühasib.

İşəgötürən: Aktif Elektrik.

İş barədə məlumat

– Vergi hesabatlarının (o cümlədən mənfəət və ƏDV hesabatının) hazırlanması və təqdim edilməsi

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

– Bəyannamələrin tərtib və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– İşçilərlə hesablaşmaların təmin edilməsi

– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması

– İş vaxtı: 09:00-dan 18:00-dək (Bazar ertəsi – Şənbə)

– Maaş: 800 – 1000 AZN

Namizədə tələblər

– Ali təhsil

– İş təcrübəsi: min. 3 il

– Yaş aralığı: 25-50 yaş

– Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək

– Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.

– 1C mühasibatlıq proqramında işləmək bacarığı.

– Analitik təhlil bacarığı

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Maraqlanan şəxslər cv-lərini mühasib başlığı altında / elektron ünvanına göndərə bilər.

Mənbə: finstaff.az


Mallar maya dəyərindən aşağı qiymətə satılarkən, ƏDV öhdəlikləri necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

ƏDV əməliyyatları, ƏDV ödəyicisi,, Əlavə dəyər vergisi, kənd təsərrüfatı, ƏDV-dən azad,Sual: Müəssisə ƏDV ödəyicisidir. İdxal etdiyi mallara görə gömrükdə ödənilən ƏDV büdcədən əvəzləşdirilir. Gələcəkdə satışla əlaqədar olaraq, bəzi modellərin qiymətinin ucuzlaşdırılması hallarına rast gəlinir və belə olan halda bəzi maya dəyərindən aşağı qiymətə satılır. Mallar maya dəyərindən aşağı qiymətə satılarkən, yaranacaq ƏDV öhdəlikləri ilə əlaqədar məlumat verməyinizi xahiş edirəm. (maya dəyəri)

Cavab: Əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın Əlavə dəyər vergisi nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış Əlavə dəyər vergisi idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.

Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda Əlavə dəyər vergisi hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu, 163-cü maddələri.

Mənbə: taxes.gov.az



error: Content is protected !!