Read More9
Read More9

Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı iki variant təklif edilir

posted in: Xəbər | 0

“Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hazırda iki variant təklif edilir”.

Bunu İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev bildirib.

O vurğulayıb ki, İslam İnkişafı Bankı ölkədə İslam bankçılığının tətbiqi ilə əlaqədar hökümətə 2017-ci ildə 200 min dollarlıq qrant ayırıb: “Hesab edirik ki, layihə davamlı ola bilər. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi layihədə icraçı qurumdur. Layihə ilə bağlı bu günədək müəyyən işlər görülüb. “IFAAS və EKVITA” konsorsiumu cəlb edilib. Konsorsiumun məqsədi yerli qanunvericiliyi öyrənmək və gələcəkdə müvafiq tövsiyələr təklif etməkdir. Ümumiyyətlə, iki variant təklif edilir – İslam bankçılığın ölkədə tətbiqi ilə bağlı ayrıca qanunvericiliyin hazırlanması, yaxud da mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə İslam bankçılığının əsəs məhsullarını təqdim etmək üçün imkan yaradılması təklif edilir. Bu isə ölkədə fəaliyyət göstərən bankların tərkibində İslam bankçılığının pəncərələrinin açılması ilə mümkün olur”.

“Konsorsium müəyyən təkliflərini bu il ərzində verməsi gözlənilir”, – deyə İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi bildirib.

T. Tağıyev qeyd edib ki, İslam bankçılığı alternativ maliyyə mexanizmlərinin tətbiq edilməsi üçün lazımlı mexanizmdir: “İslam bankçılığı faizsiz, dəyərsiz fəaliyyət demək deyil, bu həm ziyana, həm qazanca ortaqlıq prinsiplərindən irəli gəlir”.



İnvestisiyaların İdarəolunması Xidmətində təcrübə – PAŞA Sığorta

posted in: Təcrübə, Vakansiya, Xəbər | 0

İnsan resursları assistent təcrübəçiİnvestisiyaların İdarəolunması Xidmətində təcrübə.

İşəgötürən: PAŞA Sığorta.

Tələblər:

• İqtisadiyyat/ Maliyyə istiqaməti üzrə bakalavr/magistr təhsili alan tələbələr;
• Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi üzrə biliklərin olması;
• Dil bilikləri – Azərbaycan dilinin mükəmməl, rus və ingilis dillərinin işlək səviyyədə olması;
• Riyazi biliyə, analitik və məntiqi düşüncəyə malik olması.

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (5-ci hissə)

posted in: Uncategorized, Xəbər | 0

xidməti müqavilə, Əmək müqaviləsinə xitam, emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsiƏmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (5-ci hissə) (əmək müqaviləsi)

4-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Attestasiya və ya sınaqdan çıxmayan işçi…

Hazırki iş yerində 1 ildən az olmayaraq çalışan və istisna kateqoriyaya düşməyən işçilər hər üç (elmi işçilər 5) ildə bir dəfə peşəkarlıq səviyyəsinin yoxlanması üçün attestasiyadan keçə bilər. Bununla yanaşı bəzi kateqoriya şəxslər istisna olmaqla, yeni işə başlayan işçilərə 3 ayadək müddətə sınaq müddəti müəyyən edilə bilər.

Attestasiya komissiyası azı 5 nəfərdən ibarət olur və nüfuzlu işçilər və ya həmkarlar ittifaqı üzvlərindən tək sayda seçilir. Attestasiya zamanı işçiyə vəzifəsi, ixtisası, təhsili, işinin nəticələri, əmək funksiyası üzrə suallar verilir. Attestasiyanın nəticələrinə uyğun olaraq işçinin tutduğu vəzifəyə uyğun olduğu, ya da olmadığı barədə qərar qəbul edilir. Vəzifəyə uyğun olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilə bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, əgər attestasiya komissiyası işçinin vəzifəyə uyğun olmadığını, lakin başqa işə keçirməyin mümkünlüyünü qeyd edərsə, işçi başqa işə öz razılığı ilə keçə bilər.

Sınaq müddəti ilə bağlı isə qeyd etmək mümkündür ki, sınaq müddəti ərzində tərəflər müqaviləyə 3 gün əvvəlcədən xəbərdarlıq etməklə xitam verə bilər.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.

6-cı hissəni oxumaq üçün keçidə daxil olun.


Əlavə dəyər vergisindən azad edilmiş məhsullar

posted in: Vergi, Xəbər | 0

kənd təsərrüfatı, ƏDV-dən azad,Quş ətinin sənaye üsulu ilə istehsalını həyata keçirən şirkət eyni zamanda onun topdan və pərakəndə şəkildə satışını həyata keçirir. Yaxın vaxtlarda isə müəssisə diri quşlardan əldə olunan quş zılının ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən və qablaşdırılaraq satışını həyata keçirməyi planlaşdırır. Vergi ödəyicisi bu zaman istehsalçının əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub-olunmaması ilə bağlı suala aydınlıq gətirilməsi üçün müraciət ünvanlayıb. (Əlavə dəyər vergisi)

Vergilər Nazirliyindən daxil olan açıqlamada bildirilir ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin tələbinə uyğun olaraq, quş ətinin satışı 1 yanvar 2017-ci il tarixdən 3 il ərzində ƏDV-dən azad edilib. Qeyd olunan maddədə azadolma yalnız quş ətinə şamil edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub. Quş zılı (peyini) isə kənd təsərrüfatı məhsullarına aid edilmədiyi üçün ümumi qaydada ƏDV-yə cəlb olunur.

Qeyd: Bu məqamda Vergi Məcəlləsinin 164.1.18-ci, 164.1.37-ci maddələri, Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” əsas götürülür.

error: Content is protected !!