Read More9
Read More9

Vergi və dövlət rüsumları necə köçürülməlidir?

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisiNoyabrın 20-si gəlir vergisi (xüsusi notariuslar, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), mədən, əlavə dəyər vergisi, eləcə də aksizlər üzrə aylıq ödənişlər üçün müəyyən edilmiş son tarixdir. Vergi ödəyiciləri həmin tarixədək son bir ayda həyata keçirdikləri əməliyyatlara görə hesablanan vergiləri müvafiq hesablara köçürməlidirlər. Bəs həmin vergilər, eləcə də dövlət rüsumları, sosial ödəmələr necə köçürülməldir?

Qanunvericiliyin tələbinə uyğun olaraq, hər bir şəhər və rayon üzrə vergi və digər daxilolmalar, o cümlədən maliyyə sanksiyaları, faizlər büdcəyə yalnız müvafiq hesablar vasitəsilə köçürülür. Həmin hesabları Vergilər Nazirliyi bütün vergi ödəyiciləri üçün əlçatan edib. Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürülən hesablar, işsizlikdən sığorta ayırmaları və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar Nazirliyin rəsmi saytında ayrıca bölmələrdə yerləşdirilib. Eyni zamanda burada dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar üzrə axtarış sistemi də yaradılıb. Həmin sistemə daxil olan vergi ödəyiciləri VÖEN nömrələrini müvafiq xanaya daxil etməklə onlara lazım olan hesabları tapa bilərlər. Elektron xidmət vasitəsilə büdcə təsnifatı ödənişlərinin kodları, eləcə də büdcə səviyyəsinin kodlarını əldə etmək mümkündür.

Saytda həmçinin, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xarici valyutada bank rekvizitləri də yer alıb. ƏDV depozit hesabı da açıqlanıb:

Vahid ƏDV Depozit Hesabının rekvizitləri:

Ad: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)
Kod: 210027
VÖEN: 1401555071
Müxbir hesab: AZ07NABZ01360100000000004944
SWIFT BİK: CTREAZ24
Hesab N– AZ48CTRE00000000000000014001

Qeyd edək ki, dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürülən hesablar, işsizlikdən sığorta ayırmaları və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar, eləcə də digər məlumatlarla bu linkdən ətraflı tanış ola bilərsiz.

https://www.taxes.gov.az/



Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

Maliyyə, Bank sirri, kredit riskləri, Nəzarət Palatası attestasiya“Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumata görə, attestasiya noyabrın 25-28-i keçiriləcək. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Mənbə: report.az



Vergi Məcəlləsində transfer qiyməti ilə bağlı nəzərdə tutulan dəyişikliklər

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsində transfer qiyməti ilə bağlı nəzərdə tutulan dəyişikliklər

Nazim Əliyev, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi

Respublikamızda iqtisadi sahədə aparılan islahatların davamı olaraq Vergi Məcəlləsinə yeni dəyişikliklər paketi hazırlanmış və Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Dəyişikliklər layihəsinin əsas istiqamətləri sırasında ölkə iqtisadiyyatında şəffaflığın artırılması, beynəlxalq vergitutma və məlumat mübadiləsi öhdəliklərinin yerinə yetirilməsi, habelə vergidən yayınma halları ilə mübarizə işinin daha səmərəli təşkili xüsusi yer tutur. Layihədə bu yöndə bir sıra normalar yaradılmış, transmilli şirkətlər qrupuna anlayış verilmiş, onların vergi orqanlarına hesabatın verilməsinin forma və qaydası müəyyən olunmuşdur.

Layihədə göstərilir ki, transmilli şirkət dedikdə, müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox şirkətin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən şirkətin daxil olduğu şirkətlər qrupu nəzərdə tutulur. (layihənin 13.2.84-cü maddəsi). Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (yəni Vergilər Nazirliyi) tərəfindən müəyyən edilmiş forma və qaydada hesabatı vergi orqanına təqdim etməsi nəzərdə tutulur. (layihənin 16.1.4-2-ci maddəsi).


Bax:

Təklif edilən bu dəyişikliklər transfer qiyməti mövzusu ilə də bilavasitə bağlıdır və fikrimizcə, transmilli şirkətlər barəsində lazım olan ümumi məlumatın əldə olunması üçün faydalı ola bilər. Ölkəmizdə transfer qiyməti mövzusunun yeni olduğunu qeyd etmək lazımdır. Beynəxalq səviyyədə bu istiqamətdə aparılan araşdırmalar nəticəsində təlimatların hazırlanması işi ilə bilavasitə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məşğul olur.

Müasir dövrdə transfer qiyməti beynəxalq vergitutma sahəsinin aktual mövzulardan birinə çevrilmişdir. Bunun əsas səbəbləri sırasında son illərdə beynəlxalq ticarət dövriyyəsinin 1/3 hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olması xüsusi yer tutur. OECD-nin baza eroziyası və mənfəətin köçürülməsi sahəsi üçün xüsusi olaraq hazırladığı 15 fəaliyyət planından ibarət BEPS layihəsinin 8-10 və 13-cü fəaliyyət planında həmin hallar bilavasitə öz əksini tapmışdır.

Sadə və ən ümumi şəkildə desək, transfer qiyməti qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparılan əməliyyatlarda əks olunan qiymətdir. Burada eyni zamanda “qol uzunluğu” prinsipi ortaya çıxır. Bu prinsipin əsas ideyası nəzarət olunan və olunmayan əməliyyatların vergi gəliri nöqteyi-nəzərindən bir-biri ilə qarşılaşdırılmasıdır.

Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin yeni redaksiyada verilmiş 13.2.65-ci maddəsinə əsasən, transfer qiyməti Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymətdir. 14-1.2-ci maddəyə əsasən, transfer qiyməti əsas götürülməklə vergilər aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər:

1) Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;

2) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;

3) Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli qərarı ilə təsdiq olunmuş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda nəzarət olunan və olunmayan əməliyyatlar, müqayisə edilən əməliyyat və onun seçilməsi qaydası və tapılması üçün istifadə olunan məlumat mənbələri, transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması, transfer qiyməti ilə bağlı zəruri olan anlayışlar öz əksini tapmışdır. Vergilər Nazirliyi həmçinin 16 yanvar 2019-cu il tarixdə “Transfer qiymətlərinə nəzarət üzrə Metodiki Göstəriş”i təsdiq etmişdir.

Transfer qiyməti üzrə beynəlxalq qurum olan OECD tərəfindən 16 sentyabr 2014-cü il tarixdə “Transfer qiyməti sahəsində sənədləşdirmə və hesabat üzrə təlimat” hazırlanmışdır. Təlimatda məqsəd, əsas etibarilə, aşağıdakılardan ibarətdir:

  • transfer qiyməti riskinin müəyyən edilməsi üçün vergi orqanlarının lazımi məlumatlar ilə təmin edilməsi;
  • vergi orqanlarını ölkələrində vergi öhdəliyi olan müəssisələrin transfer qiyməti ilə bağlı fəaliyyətinin tam və hərtərəfli yoxlanılmasını təmin etmək məqsədi ilə onların lazımı məlumatlar ilə təmin edilməsi;
  • vergi ödəyicilərinin əlaqəli tərəflər arasındakı əməliyyatlarla bağlı qiymətləri və digər şərtləri müəyyənləşdirərkən qiymət şərtlərinə diqqət yetirilmələrinin və bu cür əməliyyatlardan əldə etdikləri gəlirlərinin vergi bəyannamələrində göstərmələrinin təmin edilməsi.

Transfer qiyməti üzrə sənədləşməyə “Master file”, “Local file” və “Cbc reporting” aiddir. Bunlardan riskin qiymətləndirilməsi, risk meyarlarının və transfer qiymətinin müəyyən olunması üçün istifadə olunur. Bu sənədlərin vergi orqanlarına vaxtında təqdim edilməməsinə və ya təqdim etməkdən imtina edilməsinə görə sanksıyanın tətbiqi ölkələr üzrə fərqlidir. Bəzi ölkələr bu sənədləri yalnız audit yoxlaması zamanı tələb edir.


Bax:

Əlavə edək ki, illik ümumi gəliri 750 milyon avro və daha çox olan transmilli şirkətlərə Cbc reporting tətbiq olunur. Bu hesabat 2016-cı il 1 yanvar tarixindən sonrakı maliyyə illəri üçün nəzərdə tutulmuşdur. Burada ümumi mənfəət, ödənilmiş vergilər, hər bölmənin yerləşdiyi ölkə üzrə işçilərin sayı, səhmlərin nominal dəyəri, maddi aktivlər və s. barədə məlumatlar əksini tapır. Hesabat ana şirkətin rezident olduğu ölkədə təqdim olunur və ölkələr arasında onun mübadiləsi avtomatik yolla aparılır. Cbc reporting ayrıca olaraq BEPS layihəsinin 13-cü fəaliyyət planında öz əksini tapmışdır.

Son olaraq onu qeyd edirik ki, Vergi Məcəlləsində yuxarıda göstərdiyimiz istiqamətdə aparılması nəzərdə tutulan dəyişikliklər OECD-nin tövsiyələrinə uyğun olduğundan, onların qanunverici orqan tərəfindən qəbul edilməsi milli vergi qanunvericiliyimizin müasir beynəxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən növbəti tədbirlərdən biri kimi qiymətləndirilə bilər.

Mənbə: vergiler.az



Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək

posted in: Vergi, Xəbər | 0

İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalAzərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.

Şuranın növbəti iclası Bakıda keçiriləcək.

Məlumata görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub.

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna vergi qurumları daxildir.

Mənbə: vergiler.az



error: Content is protected !!