Read More9
Read More9

Gəlirdən çıxılan və çıxılmayan xərclər

posted in: Xəbər | 0

Transfer qiymətiVergi Məcəlləsinin 10-cu fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. “BSC konsalting” şirkətinin maliyyə direktoru Arzu Xəlilova gəlirdən çıxılmasına məhdudiyyət qoyulmuş xərclər haqqında şərh verib. (gəlir)

Qanunda qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

Yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, zərərli işdə işləyən işcilərə verilən süd və ona bərabər tutulan digər məhsullara sərf olunan xərclərin və dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən cıxılmasına yol verilir.

Bundan əlavə, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakterli olduqda, müvafiq olaraq bu fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Əmək haqqı kartlarının alınmasına çəkilən xərcdən başqa, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Ezamiyyə xərclərinə gəldikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan ezamiyyə xərci gəlirdən çıxılır, normadan artıq olan hisssəsi isə müvafiq sənədlərlə təsdiq olunmaqla müəssisənin sərəncamında qalan mənfəət hesabına silinir.

Diqqətinizə bir daha çatdırmaq istərdim ki, nəzarət-kassa aparatının çeki və ya qəbzlər malların, xidmətlərin alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Yalnız banklar və xüsusi notariuslar tərəfindən verilən qəbzlər xərclərə aid edilə bilər.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin xərcə aid edilən məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamalıdır.

Ümüdsiz borcların gəlirdən çıxılan xərcə aid edilməsi ancaq iki şərtlə mümkündür:

1) Əgər bu məbləğ əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilibsə;
2) Bu ümidsiz borc məbləği artq dəyəri olmayan borc kimi təsdiq olunubsa.

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Həmçinin də hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq faiz dərəcələri ilə məhdudlaşdırılır.

Məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərini artırır.

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisinin və ya gəlirdən hesablanan hər hansı digər verginin və Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib – Qarabağ Taxıl MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 1

auditor, auditorun etikası,, vakansiya mühasib, Peşəkar mühasib,Vakansiya: Mühasib tələb olunur (Beyləqan).

İşəgötürən: Qarabağ Taxıl MMC.

İş barədə məlumat

  • İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
  • İstirahət: Bazar günü;

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində)
  • Ümumilikdə mühasib kimi 3 il iş təcrübəsi tələb olunur;
  • Excel, 1C Proqram və digər muhasib program təminatlarında işləmə bacarığı
  • Stresədavamlı, tələbkar, məsuliyyətli;
  • Azərbaycan dilini mükəmməl bilməli;
  • 25- 40 yaş arası namizədlərin müraciəti arzuolunandır.

Email: /

Mənbə: finstaff.az


Əmlak icarəsindən gəlir əldə edən şirkət hansı vergi növünün ödəyicisidir?

posted in: Vergi, Xəbər | 0

Əmlakını satanlar, fiziki, emlak vergisi, daşınmaz əmlak bazar, əmlak vergisi,Vergilər Nazirliyinin şərhinə əsasən, icarəyə verən şəxs rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri olduqda onların bu fəaliyyətləri üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur, icarəyə verən həmin rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri vergi öhdəliyini mənfəət vergisinin ödəyicisi olmaqla ümumi qaydada özləri yerinə yetirirlər. Bu fəaliyyətdən əldə edilən gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxdıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannaməsi” vergi orqanına təqdim edilməklə həmin müddət ərzində də hesablanmış mənfəət vergisinin məbləği dövlət büdcəsinə ödənilməlidir.

Əmlakın icarəyə verilməsi fəaliyyəti göstərərək ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatının həcmi 200.000 manatdan artıq olan hüquqi şəxs növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda isə digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmalıdır.

Əlavə olaraq bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş verginin dərəcəsi bütün respublika üzrə 2 faiz müəyyən edilmişdir.

Əmək münasibətləri nə zaman yaranır?

posted in: Xəbər | 0

Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nizami rayonunda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” mövzusunda keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb. (emek)

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbir Xidmətin təsdiq edilmiş iş planına uyğun olaraq və əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə təşkil olunub.

İşəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə iştirakçılara məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və həmin müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı bildirilib. Qeyd olunub ki, bu münasibətlər qanunvericiliyə uyğun yaradılmadan şəxslərin işləri yerinə yetirməsinə cəlb edilməsi onların gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı yaradır. Belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurur.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Mənbə: vergiler.az



error: Content is protected !!