Read More9
Read More9

Vakansiya: Mühasib – Körpü-Bina-Tikinti MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Körpü-Bina-Tikinti MMC.

İş barədə məlumat

– Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;

– Mühasibat sənədlərinin tərtib edilməsi;

– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;

– Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;

– Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

– E-Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması – Qanunvericiliye uygun mühasibat uçotu üzre ikili yazılişların aparılması

İş Şərtləri:

– Həftədə 6 iş günü;

– İş saatları: 09:00-18:30

Namizədə tələblər

– Ali təhsil;

– 5 ildən yuxarı iş təcrübəsi;

– Mühasibatlıqla bağlı qanunvericilik biliklər;

– Azərbaycan dili sərbəst, Xarici dil bilikləri (Rus və İngilis);

– Microsoft Office və 1C proqramında işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Mühasib yazaraq / ünvanına göndərilməsi xahiş olunur.

Mənbə: finstaff.az


Vergi ödəyicisinin vergidən azad edilmiş gəlirlərinin (xərclərinin) uçotunu aparmaq öhdəliyi varmı?

posted in: Vergi, Xəbər | 0

bazar qiyməti, riskli vergi,Vergi ödəyicisinin vergidən azad edilmiş gəlirlərinin (xərclərinin) uçotunu aparmaq öhdəliyi varmı? (gəlirlər)

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin, o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Əsas: Vergi Məcəlləsi, 16.1.3-cü maddə

Mənbə: vergiler.az



Mühasiblər Günü ilə bağlı oyunlar və müsabiqələr

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasiblər GünüƏksər şirkətlərdə korporativ tədbirlər fərqli qeyd olunur. Amma, bütün bunları bir fakt birləşdirir, belə ki, əməkdaşların heç də hamısı təntəli bayramların təşkili ilə məşğul olmaq istəmir. Bəzən isə onlar bunu məcburiyyət qarşısında edirlər. O səbəbdən bir çox hallarda bu cür tədbirlərin darıxdırıcı və yeknəsəq keçməsi, təəccüblü görünmür. Xüsusilə də bu, müxtəlif peşə bayramlarına aiddir, misal üçün, mühasiblər Günü ilə bağlı. Lakin, bayram üçün oyunlar və müsabiqələr təşkil olunmasına ciddi yanaşılsa, bu tədbirləri şən və yadda qalan etmək olar və əsil bayrama çevrilməsini də həyata keçirmək mümkündür.


Bax: “Ata”nın mühasibatlığa böyük töhfəsi

“Rəqəmi tap”

Mühasiblər riyazi zeniyyətləri ilə fərqlənirlər. Buna istinad etməklə sadə riyazi tapşırığın yerinə yetirilməsini və öz beyninizi məşq etdirə bilərsiniz. Bundan ötrü istənilən rəqəmi üçə vurmalı, bundan sonra onu ikiyə bölməli. Əldə edilən rəqəmi yenidən, amma bu dəfə altıya vurmaq lazımdır. Nəticəni mühasibə söyləməli və verilən rəqəmin hansı rəqəm olduğunu öyrənməli.

Cavabı tapmaq isə çox sadədir, bundan ötrü nəticəni doqquza bölmək lazımdır. Əgər mühasib bunu tapsa, deməli, o, yaxşı mütəxəssisdir.

“Sənədləri arxivə”

Bu müsabiqə təkcə mühasiblər Günü üçün deyil, bütün korporativ bayramlar üçün də keçərlidir. Aparıcı bütün iştirakçılara standart vərəqlər paylayır. Həmin vərəqləri mümkün olduğu qədər qatlamağı və imzalamağı təklif edir. Sonra aparıcı qatlanmış vərəqləri onlardan alır və hər bir kağızın neçə dəfə qatlandığını sayır. Kağız vərəqi ən çox qatlayıb, imzalayan əməkdaş qalib hesab olunur.


Bax: 10 noyabr – Beynəlxalq Mühasiblər Günü

“Pulları say”

Bu müsabiqə üçün isə üzərində müxtəlif nominallardan olan pul nişanlarını çəkmək üçün zəruri olan vatman kağızı hazırlanır. Vatman kağızı stolun üzərinə qoyulur və iştirak etmək istəyənlərin hamısı ora çağırılır. İştirakçılar vatman kağızı üzərində çəkilmiş pul nominallarını sürətlə hesablamalıdırlar. Pulları hesablayan iştirakçı başqaları eşitməsin deyə, məbləği pıçıltı ilə aparıcının qulağına söyləməlidir. Aparıcı da öz növbəsində birinci iştirakçının söylədiyi rəqəmi və hesablama vaxtını qeyd edir, sonra ardıcıllıqla digərlərinin nəticələrini də bu şəkildə qeyd edir. Hansı iştirakçı rəqəmi düz və daha tez söyləyibsə, o da müsabiqənin qalibi hesab olunur.

“Müsiqidə say”

İştirakçılar hər birində mühasib olan iki komandaya bölünür. Bundan sonra aparıcı komandaya maliyyə və rəqəmlər mövzusundan bəhs edən bir mahnını yada salmağı xahiş edir. Bundan əlavə, mahnının adını və nəqarətini də təkrar etmək lazım gəlir. Kombinasiya qrupunun oxuduğu “Mühasib” mahnısından da başlamaq olar.

“Kapitalistlər”

Bu müsabiqə satış şöbəsilə bağlı istənilən korporativ tədbirdə və həm də mühasiblər Günündə keçirilə bilər. Müsabiqə zamanı bütün qonaqlara tədbirin lap başlınğıcında eyni sayda oyun pulları və kürəciklər paylanır. Axşam ərzində iştirakçılar kürəcikləri sata və ala bilərlər. Gecənin sonunda aparıcı hər bir iştirakçıda toplanılan pulları hesablayır və qalibi müəyyən edir. Kürəciklərin satışı və alışı sxemini iştirakçıların özləri müəyyənləşdirirlər. Məsələn, kürəciklərin qiymətini aşağı salmaq və ya topdan satışını həyata keçirmək olar. Mühasibatlığa belə bir müsabiqə xoş gələ bilər.

“Vergi yoxlaması”

Mühasiblər Günü ilə bağlı bayramın qeyd olunması üçün ideal müsabiqədir, hansı ki, burada bütün kollektiv iştirak edə bilər. İştirakçılar dairəvi şəkildə dayanırlar, mərkəzdə isə aparıcı durur, hansı ki, vergi müfəttişi rolunda çıxış edir. Müsabiqə iştirakçıları pul sikkəsini bir-birlərinə elə ötürməlidirlər ki, aparıcı bunu görməsin. Müfəttiş istənilən anda oyunu dayandırıb, həmin anda pul sikkəsinin kimdə olduğunu  yoxlaya bilər. Əgər, o, sikkənin kimdə olduğunu düzgün təyin edə bilsə, üzərində sikkə aşkar edilən şəxs vergi müfəttişi ilə yerini dəyişdirməli olur və oyun bu cür davam edir.



Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Zeta Group

Vakansiya barədə məlumat

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
• Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.

İş şərtləri:

• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı müsahibə əsnasında təyin ediləcək.

Namizədə tələblər

• Yaş: 25-40
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)

Şəxsi keyfiyyətlər:

• Analitik düşünmə bacarığı
• Problemləri həll etmə bacarığı
• Düzgünlük və Dəqiqlik
• Analiz etmə bacarığı
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

Email:  /

Mənbə: finstaff.az



error: Content is protected !!