Read More9
Read More9

Vergi ödəyicisinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Vergi ödəyicisinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə arayışın verilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, Naxçıvan MR VN nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin bəyannamələrin yoxlanılması və uçotun MGD-nin Könüllü vergi əməletməsinin təhlili və daxilolmaların uçotu idarəsi idarəsi, BŞLGDnin, BŞKSİD-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri, ƏVD-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Vakansiya: Təcrübəçi Mühasib – Lale MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib təcrübəçi,Vakansiya: Təcrübəçi Mühasib.

İşəgötürən: Lale MMC.

İş barədə məlumat

  • e-qaimələrin göndərilməsi.
  • İlkin mühasibat əməliyyatlarının aparılması.
  • Mühasibat sənədlərini hazırlamaq.
  • Gözəllik salonu işçilərini sistemə daxil etmək.
  • Əmək müqavilələrini bağlamaq.
  • Şirkət müqavilələrinə nəzarət

Namizədə tələblər

  • Bu istiqamətdə təhsil
  • İlkin mühasibat bilikləri
  • Namizəd Mühasibin yanında onun dediyi işləri görməklə öyrənəcək.
  • Öyrənmə həvəsi,məsuliyyətli.
Mənbə: finstaff.az


Təsisçisi və direktoru eyni şəxs olan və heç bir fəaliyyət göstərməyən MMC-nin başqa şəxsə satılma və ya bağışlanma prosesi

posted in: Xəbər | 0

Təsisçisi və direktoru eyni şəxs olan və heç bir fəaliyyət göstərməyən MMC-nin başqa şəxsə satılma və ya bağışlanma prosesi (MMC-nin satılması)

Əsas vəsaitlərRezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Vergilər Nazirliyinin şərhinə əsasən, qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib – Damla MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Veysəloğlu Aparıcı Mühasib vakansiyaVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Damla MMC.

İş barədə məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı hesablanması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Mal-materialların uçotunun aparılması;
  • İstehsal olunan malların maya dəyərinin hesablanması;
  • Aylıq hesabatlarınin tərtib edilməsi;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • AR əmək məcəlləsinə əsasən işçilərin sənədləşməsinin aparılması;

Namizədə tələblər

  • Ali Təhsilli
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • 1C-in 8.3 rus versiyasında yüksək işləmə bacarığı
  • Sərbəst qərar qəbul etmə və analitik bacarıqlar;
  • Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: 1200-1500AZN
  • Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
  • İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
  • İşçilərin daşınması üçün nəqliyyat xidməti var. (Nəqliyyat xidməti: Sumqayıtdan, Xırdalandan, 20 Yanvar metrosundan)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  / info@finstaff.az elektron ünvanına mövzu yerinə Mühasib yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: finstaff.az


error: Content is protected !!