Read More9
Read More9

Medpro Marketing Service 1000 AZN əmək haqqı ilə Baş Mühasib axtarır

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0
Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Medpro Marketing Service
  • Şəhər – Bakı
  • Yaş – 27 – 40 yaş
  • Cins – Fərqi yoxdur
  • Təhsil – Ali
  • İş təcrübəsi – 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs – HR

Vakansiya barədə məlumat

– Mühasibat uçotunun aparılması və müvafiq hesabatların hazırlanması.
-Əməliyyatların 1C proqramında əks olunması.
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək, qanunvericilikdə aparılmış dəyişikliklər barədə məlumatın olması
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Ödəmələrə nəzarət
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: 1-5–ci günlər, 09:00-dan 18:00-dək
– İstirahət günləri: Şənbə və bazar

Baş Mühasib üçün tələblər

– Ali təhsilli
– Vergi və Kadr uçotu üzrə biliklər
– Microsoft Office proqramlarını bilmək
1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (xidmət sahəsi)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı.
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı, gəlir və xərclərin müəyyən olunması
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
– Xarici dil bilikləri (Rus və İngilis dili) üstünlük hesab edilirCV-lərinizi foto ilə birlikdə  / ünvanına Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur.
Mənbə: finstaff.az


Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 61 791 şəxsi işlə təmin edib

posted in: Xəbər | 0

Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən  61 791 nəfər  işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

Onlardan 21 978-i qadınlardır.

Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.

Mənbə: sosial.gov.az



Dövlət Məşğulluq Xidməti

Mühasibatlıqda ezoterizm (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibatlıqda ezoterizm (1-ci hissə) (mühasibatlıq)

XIX əsrin sonunda və ötən əsrin əvvəllərində mühasibat uçotu üzrə ixtisaslaşdırılmış nəşrlərdə mühasibat uçotunun elmi olub-olmaması məsələsi kəskin şəkildə müzakirə olunmağa başlanılmışdı. Tətbiqi fəaliyyət mühasibat elminə alternativ olaraq düşünülürdü, yəni, sual belə səslənirdi: Mühasibat uçotu elm və ya tətbiqi fəaliyyətdirmi?

Bəzən başqa terminologiyadan istifadə olunurdu və elm artıq tətbiqi fəaliyyətlə deyil, incəsənətə qarşı qoyulurdu – onda elm biliyin tətbiqi aspektini, incəsənətin isə əksinə yaradıcı olmasını simvolizə edirdi. Sonradan ictimaiyyət bu mövzuya bir neçə dəfə təkidlə geri qayıdırdı – diskussiyalar bərpa olunurdu və yenidən sönürdü. Lakin, bu suala, hər halda, əgər mühasibat uçotu üzrə müasir dərsliklərlə o, tamamilə imtina edilməklə mühakimə edilməyibsə belə, yüksək səsli cavab verilmədi. Mühasibat uçotu, elm, incəsənət və ya fəaliyyətin sırf tətbiqi sahəsini təmsil edir, bu məsələ hələ də tam aydınlşmayıb. Məsələnin qoyuluşu özü bu gün sxolastik, patriarxal görünür və ümumiyyətlə, az adamı maraqlandırır. Hesab edirik ki, mühasibat uçotunda tətbiqi və nəzəri aspektlərin, daha doğrusu, bu müstəviyə qədim formulu tərcümə etmək mümkün olması, tamamilə maraqlı deyil. Bizim fikrimizcə, mühasibat uçotu, qarşısında duran vəzifələri başa düşmək üçün və daha geniş götürsək, müasir dünyada mühasibat uçotunun rolu üçün bir əsasdır.

Həqiqətə ən yaxın olanı, bizim fikrimizcə, mühasibat uçotunu hesablamaşünaslıq adlanan elmi intizama və qanunçuluq adlanan tətbiqi fənnə bölməyi təklif edən E.E. Sivers (1852-1917) idi. Təəssüf ki, Sivers tərəfindən təklif olunan terminologiya da həyata vəsiqə qazanmadı, nəticədə mühasibat uçotu öz tətbiqi və nəzəri aspektlərində hər halda mühasiblərinin əksəriyyətinin ağlında vahid olaraq qaldı. Bu, mühasibat uçotunun tətbiqi və nəzəri aspektlərinin bir-biri ilə pis uzlaşdığını və ümumiyyətlə, onun iki müxtəlif fəaliyyət sahəsini təmsil etdiyini göstərir.

Siversin terminologiyası üzrə hesablama – qanunvericiliklə tənzimlənən bir sahədir, nümayəndələri hər bir fəaliyyət göstərən müəssisələrdə çalışan bir neçə milyon insanın peşəsidir. Öz kütləviliyinə görə, hesabdarlıq merkantil problemlərinin həllindən narahat olan kütlənin ideologiyasıdır: illik mühasibat hesabatını necə təhvil vermək lazımdır ki,  bununla yanaşı, həm də səhvə yol verməyəsən? Mühasibat uçotunun reqlamentasiyası sahəsində hər hansı bir yeniliyi necə qaçırmayasan? Qanunvericiliyin hər hansı bir, xüsusi ilə də dumanlı müddəasını necə şərh etmək olar? Mühasibat nəzəriyyəsi ilə bütün bunların heç bir əlaqəsi yoxdur – əslində isə normativ bazanın mühasibat nəzəriyyəsinə heç olmasa hansısa bir aidiyyəti olduğunu düşünmək belə gülüncdür, qanunvericiliyinin növbəti yeniliyin tətbiqi ilə bağlı qərarlı olub-olmaması, sanki tədqiqatçılar tərəfindən ətraf aləmin qanunauyğunluqlarının dərk edilməsini müəyyənləşdirir.

Alimlər təbiətin tədqiqi ilə məşğul olaraq onun qanunlarını formalaşdırırlar, kütlə isə bu qanunlardan istifadə etməyə başlayır – əlbəttə, onlar yeni texnologiyalara çevrildikdən sonra: bütün bu televizorlar, avtomobillər, kompüterlər, mühasibat balansları və s. Lakin, tələb olunmayan kəşflər həyata keçirilmədikdə belə, onlar tədqiqatçıların şüurunda mövcud olmağa son qoymur, bu zaman heç nə itirilmir – bu kəşflərdən itirənlər, fayda və ya ən azından mənəvi cəhətdən xeyir götürə bilməyənlər, yəni, ümumilikdə bəşəriyyətdir.

Mühasibat uçotu sahəsində azad tədqiqatlar, yəni, uçot nəzəriyyəsi ilə mühasibat uçotu sahəsində açıq qanunların maddi şəkildə ifadə oluna bilməməsinin tətbiqinin nəzərə alınmasının əsas səbəbi, onun elə şəkildə maddiləşməsidir. Bu zaman mühasibat uçotu digər iqtisadi fənlərlə yanaşı, təbii elmlərdən daha çox sosial sahələrə aid hesab olunur. Əbədi mühərrikin icad edilib-edilmədiyini sadə şəkildə necə mühakimə etmək olar: təkər dayanmadan dönürsə, ixtira baş tutub; dönmürsə, əksinə icad olunmayıb. Digər tərəfdən, təcrübə keçən mühasibləri uçotu istənilən, hətta ən qeyri-proqressiv metodika üzrə aparmağa məcbur etmək olar, əslində elə bu cür də baş verir.

Burada insan kütləsinə xas olan bütün yeniliyə qorxu hissi ilə yanaşı, sağlam mühafizəkarlıq da müəyyən rol oynayır, işin gedişində “oyun qaydalarını” dəyişdirməyə imkan vermir –  hesablama utilitardır. Buna görə də xeyli vaxt ərzində bir metodologiyaya riayət etməlidir. İdeyaya görə hesabdarşünaslıq və hesabdarlıq arasında bufer kimi elmi konsepsiyaların seçimini həyata keçirən və onlardan istifadəyə daha perspektivli olan qanunvericilik xidmət edir. Amma əslində qanunvericilik fəaliyyət göstərir, mühasibat uçotu ilə belə nömrə işə keçməz:  bir tərəfdən, bu sahədə istənilən kəşfə tələbat yaxşı olmaya və o, unudula bilər – lakin, təkər və ya atom bombasının varlığını unutmağa cəhd edin! Şəxsi maraqlar baxımından elmi araşdırmalarla əlaqəsi olmayan və ya demək olar ki, heç bir əlaqəsi olmayan hesabdarşünaslıq və hesabdarlıq bir-birindən təcrid olunur.  Mühasibatlıqdan olan alimlər nəsə bir şey icad edir və araşdırırlar. Praktiki mühasiblər isə ilkin sənədlərin qeydiyyatı və rüblük hesabatların tərtib edilməsi ilə məşğul olurlar.

Tədricən bəziləri digərlərini başa düşməyi yadırğayırlar: alimlər praktikləri ilkin informasiyanın kompüterə daxil edilməsi üzrə qeydiyyat maşınlarının arxasında və ya ən yaxşı halda mühasibat qanunvericiliyinin biliciləri kimi saxlayırlar; parktiklər isə öz növbəsində, alimləri həyatdan ayrı düşməkdə günahlandırırlar. Praktiklərin fikrincə, mühasibat uçotu nəzəriyyəsi, ümumiyyətlə, mövcud deyil-mühasibat uçotu elmi fənn deyil, mühasibat qanunvericiliyində nəzərdə tutulmuş tələblərin sadə şərhinə əsaslanır.

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Prezident İlham Əliyev: Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

posted in: Vergi, Xəbər | 0

Prezident İlham Əliyev: Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

“Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”. Bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər: “Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.

Vergi orqanlarının, digər hüquq-mühafizə orqanlarının bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməli olduqlarını vurğulayan Prezident İlham Əliyev deyib: “Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.

Mənbə: vergiler.az



error: Content is protected !!