Read More9
Read More9

Əsas vəsaitlər barədə ekspert rəyi

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə görə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114- cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab olunur. Mövzu ilə bağlı maraq doğuran sualları Türkmənistanın Azərbaycandakı səfirliyinin baş mühasibi, iqtisadçı ekspert Şəms Hüseynova şərh edir.

Vergi Məcəlləsinə görə aşağıdakılar əsas vəsaitlər hesab olunur:

  • tikintilər və qurğular – istehsalat və təsərrüfat, sosial-mədəni obyektlər, xəstəxanalar, poliklinikalar, internat evləri, qocalar və əlillər evləri, kitabxanalar, muzeylər, elmi-tədqiqat institutları, laboratoriyalar və başqa bütün növ istehsalat həmçinin təsərrüfat təyinatlı binalar, stadionlar, hovuzlar, yollar, körpülər, binaların hasarları, heykəllər, ictimai bağlar və müəyyən texniki funksiyaları yerinə yetirən texniki obyektlər, istehlakçıya çatdırılacaq maye, qaz və enerji halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ qurğular;
  • maşınlar, avadanlıqlar və hesablama texnikası – iş maşınları və avadanlıqları, güc maşınları və avadanlıqları, hesablama texnikası; tibbi avadanlıqlar, tənzimləyici cihazlar və ayrı-ayrı qruplar üzrə digər maşın və avadanlıqlar;
  • nəqliyyat vasitələri – hava, dəmiryol, su, avtomobil nəqliyyat vasitələri, araba nəqliyyatı (araba, xizək və s.) istehsalat (velosipedlər, motorellalar və s.) və digər bütün növ idman nəqliyyatları (iş heyvanları və yarış atlarından başqa);
  • digər əsas vəsaitlər – çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri və s.

Bəs əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilirmi?

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Misal. Tutaq ki, hüquqi şəxs cari ildə kuryer şirkəti üçün 10.000 manata avtomobil almış, bu nəqliyyat vasitəsinin gətirilməsinə 2.000 manat xərc çəkmişdir. Bu halda əsas vəsaitin dəyərini 12.000 (10.000 + 2000) manat təşkil edir. Bu xərclər birbaşa gəlirdən çıxıla bilməz, ancaq amortizasiya ayırmaları şəklində çıxıla bilər.

Mahiyyətindən asılı olaraq əsas vəsaitin alınmasına çəkilən inzibati xərclər tam çıxılan, qismən çıxılan və çıxılmayan xərclər ola bilər. İnzibati xərclər – müəssisənin əməliyyat və istehsal fəaliyyətinə aid olmayan məsrəflərdir. İnzibati xərclərə aşağıdakıları aid etmək olar:

  • inzibati binaların və avadanlığın icarəsi;
  • onların amortizasiyası;
  • inzibati işçi heyyəti üzrə xərclər və s.

Əsas vəsaitlər əvəzsiz olaraq verildikdə, onun dəyərinin müəyyənləşdirilmə prosesi belə gedir. Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış əsas vəsaitlərin dəyəri ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar əsasında müəyyən edilir. Əvəzsiz maliyyə yardımı şəklində alınan əsas vəsaitlərin ilkin dəyərini ekspertlər onların uçota götürüldüyü tarixə bazar qiyməti ilə təyin edilir. Qeyd edək ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

Mənbə: vergiler.az



Vakansiya: Baş mühasib – ARKA MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasibat uçotunun optimizasiyası, muhasibat, mühasib köməkçisi, vakansiya,Vakansiya: Baş mühasib.

İşəgötürən: ARKA MMC.

İş barədə məlumat

– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək

– Dövlət orqanları və idarəetmə üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək

– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək

– İş şəraiti:

– İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.

– İstirahət: Bazar günü;

Namizədə tələblər

– 1C Proqram təminatında işləmə bacarığı

– İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır

CV-lərinizi ünvanına göndərin.

Mənbə: kadr.az


Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilə bilməyən ƏDV xərc kimi nəzərə alınır?

posted in: Vergi, Xəbər | 1

ƏDV-dən azad, ƏDV öhdəliyi, EDV, fiziki şəxsSual: A müəssisəsi B müəssisəsindən dəyəri 100 000 manat (əlavə dəyər vergisisiz) olan mal almış və 18 000 manat ƏDV ödəmişdir. A müəssisəsinin həmin dövrdə ümumi dövriyyəsinin həcmi 200 000 (əlavə dəyər vergisindən azad), o cümlədən, ƏDV tutulan dövriyyənin həcmi 111 000 manat (əlavə dəyər vergisisiz) təşkil etmişdir. ƏDV tutulan dövriyyənin ümumi dövriyyədəki həcmi 55,5%-dir. Vergi məcəlləsinin 175.4 maddəsinə əsasən A müəssisəsinin B müəssisəsinə ödədiyi 18000 manat ƏDV-nin 9 990 manatı (18000*55,5%) əvəzləşdirilməlidir. Sual budur ki, əvəzləşdirilməsinə yol verilməyən 8 010 manat (18 000-9 990) B müəssisəsinə ödənilmiş ƏDV müəssisənin gəlirdən çıxılan xərclərinə daxil edilməlidirmi? (əvəzləşdirilə bilməyən ƏDV, xərc,EDV)

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinə cəlb edilən əməliyyatlarla yanaşı, əlavə dəyər vergisindən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında əlavə dəyər vergisi ödənilməklə və əlavə dəyər vergisindən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (əlavə dəyər vergisindən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda əlavə dəyər vergisi tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş əlavə dəyər vergisinin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Həmçinin bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əvəzləşdirilməsinə icazə verilməyən əlavə dəyər vergisi məbləği malların və ya xidmətlərin dəyərinə aid edilir. Gəlirin əldə olunması ilə bağlı olduqda vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 175-ci maddələri.

Mənbə: taxes.gov.az



Vakansiya: Bölgə üzrə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Melissa Group.

İş barədə məlumat

  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Təhtəlhesab, balans, avans hesabatının aparılması;
  • Dövlət orqanlarına hesabatların hazırlanması (Statistika, DSMF və s.);
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;

Əmək haqqı: 700-800 AZN

İş qrafiki: 09:00 – 18:00

İş yeri: MASALLI rayonu, Ərkivan qəsəbəsi

Namizədə tələblər

  • Ali təhsil (mühasibat uçotu, maliyyə);
  • Vergi Məcəlləsini bilməli;
  • BTP proqramları ilə işləmək bacarığı;
  • Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
  • Microsoft Office proqramlarında, xüsusilə, MS EXCEL-də işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;

CV-lərinizi / ünvanına mühasib başlığı ilə göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


error: Content is protected !!