Read More9
Read More9

Mikro və kiçik sahibkarlığa daha bir dəstək

posted in: Xəbər | 0

                                      Mikro və kiçik sahibkarlığa daha bir dəstək mikro kiçik sahibkarlıq

Mikro və kiçik sahibkarlıq

Mikro və kiçik sahibkarlıq subyektlərinin əl işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən “Bazarını yarat” adlı sərgi-satış yarmarkasında nümayiş olunub. KOBİA-dan bildirilib ki, Nizami Kino Mərkəzində təşkil olunmuş yarmarkanın keçirilməsində məqsəd özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını qurmuş şəxslər və aztəminatlı ailələr tərəfindən hazırlanmış məhsulların satışına dəstək göstərməkdir. Özünüməşğulluq proqramına qoşulmuş şəxslərlə yanaşı, KOBİA-nın dəstəyi ilə sərgi-satış yarmarkasında iştirak edən mikro və kiçik sahibkarlar, eləcə də “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər və araxçınlar, müxtəlif rəsmlər və sair təqdim olunub. “Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA mütəmadi olaraq özünüməşğulluq proqramı barədə vətəndaşları məlumatlandırır, onların proqrama qoşulması üçün Dövlət Məşğulluq Xidməti ilə əlaqələndirilməsinə dəstək göstərir. Eyni zamanda, KOBİA özünüməşğulluq proqramına qoşulmuş şəxslər üçün sahibkarlıq fəaliyyətinə dair təlimlərin keçirilməsində, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsində yaxından iştirak edir.

Mənbə: vergiler.az



Bazar qiyməti haqqında məlumat

posted in: Vergi, Xəbər | 0

bazar qiymətiVergi Məcəlləsinin 14-cü maddəsi bazar qiymətinə həsr olunub. Vergi ödəyiciləri tərəfindən bu maddənin müəyyən müddəaları ilə bağlı suallar ortaya çıxır. Başlıca suallara maliyyə məsləhətçisi Vüqar Mirheydərov aydınlıq gətirib. bazar qiyməti

Maddə bir məhsulun (eləcə də iş və ya xidmətin) bazar qiyməti anlayışını tələb və təklifin qarşılıqlı təsiri nəticəsində yaranan qiymət kimi müəyyənləşdirməklə başlayır. Vicdanlı vergi ödəyicilərinə və standart əməliyyatlar növlərinə yer ayırdıqdan sonra (hər ikisi üçün, bazar qiyməti, əks hal sübut olunmayana qədər, real bir əməliyyatın qiyməti kimi alınır) vergi orqanlarının müqavilənin bazar qiymətini yenidən hesablaya biləcəyi vəziyyət və əməliyyatların siyahısı göstərilir. Vəziyyət və əməliyyatları əks etdirən siyahıya daxildir:

  • Barter əməliyyatları və idxal-ixrac əməliyyatları;
  • Qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilən təsərrüfat əqdləri;
  • 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə;
  • Əmlak qalıq dəyərindən artıq miqdarda sığortalandıqda;
  • Vergitutma məqsədləri üçün daşınmaz əmlakın kirayəsi müqaviləsinin dəyərini müəyyənləşdirərkən.

Məsələn, tutaq ki, “Asiman” MMC “Məsləhət Konsaltinq” MMC ilə müqavilə bağlayır. Buna əsasən “Asiman” müqavilə bağladığı “Məsləhət Konsaltinq”ə 2019-cu il ərzində dəftərxana ləvazimatları tədarük edir, “Məsləhət Konsaltinq” isə buna qarşılıq olaraq məsləhət xidmətləri göstərir. Lakin şirkətlərdən heç biri bu əməliyyat üzrə satılan malları (xidmətləri) bəyannamədə göstərməyib. Növbəti səyyar vergi yoxlaması barter əməliyyatını aşkar etdikdə, dərhal 14.3.1-ci maddəni tədbiq edib, yoxlama aktına 2019-cu il üçün yenidən hesablanmış gəlir vergisi + 50% sanksiyanı daxil edib.

Kədərli mənzərədir? Bəli. Ədalətsizdir? Razı deyiləm. Axı, “Asiman” MMC satılan malları satış bölməsində, alınan xidmətləri işə xərclər bölməsində mütləq göstərməli, qiymətləri bazarda qüvvədə olan qiymətlərin orta məbləği kimi hesablayıb bəyannamədə qeyd etməli idi.

Başqa bir misal. “Məsləhət Konsaltinq” MMC şirkətinin təsisçisi Məmməd Əhmədovun həyat yoldaşının adına olan daşınmaz əmlakı öz şirkətinə simvolik bir məbləğə icarəyə verib ki, həmin şirkət bu əmlakın ünvanını öz hüquqi ünvanı kimi istfadə edə bilsin. Burada yalnız bir məqam nəzərə alınmayıb – kirayə gəlirləri ödənilərkən ödəmə mənbəyindən vergi ödənilməlidir. Başqa sözlə, vergi yoxlaması icarə müqaviləsinin və ödəmə mənbəyində tutulan verginin məbləğini bu sahədəki mənzillərin orta kirayə qiymətinə uyğun olaraq yenidən hesablayacaq. Əslində, Məmmədin öz şirkətini əlavə və mənasız xərclərlə yükləmək istəməməsi başadüşüləndir, lakin o, vergi yoxlamasından əvvəl kirayənin orta qiymətini hesablamalı, həmin qiymətin 14 faizi məbləğində vergi ödəməli, aylıq icarə haqqını isə 0 manat göstərməlidir – bu cür yanaşmanı heç kim ona qadağan edə bilməz.

Bütün fərdi sahibkar və hüquqi şəxslərə tövsiyə olunur ki, 14-cü maddənin təsiri altına düşən vəziyyətlərdə vergi öhdəliklərinin yenidən hesablanmasını vergi yoxlamasının ümidinə qoymayıb, özləri hesablayıb ödəsinlər. Bu halda, onlar özlərini 50 faizlik maliyyə sanksiyasından qorumuş olarlar.

Mənbə: vergiler.az



Vergilər və Gömrük üçün plan 857 milyon manat artırılır

posted in: Vergi, Xəbər | 0

Vergilər GömrükVergilər və Gömrük üçün plan 857 milyon manat artırılır.


2020-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnozu 7 milyard 875 milyon manat nəzərdə tutulur.

2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verilir ki, bu, cari ilin proqnozundan 559 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur.

Beləliklə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozu 857 milyon manat artırılır.

Dövlət Neft Fondundan transfert isə 14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirilir.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcə proqnozu ilə müqayisədə 966,5 milyon manat çoxdur.

2020-ci il dövlət büdcəsinin xərcləri 26 milyard 913,7 milyon manat proqnozladırılır ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 723,7 milyon manat və ya 6,8 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, qiymətli kağızların yerləşdirilməsindən, vahid xəzinə hesabının qalığı və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcəkdir.

Mənbə: marja.az



Buy a Bride Online

posted in: Uncategorized | 0

One of the easiest ways to buy a bride on line is to go to eBay. The seller will be able to present photos, pics of the dress up and even explain the dress in depth. Also, they can post photographs of various other items they have for sale that are a perfect meet for the dress. Many of the sites have wedding gowns that are available by great rates. Another profit to browsing through craigs list is that you will be able to search for the specific style of wedding dress you desire.

Another great internet site is Spareribs. com. With the site you are able to go out of pay brides site star of the wedding to bridesmaid. You can also seek out dresses that suit your good friend. One thing to recollect is to be sure that the dresses happen to be size appropriate. If you are going to rent the dress then you certainly should get a sizing chart. It will help you understand which size fits you the best.

One great option to search for is usually to search along with. Another great choice is to hunt for other can certainly gowns on websites like eHow or GoFigure. com. A number of these sites are geared towards individuals looking for wedding dress wholesale, that enables you to shop for sale. It is important to remember that while these websites are great for discovering bridal have on, there are other options for wedding gowns if you opt to purchase one by yourself.

error: Content is protected !!